Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-227/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafıq qızından Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 aprel 2014cü il tarixli 2(006)-1355/2014 saylı qətnaməsinin qəbul edildiyi 15 aprel 203 4-cii il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 8 il 5 ay müddətində hər il üçün 105 (yüz heş) ABŞ dolları olmaqla 892,5 (səkkiz yüz doxsan iki manat əlli sent) ABŞ dollarınının ödəniş gününə manat məzənnəsi ilə (2100 ABŞ dollan /100%=21 x 5%-105 ABŞ dolları, 105 ABŞ dollan x 8 il 5 ay = 892,5 ABŞ dolları) manat gecikməyə görə faiz borcunun və 36 manat məbləğində ödənilməmiş dövlət rüsumunun, cəmi 1553,25 (min beş yiiz əlli iiç manat iyirmi beş qəpik) məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(006)-1355/2014 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh Rafıq qızına qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək Cavabdeh Rafıq qızından cəmi 2100 (iki min yüz) ABŞ dolları əsas borcun və 15 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhəıi üzrə İcra İdarəsinə göndərilib. Lakin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi borclu Cavabdeh Rafıq qızının icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onun pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 28 iyun 2022-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh Rafıq qızına müraciət edərək 5 gün müddətinə 861 (səkkiz yüz altmış bir) ABŞ dolları pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh Rafıq qızının nəzərinə çatdırmışdır. Lakin bir nəticə əldə etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh Rafıq qızından Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 aprel 2014-cii il tarixli 2(006)-1355/2014 saylı qətnaməsinin qəbul edildiyi 15 aprel 2014-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 8 il 5 ay müddətində 892.5 (səkkiz yüz doxsan iki manat əlli sent) ABŞ dolları pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində aşkar edilən mobil nömrələrə sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1355/2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X1 900 ABŞ dolları və Cavabdeh 2100 Abş dolları məbləğində pulun qətnamə icra olunan zaman Azərbaycan manatına uyğun məzənnəsi ilə dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziya mətubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1355/2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 2100 Abş dolları məbləğində pulun qətnamə icra olunan zaman Azərbaycan manatına uyğun məzənnəsi ilə alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Lakin həmin qətnamə Cavabdeh tərəfindən bu günədək icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, qətnamə ilə tutulması qət edilən borca illik 5% hesablanmış 892.5 ABŞ dolları manat borcun cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, qətnamə üzrə cavabdehin borcu 2100 ABŞ dollarıdır və cavabdeh borcun ödənilməsini 8 il 5 ay müddətinə gecikdirmişdir (xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək). Bu səbəbdən faiz borcu həmin məbləğdən hesablanmalı, cavabdehdən iddiaçının xeyrinə əsas borca illik 5%-lə hesablanmış 892.5 (2100/100 x 5 (%) x 8 il 5 ay) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 36 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 892,5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-227/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-227/2023
16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver