Məhkəmə qərarları › İş №2(060)-2273/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2273/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2273/2020 29.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X5, X6, X8 və X13 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh, X5, X6, X8 və X13 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 031R********** saylı kredit razılaşması üzrə 10.956,71 ABŞ dolları məbləğində kredit borcu, 9137,23 ABŞ dolları məbləğində faiz borcu və 3897,45 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23.991,39 ABŞ dolları məbləğdə borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqlarının tutulması, tələbin Sumqayıt şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,096ha torpaq sahəsində yerləşən 31/21 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 60,5 kv.m ümumi, 48,08 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 23.991 ABŞ dolları 39 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasıüçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqınınipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdehvə X2 ümumiqaydadatutulması, Sumqayıt şəhəri, 3-cü mikr., 0,096ha torpaq sahəsində yerləşən 31/21 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3, X4, X7 və X11 həmin əmlaka istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılması vəhərracın nəticələri üzrə alıcıyatəhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 031L**********44 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 031R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 031R**********S saylı, xx.xx.2016-cı il tarixli 031R**********SA saylı, xx.xx.2016-cı il tarixli 031R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh götürdüyü kredit borcundan 9043,29 ABŞ dolları ödəmiş, onun 10956,71 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 322 gün üçün hesablanmış faiz borcu 9137,23 ABŞ dolları, cərimə borcu 3897,45 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X9 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan X9 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 031M**********01 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,096ha torpaq sahəsində yerləşən 31/21 nömrəli, 5 mərtəbəli binanın 3cü girişində, 1-ci mərtəbəsində yerləşən 60,5 kv.m ümumi, 48,08 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsi tərəfindən 40 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX ******* №-li çıxarışa əsasən həmin mənzil Cavabdehnın öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ipoteka verən X5 İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2020-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsində qeydiyyata alınmasıüçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqıödəmişdir. Bundan sonra iddiaçı “iddia tələbi həcminin artırılması” barədə məhkəməyə ərizə təqdim edərək İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 031L**********44 saylı uzunmüddətli kredit xətti müqaviləsinin, xx.xx.2015-ci il tarixli 031R********** saylı kredit razılaşması və ona əlavə olunmuş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 031R********** saylı kredit razılaşmasıüzrə 10956,71 ABŞ dolları məbləğində kredit borcu, 9137,23 ABŞ dolları məbləğində faiz borcu və 3897,45 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23991,39 ABŞ dolları məbləğdə borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqlarının tutulması, tələbin Sumqayıt şəhəri, 3-cü mikrorayon, 31/21 nömrəli evin 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 23.991 ABŞ dolları 39 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh və X2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 31/21 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3, X4, X7 və X11 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını vıə iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasınıxahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 031L**********44 saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 30.000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. xx.xx.2015-ci il tarixli, 031L**********44 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 031R********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 031R**********S saylı, xx.xx.2016-cı il tarixli 031R**********SA saylı, xx.xx.2016-cı il tarixli 031R**********SC saylı sazişlərlərlə Razılaşma və ödəniş planına dəyişiklik edilərək kreditin son qaytarılma müddəti xx xxxx 2020-ci il tarix müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, 031R********** saylı kredit razılaşması üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə 10956,71 ABŞ dolları məbləğində əsas kredit borcu, 9137,23 ABŞ dolları faiz borcu və 3897,45 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23991,39 ABŞ dolları borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2, 462.1-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 3897,45 ABŞ dolları cərimə azaldılaraq 500 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarında olan X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 031S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclu Cavabdeh xx.xx.2015-ci il tarixli Kredit Xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə X9 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı Zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxx 2015-ci il tarixli Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, həmin kredit müqaviləsi çərçivəsində xx xxx 2015-ci il tarixli kredit razılaşması bağlanılarkən Zaminin razılığının alınmasına dair saziş bağlanılmamışdır. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də X5 qarşı yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz. İddiaçı QSC ilə X9 arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 031M**********01 saylı ipoteka müqaviləsinə əsasən, xx xxx 2015-ci il tarixli Kredit xətt müqaviləsinin və bu kredit xətt müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmasının təminatı olaraq cavabdeh Şakir Salahova məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 31/21 nömrəli binanın 29 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, X5 məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 31/21, 29 saylı mənzilə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 40 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində, xx.xx.2015-ci il tarixində qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. “xxxxxxxx” MMC-nin ekspert rəyindən görünür ki, X5 məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 31/21 nömrəli binanın 29 saylı mənzilin bazar dəyəri 45.000 manat, likvid dəyəri 38.500 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 031L**********44 saylı uzunmüddətli kredit xətti müqaviləsi, xx.xx.2015-ci il tarixli 031R********** saylı kredit razılaşması və ona əlavə olunmuş sazişlər ləğv edilməli, Cavabdeh 10956,71 ABŞ dolları əsaskredit borcu, 9137,23 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.593,94 ABŞ dolları borc (ödəniş gününə manata məzənnə ilə) İddiaçı QSC-nin xeyrinə tutulmalı, tələb Sumqayıt şəhəri, 3-cü mikrorayon, 31/21 nömrəli evin 29 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 38.500 manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ X5 qaytarılmalıdır. Sumqayıt şəhəri, 3-cü mikrorayon, 31/21 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, X10, X12 və X16 mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehlərin istifadə hüquqlarının itirilməsi və ipoteka predmetinin alıcıya təhvil verilməsinə dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərclərinin 8,50 manatı iddiaçıya aid edilməli, 51,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 031L**********44 saylı uzunmüddətli kredit xətti müqaviləsi, xx.xx.2015-ci il tarixli 031R********** saylı kredit razılaşması və ona əlavə olunmuş sazişlər ləğv edilsin. Cavabdeh 10.956,71 ABŞ dolları əsas kredit borcu, 9.137,23 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.593,94 (iyirmi min beş yüz doxsan üç ABŞ dolları doxsan dörd sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 51,50 (əlli bir manat əlli qəpik) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb Sumqayıt şəhəri, 3-cü mikrorayon, 31/21 nömrəli evin 29 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 38.500 (otuz səkkiz min beş yüz) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ X5 qaytarılsın. Sumqayıt şəhəri, 3-cü mikrorayon, 31/21 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, X10, X12 və X16 mənzildən çıxarılmaqla mənzil boşaldılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar