Məhkəmə qərarları › İş №2(060)-2273/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2273/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2273/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) 23612 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə 05.02.2016-cı ildə tanış olmuşdur. Cavabdeh iddiaçıdan borc pul istəmişdir. İddiaçı cavabdehə 23612 manat məbləğində borc pul vermişdir. Cavabdeh 05.02.2016-cı il tarixdə Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiq edilmiş mövcud borcun etirafı haqqında müqaviləyə imza ataraq borcunu etiraf etmiş və onu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə öhdəsinə düşən öhdəliyi yerinə yetirməmiş və qeyd edilən məbləği geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(060)-10778/2018 saylı əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh məhkəmə əmrinə yazılı etiraz təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(060)-10778/2018 saylı qərardadı ilə həmin məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İddiaçının məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehin kürəkəni onun sürücüsü olmuşdur. O, iddiaçıya bildirmişdir ki, qayınanası aptek açmaq istəyir və bu məqsədlə ona pul lazımdır. İddiaçı cavabdehə kömək məqsədilə qeyd edilən məbləğdə pulu ona verib. Lakin, sonradan cavabdehin kürəkəni iddiaçının yanından işdən çıxıb və bundan sonra cavabdeh pulu qaytarmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1965-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında ünvan 3mış 05.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 23612 manat məbləğində borc vermiş, cavabdeh isə həmin borcu 31.01.2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 23612 manat borc vermiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, borcu ödəməmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və hər hansı məlumat verməmişdir. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 23612 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23612 (iyirmi üç min altı yüz on iki) manat məbləğində pul və 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar