Məhkəmə qərarları › İş №2(060)-2283/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2283/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2283/2020 30.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı“pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 126GTKR8871836AB saylı kredit müqaviləsinə əsasən 4040,62 manat əsas borcun, 633,29 manat faiz borcunun, cəmi 4673,91 manat borcun, xx.xx.2019-cu il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən 1368,5 manat əsas, 384,59 manat faiz, cəmi 1753,09 manat olmaqla, ümumilikdə 6427 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmışxx.xx.2019-cu il tarixli 126GTKR8871836AB saylıkredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 4200 AZN məbləğində kredit, xx.xx.2019cu il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə illik 25 faiz dərəcəsi ilə 1400 manat məbləğində kredit xətti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faziləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki materiallarında olan: xx.xx.2019-cu il tarixli **********01944126 saylı kredit kartına dair müqaviləyəəsasən İddiaçı ASC Cavabdeh illik 25 faiz ödəmək şərti ilə 1400 manat məbləğində kredit limiti verməyi, borcalan isə müqavilə ilə müəyyən edilmiş müddətdə razılaşdırılmış şərtlərlə kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 126GTKR8871836AB saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 27,84 faiz ödəmək şərti ilə 48 ay müddətinə 4200 manat kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən edilmiş müddətdə ödəniş cədvəlinə uyğun olaraq kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağıöhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 4200 manat pulu bankın xəzinəsindən nağd şəkildə qəbul etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli 126GTKR8871836AB saylı saylı kredit müqaviləsinə əsasən 4040,62 manat əsas borcu, 633,29 manat faiz borcu, cəmi 4673,91 manat borcu, xx.xx.2019-cu il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən 1368,5 manat əsas, 384,59 manat faiz, cəmi 1753,09 manat olmaqla, ümumilikdə 6427 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyüöhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 126GTKR8871836AB saylı kredit müqaviləsinə əsasən 4040,62 manat əsas borc, 633,29 manat faiz borcu, cəmi 4673,91 manat borc və xx.xx.2019-cu il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən 1368,5 manat əsas, 384,59 manat faiz, cəmi 1753,09 manat olmaqla, ümumilikdə 6427 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq30 manat İddiaçı X1 xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 126GTKR8871836AB saylı kredit müqaviləsinə əsasən 4040,62 manat əsas borc, 633,29 manat faiz borcu, cəmi 4673,91 manat borc və xx.xx.2019-cu il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən 1368,5 manat əsas, 384,59 manat faiz, cəmi 1753,09 manat olmaqla, ümumilikdə 6.427 (altı min dörd yüz iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı X1 xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətindəSumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar