Məhkəmə qərarları › İş №2(060)-2284/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2284/2023

01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2284/2023 01.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borcun alınması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh borc vermiş olduğu 10.000 (on min) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər, 13-cü mkr, ev 5, mənzil 90-da yaşayan tanıdığı Cavabdeh 2020-ci ilin mart ayında 10.000 (on min) manat borc vermişdir. Həmin borcun alınması ilə əlaqədar Cavabdeh dəfələrlə borcu qaytarması barədə müraciət etməyinə baxmayaraq ona olan 10.000 (on min) pul borcunun verməkdən bəhanələr edərək imtina etmişdir. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin İ Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ancaq Polis bölməsindən vermiş olduğu borcun alınması qaydası mülki məsələ olduğu üçün Sumqayıt məhkəməsinə müraciət etməyi barədə məktub göndərilmişdir. İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh borc pul almayıb. Cavabdehin ailəli olduğu xanım əvvəllərdə ailəli olmuş və əvvəlki nikahından 1 övladı var. Bu səbəblərə görə cavabdehin valideynləri onunla əlaqəni tamamilə kəsmişdir. İddiaçı pulu nəvəsinin müalicəsi üçün vermiş, bundan sonrada həmin məbləğlə uşaq dəfələrlə müalicə olunmuşdur. Həmçinin həmin məbləğlə evə müəyyən əşyalar da alınmışdır. Həmin əşyalar hazırda idddiaçının qızındadır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şahid X1 bildirdi ki, iddiaçı atası, cavabdeh isə keçmiş əridir. Cavabdeh atasından ev alması üçün borca 10000 manat pul almış və bu vaxta kimi aldığı borcu qaytarmamışdır. Bundan əlavə, cavabdeh aldığı məbləği uşağın müalicəsinə xərclədiyini qeyd edir. O, bildirir ki, uşağın müalicəsinə xərclənən pul vəsaiti qohum və tanışların maddi köməyi vasitəsi ilə yığılan vəsait hesabına olub. Atası onlara müalicə üçün yalnız 100 manat pul vermişdir. Cavabdehə verilən 10000 manat məbləğin müalicə və cehiz əmlaklarının alınmasına heç bir aidiyyatı yoxdur. O, pul cavabdehə yalnız mənzil alınması üçün borc kimi verilmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Cavabdeh polis bölməsində verdiyi izahatından görünür ki, iddiaçı 10000 manat məbləğində pulu qızı Elnurəyə cehiz pulu kimi vermiş və o, həmin məbləğin 4000 manatını ev əşyaları alsada, qalan məbləği özü üçün xərcləmişdir. Hal-hazırda maddi imkanı olmadığı üçün pulun qalan hissəsini qaytara bilmir. Yaxın vaxtlarda qalan borcunu qaytarcağını öz imzası ilə təsdiq etmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə prosesi müəyyən edildi ki, Cavabdeh iddiaçının qızı ilə birgə yaşadıgı vaxt 2020-ci il tarixdə mart ayında ev almaq niyyəti ilə 10.000 manat borc pul almış, sonradan ailə münasibətləri pozuldugu üçün pulu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10000 (on min) manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar