Məhkəmə qərarları › İş №2(060)-2294/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2294/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2294/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 864 manat, Cavabdeh1 isə 1300 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ona məxsus olan ** OA *** dövlət nömrə nişanlı “Kia Sorento” markalı avtomobilin mühərriki xarab olduğundan o, 2021-ci ilin sentyabr ayında iş üzrə Cavabdeh2 müraciət etmişdir. Cavabdeh maşına baxdı və bildirdi ki, maşının mühərriki sıradan çıxıb. Ona görə də təklif etdi ki, yaxşı vəziyyətdə olan işlənmiş mühərrik alsınlar. O, cavabdehlə razılaşmış, Bakı və Sumqayıt şəhərlərində bir neçə maşınların ehtiyat hissələrinin satıldığı yerə baxmışdır. Sonra Cavabdeh2 bildirdi ki, onun Abdulla adlı tanışı var və o, da mühərrik satır. O, Abdulla adlı şəxslə əlaqə saxlamış və o, bildirdi ki, mühərrik var. O, cavabdeh Rövşən ilə birlikdə Abdullanın yanına getmişlər və mühərrikə baxmışlar. Cavabdeh2 bildirdi ki, mühərrik yaxşıdır və mühərriki alsın. Mən 1900 manat məbləğində Cavabdeh1 pul ödəmiş və mühərriki almışdır. Cavabdeh1 bildirdi ki, mühərrikdə heç bir problem yoxdur və 5000 km sürülməsinə zəmanət verir. Əks halda pulunu geri qaytaracağını bildirmişdir. Mühərriki götürüb digər Cavabdeh2 sexinə gəlmişlər. Cavabdeh2 bildirdi ki, 7-10 gün müddətində maşını düzəldib ona təhvil verəcəkdir. O, hər gün gəlib işə nəzarət edirdi. Lazım olan ehtiyat hissələrini də alıb gətirirdi. Təxminən 10 gündən sonra cavabdeh maşını ona təhvil vermişdir. Maşını 10 gün sürmüş və həmin müddətdə maşında xırda problemlər olduğu üçün Cavabdeh2 yanına gəlib-gedirdi və o, maşına nəzarət edirdi. 10 gündən sonra maşında problem yarandı və maşın söndü. O, dərhal Cavabdeh2 bu barədə məlumat vermiş və maşını onun yanına gətirmişdir. Rövşən maşına baxıb bildirdi ki, mühərrik xarabdı. Amma buna baxmayaraq ona bir neçə ehtiyat hissə də aldırdı. Lakin heç bir xeyri olmadı. Daha sonra onlar digər cavabdeh olan Abdullanın yanına gəlmişlər. O, Abdullaya bildirdi ki, mühərrik xarabdır, ya pulumu qaytar, ya da başqa mühərrik versin. Cavabdeh Abdulla bildirdi ki, mühərrikin qalofkasını söküb baxmaq lazımdır. Rövşən mühərriki qalofkasın sökdü və Abdulla bildirdi ki, onun Bakıda tanıdığı usta var ona göstərsinlər. O, Rövşənlə birlikdə Bakıya Abdullanın dediyi ustanın yanına getmişlər. Həmin usta baxıb dedi ki, mühərrikin qalofkası çürükdü və yararsızdır. Bundan sonra onlar Abdullanın yanına qayıtmışlar. Abdulla ona başqa qalofka verdi və bunun qarşılığında ondan pul almamalı olduğu halda 230 manat pul almışdır. Həmçinin bildirdi ki, 70 manat da həm qalofkanın yoxlanılması, həm də təmizlətidirilməsi üçün ödəməlidir. O, 70 manat pul verib həmin qalofkanı həm yoxlatdırmış, həm də təmizlətdirmişdir. Bundan sonra Rövşən həmin qalofkanı mühərrikin üstünə bağlamış, maşını ona təhvil vermiş və bildirmişdir ki, maşını diaqnostika etdirsin. Rövşənin sexindən çıxmış və 2 km-dən sonra maşın yenə sönmüşdür. O, bu barədə Dərhal Rövşənə zəng edib bildirmişdir. O, da cavabında “bir az gözlə sonra yenə maşını işə sal” demişdir. 20 dəqiqədən sonra o, maşını işə salmaq istəmiş, lakin maşın yenə işləməmişdir. Yenə Rövşənə zəng edib bu barədə bildirəndə Rövşən cavabında “ akuınlyatordandır” cavabın demişdir. O, təkid eləmişdir ki, Rövşən ora gəlsin. Rövşən öz maşını ilə gəlmiş və maşını işə salmışdır. Özü maşını 30 metr sürdükdən sonra mühərrikin yağının işığı yandı. Sonra o, ona bildirdi ki, maşını sürüb Abdullanın yanına aparsın. Mən etiraz etmiş və bildirmişdir ki, yağın işığı yandığı halda o, maşını sürə bilməz. Rövşəndə cavabında evakuator çağırırıb və evakuatorla aparsınlar. O, evakuator çağırmış və maşını Abdullanın sexinə aparmışlar. Həmin vaxt Abdulla sexdə yox idi. Amma onun sexində işləyən Tural adlı şəxs bildirdi ki, mühərrikdə heç bir problem yoxdur, yağ nasosu yağı vurmur. O, bildirdi ki, ya nasosu varsa, onu dəyişsinlər. O, bildirdi ki, yağ nasosu var və gətirib dəyişdilər. Rövşən bildirdi ki, maşını sürə bilər və heç bir problem olmayacaqdır. O, da cavabında bildirmişdir ki, birinci özü sürüb maşını yoxlasın O, maşını 3-4 km sürdü və maşının matoru vurdu. Bundan sonra o, həm Abdulladan, həm də Rövşəndən pulunu geri tələb etmişdir. Lakin hər iki cavabdeh ona pulunu qaytarmadılar. Ona görə də o, cavabdehlərin barəsinə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə şikayət etmişdir. Şikayətdən sonra Abdulla ondan aldığı 2300 manat puldan 700 manatını ona qaytarmışdır. Lakin Rövşən ona heç nə ödəməmişdir. Bildirir ki, Abdulladan aldığı 230 manat dəyərində qalofkanın. qalofkanın yoxlanılması, həm də təmizlətidirilməsi üçün ödədiyim 70 manat pulu ondan tələb etmir. Çünki həmin ehtiyat hissəsi ondadır və başqa mator alıb maşını düzəltdirdiyi vaxt həmin ehtiyat hissəsini usta matora quraşdırıb. Hazırda Abdullanın onaə 1300 manat. Rövşənin isə 864 manat borcu var. Bildirir ki, o, Rövşənə 340 manat əl haqqı vermişdir, 529 manatlıq isə cavabdeh ona maşının ehtiyat hissələrini aldırıb və həmin ehtiyat hissələri yararsız vəziyətə salıb. Lakin hər iki cavabdeh ona könüllü şəkildə pul ödəmirlər. Ona görə də o, cavabdehlərdən pulunu geri tələb edir. Çünki cavabdehlər birlikdə əlbir olub onu aldadıb və pulunu mənimsəyiblər. Hesab edir ki, həmin məbləğlər cavabdehdən alınıb ona verilməlidir. Sumqayıt ŞPİ-nin 5-ci PB-dən də ona izah olundu ki, mülki qaydada məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 864 manat, Cavabdeh1 isə 1300 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı, nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, Sumqayıt şəhəri st. Sumqayıt qəsəbəsində özünə aid evin qarşısında yerləşən sexdə maşın mühərriklərinin təmiri işi ilə məşğuldur. Bu ilin sentyabr ayında Balaş adlı şəxs özünə məxsus Kia-Sorento markalı maşının mühərrikini təmir etdirmək üçün onun yanına gəlmiş və sonra onunla birlikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində maşın mühərriki satan Abdulla adlı şəxsin yanına getmişlər. Ondan bir ədəd mühərrik almış və həmin mühərriki öz sexində maşının üzərinə qoymuşdur. Bunun müqabilində Balaşdan 300 manat pul almışdır. Üzərindən təxminən 25-26 gün keçdikdən sonra Balaş onun yanına gələrək maşının mühərrikinin qaynatmasını ona demiş, o isə bunun onluq olmadığını, mühərriki o yığmadığını və mühərriki satan Abdullanın mühərrikə 5000 km. zəmanət verdiyini, buna baxmayaraq 180 km.də mühərrikin qaynatmasının onluq olmadığını demişdir. O, sadəcə mühərrikin maşına quraşdırılmasına görə zəhmət haqqı olaraq 300 manat pul alıb. Bu səbəbdən o, ona qarşı verilmiş iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, 2015-ci ildən Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində maşın mühərriki satmaqla məşğuldur. Belə ki, bu ilin sentyabr ayının əvvəllərində Balaş adlı şəxs Rövşən adlı mühərrik ustası ilə işlədiyi yerə gələrək Kia-Sorento markalı avtomobil üçün mühərrik almaq istədiklərini demişlər. Onda olan dizel ilə işləyən Kia-Sorento markalı avtomobil üçün olan mühərriki 1900 (min doqquz yüz) manata alıb getmişlər. Həmin mühərrikə o, 5000 km-dək, yəni mühərrikin yağ yeməyinə zəmanət vermiş, təxminən 25 gün sonra Balaş işlədiyi yerə gələrək mühərrikin su qaytardığını demiş, o da mühərrikin üst hissəsinin (qalofka) sökülərək ustaya göndərilməyini demişdir. Qalofka ustası qalofkanın qızıb əyildiyini demiş, sonra Balaş ondan 700 manat dəyərində olan başqa qalofkanı 230 manata almış, təxminən 2-3 gün sonra Balaş mühərrikin dağıldığını ona demişdir. Həmçinin Balaş maşının üzərində olan əvvəlki mühərrikinin də qızıb sıradan çıxdığını ona demişdir. Belə ki, Balaşın maşınının mühərriki ikinci dəfə sıradan çıxdıqdan sonra maşını onların mağazasının yanında olan ustanın yanına qoymuş, həmin ərəfələrdə ona 5-ci polis bölməsindən zəng olunmuş və izahat yazmaq üçün bölməyə getmişdir. Orada Balaşla razılığa gələrək yeni yarımçıq (palavinka) mühərrik almağı üçün o, Balaşa 700 (yeddi yüz) manat pul verəcəkdir və belə də oldu. Polis bölməsindən çıxdıqdan sonra o, Balaşa 700 manat pul vermişdir. Balaş da digər xərcləri çəkdikdən sonra maşının mühərriki yenidən yığılmış və hal-hazırda həmin maşın Balaş tərəfindən idarə olunur. Buna baxmayaraq, o, indidə Balaşa 700 manat məbləğində pul qaytara biləcəyini bildirərək iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 27.12.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi barədə” qərarın surətindən görünür ki, 17.11.2021 -ci il tarixdə Sumqayıt şəhəri st. Sumqayıt qəsəbəsi fəri evdə yaşayan İddiaçı ərizə ilə müraciət edərək özünə aid Kia-Sorento markalı avtomobilin mühərrikini təmir edən Rövşən adlı ustanın və mühərriki ona satan Abdulla adlı şəxslərin qanunsuz hərəkətləri nəticəsində ona 4000 (dörd min) manat maddi ziyan dəyməsi barədə aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 varlanmış şəxslər, İddiaçı isə məhrum olandır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məhkəmə iddia tələbini Cavabdeh2 qarşı tam, digər Cavabdeh1 qarşı hissədə isə qismən, yəni 700 manat hissəsində təmin edir. Belə ki, məhkəmə iclasında iddiaçı Cavabdeh1 iddiaçı 700 manat ödəyə biləcəyini bildirmiş və iddiaçı həmin məbləğin ödənilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, İddiaçı məcburi köçkündür. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 864 (səkkiz yüz altmış dörd) manat, Cavabdeh1 700 (yeddi yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 864 (səkkiz yüz altmış dörd) manat, Cavabdeh1 700 (yeddi yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar