Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-23/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh2 Bəhruz oğlunun və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Bəhruz oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində 28 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 Bəhruz oğluna qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatda olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qaraja nəqliyyat vasitəsilə daxil olmaq üçün maneə yaradan hasarın və darvazanın cavabdehin öz hesabına sökülməsi və maneənin aradan qaldırılması, ödənilmiş 30 manat dövlət rüsumu, 90 manat vəkil haqqı və 1000 (bir min) manat mənəvi zərərin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 əlavə cavabdeh qismində icraata cəlb edilməklə istifadə və sahibliyində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qaraja nəqliyyat vasitəsilə daxil olmaq üçün maneə yaradan hasarın və darvazanın cavabdeh X2 hesabına sökülməsi və maneənin aradan qaldırılması, istifadə və sahibliyində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, N 70 ünvanında yerləşən qarajın giriş qapısının sağ hissəsində inşa edilmiş fərdi yaşayış evinin nəqliyyat vasitəsilə qaraja daxil olmaq üçün maneə yaradan hissəsinin Cavabdeh1 hesabına sökülməsi və maneənin aradan qaldırılması, ödənilmiş 30 manat dövlət rüsumu, 90 manat vəkil haqqı və 1000 (bir min) manat mənəvi zərərin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 əlavə cavabdeh qismində icraata cəlb edilməklə istifadə və sahibliyində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qaraja nəqliyyat vasitəsilə daxil olmaq üçün maneə yaradan hasarın və darvazanın cavabdeh X2 hesabına sökülməsi və maneənin aradan qaldırılması, istifadə və sahibliyində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qarajın giriş qapısının sağ hissəsində inşa edilmiş fərdi yaşayış evinin nəqliyyat vasitəsilə qaraja daxil olmaq üçün maneə yaradan hissəsinin Cavabdeh1 hesabına sökülməsi və maneənin aradan qaldırılması, istifadə və sahibliyində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qarajın giriş qapısının ön hissəsində inşa edilmiş fərdi yaşayış evinin nəqliyyat vasitəsilə qaraja daxil olmaq üçün maneə yaradan hissəsinin Cavabdeh3 hesabına sökülməsi və maneənin aradan qaldırılması, ödənilmiş 30 manat dövlət rüsumu, 90 manat vəkil haqqı və 1000 (bir min) manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatı onun adına olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qarajı cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və darvaza ilə əhatəyə alınmış, bununla da qeyri-yaşayış sahəsindən istifadə imkanları məhdudlaşdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 10.07.2019-ci il tarixində verilmiş texniki pasportdan görünür ki, həmin daşınmaz əmlak onun adına dövlət reyestrində qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt ŞİHB-nın Aparatının 21.10.2019-cu tarixli 1400 saylı məktubundan görünür ki, qarajı məhdudlaşdıran tikililər qeydiyyata alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razıdır. Əslində rəy iddianın mahiyyətini və məzmununu özündə əks etdirir. Onlarda olan məlumata görə darvaza Xasay tərəfindən tikilib. Lakin ekspert tərəfindən müəyyən edilib ki, qaraj Cavabdeh3 evinə daha yaxındır. Qeyd olunanlara əsasən nümayəndə, iddia tələbinin təmin edilməsini, iddiaçının mülkiyyətində olan qarajdan sərbəst istifadə etmək üçün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Bəhruz oğlu iddia tələbini qəbul edərək bildirdi ki, iş üzrə təkrar ekspertiza keçirilməsini o, xahiş etmişdir. Onun evinin arxasında beş, qarşısında isə dörd ev yerləşir. İddiaçı tərəf saxta yolla sözügedən qarajı özəlləşdirib. Hətta Nizami evini tikəndə iddiaçının oğlu orada olmuş və ona heç bir etiraz bildirməmişdir. Çünki həmin vaxt qaraja gedən yol açıq idi. Hazırda o, qarajdan istifadə edilməsi üçün yol verməyə razıdır. O darvazanın açarını da iddiaçıya verməyə razıdır, bunun üçün darvazanın sökülməsinə ehtiyac yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, ekspert rəyi ilə razıdır. İstənilən vaxt qarajdan istifadəyə mane olan hasarını sökə bilər. Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə Cavabdeh1 məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 23 nömrəli, 15 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Zəngilan rayon sakini Cavabdeh2 halhazırda ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 1400 nömrəli, 21.10.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, sıra B, 70 ünvanında yerləşən mərhum X3 verilmiş 23.0 kv.m ümumi sahəyə malik mövcud qarajın istifadəsinin məhdudlaşdırılmasına səbəb olmuş tikiliyə dair Memarlıq və Şəhərsalma İdarəsinin arxivində heç bir sənəd aşkar olmamışdır. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 sentyabr 2019-cu il tarixli, **********17 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, sıra B, 70 ünvanında yerləşən qaraj Sumqayıt “Asan Xidmət” mərkəzinin xüsusi notariusunun təsdiq etdiyi 2V-87 reyestr nömrəli, 16.02.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-66 reyestr nömrəli, 16.02.2014-cü il tarixli miras payın bağışlanma müqaviləsi əsasında İddiaçı Hüseyn qızının adına qeydiyyata alınmış və texniki pasport verilmişdir. Məhkəmənin 09 oktyabr 2020-ci il tarixli yerli baxış protokolundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, 70 ünvanında yerləşən qarajın Cavabdeh2 istifadəsində olan evin həyətinin içərisində yerləşdiyi, həmin həyətə daxil olmaq üçün bir ədəd darvazanın mövcud olması, darvazanın açarlarının cavabdehdə olması, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, 70 ünvanında yerləşən qaraj hər tərəfdən cavabdehin istifadəsində olan evin hasarı ilə əhatələnməsi, qarajdan istifadə etmək üçün hər dəfə cavabdehin istifadəsində olan həyətin darvazasının cavabdeh tərəfindən açılmasının zəruri olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 10/4107 nömrəli rəyindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra B, 70 ünvanında yerləşən qarajından nəqliyyat vasitəsi ilə daxil olmaq üçün (darvaza, hasar) istifadəsinə maneənin olduğu müəyyn edilmiş, həmin qarajdan nəqliyyat vasitəsilə daxil olmaq üçün Cavabdeh2 Bəhruz oğlu tərəfindən quraşdırılmış darvaza söküldüyü tədbirdə qaraj tikilisindən nəqliyyat vasitəsi ilə istifadəsinin mümkün olacağı müəyyən edilmişdir. İş materiallarında Sumqayıt Bələdiyyəsinin 3307 nömrəli, 16 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra B ünvanında Cavabdeh2 Bəhruz oğluna Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 10/3813 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin tədqiq olunan qaraj tikilisinin ön hissəsində inşa edildiyini, yaşayış evinin arxa hissəsindəki sərhəd hasarından qarajın giriş qapısına qədər olan məsafə 5,4 metr təşkil etdiyini, eləcə də qarajın yerləşdiyi torpaq sahəsinin dörd tərəfdən hörülərək hasara alındığını nəzərə alaraq, X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa hissəsindəki sərhəd hasarının və torpaq sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal konstruksiyalı darvazanın İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi sıra “B”, N 70 ünvanında yerləşən qaraja nəqliyyat vasitəsilə daxil olmaq üçün maneə yaratdığı müəyyən edilmiş, X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa hissəsindəki sərhəd hasarı və torpaq sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal konstruksiyalı darvaza söküldüyü təqdirdə, həmin qarajdan nəqliyyat vasitəsi ilə daxil olmaq üçün istifadə edilməsinin mümkün ola biləcəyi qeyd olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qarajından istifadə etməsinə cavabdehlər tərəfindən maneə yaradılması səbəbilə məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh2 Bəhruz oğlu iddiaçıya məxsus qarajı dörd tərəfdən hörərək hasarlamış, hasarın daxilində qarajın sol tərəfində iki mərtəbəli fərdi yaşayış evi inşa etmiş, hasarla əhatələnmiş həyətə dəmir darvaza quraşdırmışdır. Eyni zamanda cavabdeh X4 qarajın ön hissəsində iki mərtəbəli fərdi yaşayış evi, Cavabdeh1 isə qarajın yerləşdiyi həyətin giriş hissəsində sag tərəfdə iki mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən qanunsuz tikilinin sökülməsini deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən qanunsuz tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (158.4). “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 sentyabr 2019-cu il tarixli, **********17 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, sıra B, 70 ünvanında yerləşən qaraj İddiaçı Hüseyn qızının adına qeydiyyata alınmış və ona bu barədə texniki pasport verilmişdir. Göründüyü kimi, mübahisələndirilən qarajın iddiaçıya məxsus olması səlahiyyətli dövlət orqanında qeydə alınmış və həmin orqan tərəfindən tərtib edilmiş texniki pasportla təsdiq edilmiş, iddiaçı uzun müddət həmin qarajdan fasiləsiz və mübahisəsiz olaraq istifadə etmişdir. Mülki qanunvericiliyin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin yerində müayinəsi (həmin vaxt iddia tələbi həddində həyata keçirilməklə) və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus qarajın ön hissəsində X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Yaşayış evinin arxa hissəsində (qaraja tərəf olan) eni 2,0 metr olan torpaq sahəsi hasara alınmışdır. Eyni zamanda qarajın sol tərəfindəki sahədə Cavabdeh2 Bəhruz oğlunun istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh1 istifadəsində olan fərdi yaşayış evi iki mərtəbəli olmaqla, həyətə giriş hissədən sag tərəfdə yerləşir. Yaşayış evlərinin və qarajın yerləşdiyi torpaq sahəsinin sərhədləri dörd tərəfdən əhəng daşları ilə hörülərək hasarlanmış və küçə tərəfdən torpaq sahəsinə bir giriş-çıxış qapısı quraşdırılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa hissəsindəki sərhəd hasarı və torpaq sahəsinə girişçıxış üçün quraşdırılmış metal konstruksiyalı darvaza İddiaçı ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi sıra “B”, N 70 ünvanında yerləşən qaraja nəqliyyat vasitəsilə daxil olmaq üçün maneə yaradır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa hissəsindəki sərhəd hasarının X1 hesabına sökülməsi, o cümlədən qarajın yerləşdiyi torpaq sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal konstruksiyalı darvazanın Cavabdeh2 Bəhruz oğlunun hesabına sökülməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya məxsus qaraja nəqliyyat vasitəsilə daxil olmaq üçün hər hansı maneə yaratdığı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyan tələbi ilə bağlı istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı cavabdehlərdən 90 manat vəkil haqqının tutulmasını xahiş etsə də, bu xərclə bağlı ərizəsinə hər hansı sübut əlavə etmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən (iki cavabdehə münasibətdə) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 10 manat dövlət rusumu cavabdehlər Cavabdeh2 Bəhruz oğlu və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 200 (100+100) manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 200 manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 Bəhruz oğlu və Cavabdeh3 aid olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa hissəsindəki sərhəd hasarı X1 hesabına və qarajın yerləşdiyi torpaq sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal konstruksiyalı darvaza Cavabdeh2 Bəhruz oğlunun hesabına sökülməli, iddia Cavabdeh1 münasibətdə və digər hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi, sıra “B”, № 70 ünvanında yerləşən qaraja nəqliyyat vasitəsilə daxil olmaq üçün maneə yaradan, həmin qarajın önündə X1 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa hissəsindəki sərhəd hasarı cavabdeh X1 hesabına və qarajın yerləşdiyi torpaq sahəsinə giriş-çıxış üçün quraşdırılmış metal konstruksiyalı darvaza Cavabdeh2 Bəhruz oğlunun hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 Bəhruz oğlu və Cavabdeh3 müştərək qaydada 10 (on) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh2 Bəhruz oğlu və Cavabdeh3 müştərək qaydada 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-23/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-23/2022
28.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver