Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2316/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomaşınına dəymiş 5210 manat maddi ziyan, eləcə də ödənmiş 72,1 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Stansiya Sumqayıt qəsəbəsi ərazisində onun idarə etdiyi avtomobillə Cavabdeh idarə etdiyi avtomobil toqquşmuş, nəticədə o, sağ dizin, əlin və baldırın əziyi xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, bu qəzada Cavabdeh təqsirli olmuşdur. Həmin hadisə Sumqayıt şəhər Pİ-nin TŞ-nin təhqiqatçısı S.Qəmbərov tərəfindən araşdırılmış, toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edildiyi üçün xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Sumqayıt şəhər Pİ DYPŞ-nə göndərilmiş, onun idarə etdiyi avtomobilə dəymiş maddi ziyanın tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt şəhər Pİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsiri bilinərək, barəsində 40 manat məbləğində cərimə edilmə növündə tənbeh növü tətbiq edilmişdir. İşin şərh edilən hallarından görünür ki, Cavabdeh təqsirli əməli nəticəsində İddiaçı sağlamlığına və avtomaşınına ziyan dəymişdir. Cavabdehdən həmin ziyanı və səhhətinin pozulması ilə əlaqədar olaraq itirdiyi gəlirini tələb etməyinə baxmayaraq, cavabdeh ona vurmuş olduğu ziyanı könüllü ödəməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Baş vermiş avtoqəza nəticəsində onun avtomaşınıma zərər dəymişdir. Sumqayı şəhəri, “Şahin-95” firmasının tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 09 saylı qüsur aktına əsasən İddiaçı “Daewoo Racer” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomaşınına dəyən zərərin və onu bərpa etmək üçün çəkdiyi xərcləri 5210 manat müəyyən edilmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, idarə etdiyi avtomobillə Cavabdeh idarə etdiyi avtomobil toqquşmuş və nəticədə onun avtomobilinə ziyan vurulmuşdur. Qüsur aktına əsasən avtomobilinə dəyən zərər və onu bərpa etmək üçün çəkdiyi xərclər 5000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi avtomobilin sığortası yoxdur. Ekspert rəyində qeyd olunan məbləğlə razıdır. Cavabdeh imkanı olmadığını bildirir. O, həmin qəzada xəsarət almış, bütün xərcləri özü çəkmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği ilə razı deyildir. İddiaçı idarə etdiyi avtomobil köhnədir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun da avtomobilinə ziyan dəymişdir. Həmin avtomobilin bazar dəyəri 1500-1800 manat aralığındadır. İddiaçı ilə barışıq üçün cəhd etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Ekspert rəyində qeyd olunan məbləğlə razı deyildir. Rəydə avtomobilin 80 faiz hissəsinin əzildiyi qeyd olunmuşdur. Lakin maksimum 20 faiz əzilmişdir. 1993-cü il buraxılışlı “Daewoo Racer” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın araşdırılması üçün ekspert tərəfindən heç bir baxış keçirilməmişdir. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, HR-1-1550 nömrəli məktubun surətindən görünür ki, idarə etdiyi avtomobilinə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
6. Sumqayıt Şəhər Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisə zamanı Vaz 2107 minik markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta müddəti bitdiyindən Daevoo Racer minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı idarə etdiyi avtomobilinə dəymiş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
7. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 03 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 14:00-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi daxilində VAZ21074 minik markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur.
8. “Daewoo Racer” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Daewoo Racer” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyəri 5210 manat təşkil edir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli, 9/3102 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 1993cü il buraxılışlı “Daewoo Racer” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 3200 manat olmuş 1993-cü il buraxılışlı “Daewoo Racer” markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 2560,00 (3200,00-20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
3. Belə ki, iddiaçı mülkiyyətində olan **-CB-*** dövlət qeydiyyat nişanlı “Daewoo Racer” markalı avtomobilin Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş “Şahin-95” firması tərəfindən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli qüsur aktı ilə “Daewoo Racer” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 5210 manat məbləğində müəyyən edilmişdir.
4. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
6. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
7. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Daewoo Racer” markalı, **-CB-*** qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
9. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3102 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə təmiri rentabel hesab edilməyən, tədqiq edilən 1993-cü il buraxılışlı “Daewoo Racer” markalı **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 3200 manat olmuş 1993-cü il buraxılışlı “Daewoo Racer” markalı **-CB- *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 2560,00 (3200,00-20%) manat müəyyən edilir.
10. Məhkəmə hesab edir ki, “Daewoo Racer” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, Məhkəmə Ekpertiza Mərkəzinin 14 may 2024-cü il tarixli rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir
11. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2560 manat pul vəsaiti və ödənilmiş 72,10 manat dövlət rüsumunun 45 (qırx beş) manat, 60 (altmış) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva