Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2317/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi iddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, iddiaçı “Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı məhəllə, 30/43A saylı evin 8 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, mənzilin boşaldılması və ödənilmiş 100 manat dövlət rüsumunun, 0,40 qəpik bank xidməti haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 16728/2017 saylı, 01.12.2017-ci il tarixli qətnaməsi ilə "xxxx"ASC ilə X3 arasında bağlanmış 07.05.2014-cü il tarixli, 457/ZBGF saylı kredit müqaviləsindən irəli gələn kredit borcunun cavabdeh Nəsrulla Abdullayevdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ üzə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 39/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(060)-16728/2017 saylı qətnaməsinə ipoteka predmetinə ilkin satış qiymətinə aid hissədə dəyişiliklik edilmişdir. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1865/2021 saylı, 12.04.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir. "xxxx" MMC-nin 27.06.2018-ci il tarixli, Y-219 nömrəli Satış Protokoluna əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 30/43A, 8 saylı mənzil iddiaçının balansına keçmişdir. Hərracın yekunları üzrə iddiaçı ilə "xxxx" MMC arasında 27.06.2021ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.10.2021-ci il tarixli çıxarışına əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 30/43A, 8 saylı mənzil hal-hazırda iddiaçının mülkiyyətindədir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, həmin mənzil onun mərhum həyat yoldaşının kredit borcunun təminsatı olaraq ipoteka ilə yüklü edilmişdir. Maddi imkanları olmadığı üçün borcu ödəyə bilməmişlər. Borcu ödəmək üçün 1 il vaxt verilərsə borcu ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 xx.xx.1959-cu ildə, Bakı şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 30/43A, mənzil 8də (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2017-ci il tarixli, 2(060)- 16728/2017 saylı qətnaməsi ilə iddiaçının X2 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilərək, "xxxx" ASC ilə Abdullayev Nəsrulla arasında bağlanmış 07.05.2014-cü il tarixli, 457/ZBGF kredit müqaviləsindən irəli gələn borcun X1 iddiaçının xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-39/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(060)-16728/2017 saylı qətnaməsinə ipoteka predmetinə ilkin satış qiymətinə aid hissədə dəyişiliklik edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1865/2021 saylı, 12.04.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekunları haqqında Y-219 nömrəli protokola əsasən mübahisəli mənzil 28687,50 manata iddiaçıya satılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli mənzil 04.10.2021-ci il tarixdə iddiaçının mülkiyyətindədir. "xxxx" ASC-nin 20.07.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, lisenziyası ləğv edilmiş bir qrup bankın (o cümlədən "xxxx" ASC-nin) "xxxx" ASC-nin vəsaiti hesabına verdikləri ipoteka kreditlərinə xidmət olunması iddiaçıya həvalə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Nəsrulla Abdullayevin kredit borcu üzrə tutma mübahisəli mənzilə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda iddiaçı öz mülkiyyətində olan mənzildən cvabdehlərin istifadə hüquqlarına xitam verilməsini və mənzilin boşaldılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları və həmin mənzildə yaşamaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilərək həmin mənzil cavabdehlər tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 16-cı məhəllə, 30/43A saylı evin 8 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin və mənzil cavabdehlər tərəfindən boşaldılsın. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 qəpik bank xidməti haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2317/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2317/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver