Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-232/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 10092 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi və eyni zamanda tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək göstərdi ki, “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçının xüsusi mülkiyyətindədir. Həmin faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan və Texniki baxış şöbəsinin rəisi polis polkovniki Əlövsət Şamilov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 016- 302.3972.1220 saylı məktubla öz təsdiqini tapır ki, həqiqətən də “Opel Astra” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın X9 məxsusdur. xx.xx.2018-ci il tarixdə X4 həmin avtomaşına dair etibarnamə vermişdir. Avtomaşını cavabdehdən tələb etməyinə baxmayaraq cavabdeh avtomaşını könüllü surətdə iddiaçıya təhvil verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək 7E-634 №-li reyestrlə qeydiyyata alınmış etibarnamənin ləğv ilə bağlı ərizə vermiş və notariat kontoru tərəfindən həmin etibarnamə ləğv edilmişdir. Hazırda əmlak hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlavə olaraq, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən iddiaçının ünvanına ünvanlanmış məktubda qeyd olunmuşdur ki, onun müraciəti əsasında aparılmış araşdırma zamanı “Opel” markalı ** VB *** qeydiyyat nişanlı avtomobil müəyyən olunaraq Sumqayıt ŞPİ DYP şöbəsinin müvəqqəti duracağına yerləşdirilməsi qeyd olunmuşdur. Həmin avtomaşına baxış keçirərkən avtomaşının tam yararsız vəziyyətdə olduğunu müəyyən etmişdir. Ona görə də hal-hazırda iddianın predmetini dəyişməyə zərurət yaranmışdır. Hesab edir ki, cavabdeh qəsdən iddiaçının maşınını yararsız vəziyyətə saldığından avtomaşına dəymiş zərər cavabdeh tərəfindən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda sığorta şirkəti tərəfindən 4118 manat iddiaçıya ödənilmiş və həmin məbləğ avtomobilin təmiri üçün yetərli olmamışdır. Göstərilənləri nəzərə alaraq, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 10092 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və eyni zamanda tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, tərəfindən avtoqəza törədilmiş və iddiaçının avtomobilinə eyni zamanda digər bir şəxsin avtomobilinə ziyan vurulmuşdur. Həmin ziyan sığorta şirkəti tərəfindən qiymətləndirilərək zərər aktına əsasən 4906 manat qiymət qoyulmuş və sonda iddiaçıya 4118,40 manat ödənilmişdir. Eyni zamanda sığorta şirkəti tərəfindən tərtib olunan təmir aktı ilə iddiaçı razı olmuş və həmin akta imza atmışdır. Hazırda da iddiaçıya məxsus avtomobil tam təmir olunmuşdur. Daha sonra iddiaçı digər bir avto servisdə avtomobilin təmiri üçün yeni bir akt tərtib etdirmiş və həmin aktda göstərilən qiymətlər həddindən artıq çox şişirdilmişdir. O, iddiaçıya sığorta ödənişin əlavə 700-800 manat məbləğində əlavə ödəniş edəcəyini bildirsədə, iddiaçı ondan əsassız olaraq 10092 manat pul tələb etmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X3 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X13 Haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Heydərov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AE № 004354 saylı, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Accent minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan AD № 105323 saylı, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Volksvagen Passat minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan ƏN-İV №454616 saylı xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan “Volksvagen Passat” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobili 8 il 2 ay müddətinə idarə etmək üçün Cavabdeh etibar etmişdir. İş materiallarında olan “Avanqard” Avtoservis”-in Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli Qüsur aktından görünür ki, Hyundai Accent markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri ümumilikdə 10092 manat təşkil edir. İş materiallarında olan “Hyundai Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2021-ci il tarixli, AA041821 saylı Aktından görünür ki, “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 10085,64 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Zərər akt”ının surətindən görünür ki, Hyundai markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərcləri 4906 manat təşkil edir. İş materiallarında olan Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 14459 nömrəli aktdan görünür ki, Cavabdeh Sabunçu rayon ərazisində idarə etdiyi “Volksvagen Passat” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törədərək İddiaçı idarə etdiyi “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur. Maddi zərərin qiyməti 4906 manat məbləğində dəyərləndirilmiş və 4118 manat İddiaçı hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2691 nömrəli ekspert rəyindən görünür ki, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”-nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8881,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5367 nömrəli ekspert rəyindən görünür ki, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”-nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8881,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddiaçı avtomobilinə dəymiş zərəri 10092 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 14459 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin qiyməti 4906 manat məbləğində dəyərləndirilmiş və 4118 manat İddiaçı hesabına köçürülmüş və məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili həmin məbləği aldıqlarını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi yerdə qalan ödənilməmiş 788 manat hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyərləri 200 (iki yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyərləri 200 (iki yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 788 (yeddi yüz səksən səkkiz) manat dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 788 (yeddi yüz səksən səkkiz) manat dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyərləri 200 (iki yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-232/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-232/2022
03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver