Məhkəmə qərarları › İş №2(060)-2324/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2324/2024

10.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2324/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra idarəsini cəlb etməklə Cavabdeh qarşı "məhdudiyyətin qadağan edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh X4 qarşı "məhdudiyyətin qadağan edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli, 2(004)-435/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, X7 və X10 qarşı kredit müqaviləsi üzə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yöəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, 430738,62 manat əsas borc, 4122,73 manat faiz borcu, 840,67 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 435702,02 manat və məhkəmə xərcinə görə 130 manatın cavabdehlər "xxxx" MMC-dən və X5 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutulmanın X10 məxsus olan, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahəsinə və X7 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin qeyri-yaşayış sahələrinin açıq hərracda satılması və onların dəyərindən 430738,62 manat əsas borc, 4122,73 manat faiz borcu, 840,67 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 435702,02 manat və məhkəmə xərcinə görə 130 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-yə ödənilməsi, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 220000 manat, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 222000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2016-cı il tarixli, 2(103)-5691/16 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2017-ci il tarixli, 2(102)-147/17 saylı qətnaməsi ilə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2016-cı il tarixli, 2(103)-5691/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra tədbirlərinin həyata keçirməsinə səbəb olmuş Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli, 2(004)-435/2016 saylı icra vərəqəsindən və qeyd edilən işin faktiki hallarından görünür ki, iddiaçının iddiası qismən təmin edilərək, müəyyən edilmiş borc pul məbləğinə dair tutmanın müvafiq olaraq cavabdehlər X13 və X7 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə 102/64 ünvanında yerləşən 1 və 2 nömrəli qeyri-yaşayış sahələrinə yönəldilməsi müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli, İ0646 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan, yəni X13 tərəfindən müqavilə şərtləri üzrə Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən, hər birinin sahəsi 120 və 120,1 kv.m təşkil edən, ümumi sahəsi 204 kv.m olan 1 və 2 nömrəli qeyri-yaşayış sahələri ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmiş, lakin xx.xx.2014-cü il tarixli, 38 nömrəli Eskiz Layihəsindən də göründüyü kimi həmin qeyri-yaşayış sahələrinə birləşik vəziyyətdə olan, ümumi sahəsi 200,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmişdir. Bundan əlavə, "xxxx"nin Hərracın nəticələri haqqında 453 və 454 nömrəli yekun protokolundan da görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubu əsasında hərraca müvafiq olaraq X13 və X7 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 və 2 nömrəli qeyriyaşayış sahələri çıxarılaraq satılmışdır. Göründüyü kimi həmin əmlaklara bitişik vəziyyətə olan, ümumi sahəsi 200,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin iddiaçı "xxxx" ASC-yə heç bir hüquqi bağlılığı olmasa da, indiki dövrə qədər "xxxx" ASC-nin göstərişi ilə orada olan təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən hüquqları pozulmuş və İddiaçı məxsus əmlakından istifadə etməyinə məhrumiyyətlər yaradılmış və sonradan əmlakı X2, hazırda onun tərəfindən istifadəsində olan obyektə giriş-çıxışı qanunsuz olaraq məhdudlaşdırılmışdır. Bununla əlaqədar, tərəfindən dəfələrlə "xxxx" ASC-yə müraciət edilmiş, Bankla mütəmadi görüşlər keçirilmiş, iddiaçıya ipoteka ilə yüklü edilməyən hissənin qaytarılacağı bildirilmişdir. Lakin, müəyyən müddətdən sonra həmin hissənin ipoteka ilə yüklü edilmiş hissə ilə birgə X1 müəyyən edilmişdir. Yuxarıda qeyd edilən hərəkətlər X8 tərəfindən dayandırılmalıdır. Göstərilənlərə əsasən, X8 ilə heç bir hüquqi bağlılığı olmayan, ipoteka ilə yüklü edilməmiş, iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən, hər birinin sahəsi 120 və 120,1 kv.m təşkil edən, ümumi sahəsi 204 kv.m olan 1 və 2 nömrəli qeyri-yaşayış sahələrinə bitişik vəziyyətdə (terras) ümumi sahəsi 200,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən istifadə etməyinə yaratmış olduğu məhdudiyyətin qadağan edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, cavabdeh X3 əsl cavabdehlər "xxxx" ASC və Cavabdeh ilə əvəz edilməsi xahiş edilmişdir.

4. Daha sonra İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, cavabdehlər siyahısından "xxxx" ASC-nin çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı qeyd etdiyi qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu təsdiq edən mülkiyyət sənədini təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X14 bildirmişdir ki, sözügedən ərazi ilə bağlı bir neçə icra tədbirləri həyata keçirilmişdir. Belə ki, icraatda "xxxx" ASC-nin Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən, hər birinin sahəsi 102 və 102,1 kv.m təşkil edən, ümumi sahəsi 204,1 kv.m olan 1 və 2 nömrəli qeyri-yaşayış sahələrinin hərraca çıxarılması ilə bağlı icra sənədi olmuşdur. Hərracla bağlı alıcı olmadığından, banka təklif edildi. Sonradan məhkəmə qərarı əsasında həmin əmlak boşaldıldı. Həmin vaxt terrasla bağlı bankın heç bir sənədi yox idi. Rafiq müəllimə də aid sənəd var idisə, təqdim edilmədi. İcra predmeti, yəni boşaldılacaq əmlak terras deyildi deyə, terrasla bağlı tədbir görülmədi. Həmin vaxt Bankla Rafiq müəllim arasında şifahi razılıq əldə edilmişdir ki, terras ona geri qaytarılacaq.

8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-435/2016 saylı, 01 mart 2016-cı il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, 430738,62 manat əsas borc, 4122,73 manat faiz borcu, 840,67 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 435702,02 manat və məhkəmə xərcinə görə 130 manat cavabdehlər "xxxx" MMC-dən və X5 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın X10 məxsus olan, Sumqayıt şəhəri, 2-ci məhəllə. 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahəsinə və X7 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin qeyriyaşayış sahələrinin açıq hərracdan satılması və onların dəyərindən 430738,62 manat əsas borc, 4122,73 manat faiz borcu, 840,67 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 435702,02 manat və məhkəmə xərcinə görə 130 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilməsi, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 220000 manat, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin isə 222000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-147/17 saylı, 09 yanvar 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 11 avqust 2016-cı il tarixli 2(103)-5691/16 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021ci il tarixli, 94 nömrəli sərəncamından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci məhəllə, b.102/64, s.2 ünvanının qarşısında yerləşən sahəsi 144 kv.m olan mövcud yüngül konstruksiyadan quraşdırılmış qeyriyaşayış sahəsinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.

14. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, AZ5000, ünvan 5 ünvanında yerləşən 0,0144 ha torpaq sahəsi icarə hüququ ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 283 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

15. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

16. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 7 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş məlumatın təqdim edilməsi barədə 04 iyun 2024-cü il tarixli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102/64 ünvanında yerləşən ümumi sahəsi 204,1 kv.m olan qeyri-yaşayış sahəsinə dair satıcı İddiaçı ilə alıcı X15 arasında xx.xx.2011-ci il tarixli, 4Ə2/238 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2011-ci il tarixində ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 102,0 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 102,0 kv.m olan qeyri-yaşayış sahəsi isə X11 adına qeydiyyata alınmışdır. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 102,0 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixli, 4Ə-1137 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixində X9 adına özgəninkiləşdirilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixli, 3M/410 reyestr nömrəli ipoteka müqaviləsinə (İ0646 nömrəli) əsasən sözügedən sahə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş, “Əmlak İxtisaslaşdırılmış Hərrac X12 Cəmiyyətinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 453 nömrəli hərracın nəticələri haqqında yekun protokola əsasən isə xx.xx.2017-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına özgəninkiləşdirilmişdir. Son olaraq xx.xx.2023-cü il tarixli, 4Ə-165 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində Cavabdeh adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 102,0 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixli, 4Ə-05 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixində X6 adına özgəninkiləşdirilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixli, 3M/409 reyestr nömrəli ipoteka müqaviləsinə (İ0646 nömrəli) əsasən sözügedən sahə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 454 nömrəli hərracın nəticələri haqqında yekun protokola əsasən isə xx.xx.2017-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına özgəninkiləşdirilmişdir. Son olaraq xx.xx.2023-cü il tarixli, 4Ə-164 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində Cavabdeh adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan qeyri-yaşayış sahələrinə bitişik (terras) ümumi sahəsi 200,7 kv.m təşkil edən qeyriyaşayış sahəsi çoxmərtəbəli binanın tərkibində qeydiyyata alınmadığından, onun hüquqi vəziyyəti ilə bağlı məlumatın verilməsi mümkün olmamışdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

19. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı).

20. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən, hər birinin sahəsi 120 və 120,1 kv.m təşkil edən, ümumi sahəsi 204 kv.m olan 1 və 2 nömrəli qeyri-yaşayış sahələrinə bitişik vəziyyətdə (terras) ümumi sahəsi 200,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən istifadə etməyinə yaratmış olduğu məhdudiyyətin qadağan edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir.

21. Göründüyü kimi Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən, hər birinin sahəsi 102 və 102,1 kv.m təşkil edən, ümumi sahəsi 204,1 kv.m olan 1 və 2 nömrəli qeyri-yaşayış sahələri Cavabdeh məxsusdur.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 94 nömrəli sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci məhəllə, b.102/64, s.2 ünvanının qarşısında yerləşən sahəsi 144 kv.m olan mövcud yüngül konstruksiyadan quraşdırılmış qeyri-yaşayış sahəsinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.

23. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.

24. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra idarəsini cəlb etməklə Cavabdeh qarşı "məhdudiyyətin qadağan edilməsi tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar