Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2327/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, Ərizəçi doğum şəhadətnaməsində soyad və ata qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (maraqlı şəxs kimi Sumqayıt şəhər Qeydiyyat şöbəsini göstərməklə), onun doğum şəhadətnaməsində soyad qrafasında qeydin Pirqələmov əvəzində düzgün olmayaraq Nəsibova yazılmasının və ata qrafasında qeydin Pirqələmov əvəzində düzgün olmayaraq X4 yazılmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır (339.1). Ərizəçi X2 ilə X1 Ermənistan Respublikasında qeydə alınmış nikahları haqqında təkrar şəhadətnamənin verilməsi barədə ərizəsinə Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-463/15 saylı cavab məktubundan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər arxivdə saxlanılmamışdır. Ərizəçi hazırkı ərizədə doğum akt qeydində deyil, doğum haqqında şəhadətnaməsində olan qeydlərin düzgün olmamasının müəyyən edilməsini xahiş edir. Lakin, MPM-in 339.1-ci maddəsi vətəndaşlıq vəziyyəti barədə sənədlərdə deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) olan qeydlərin düzgün olmamasının müəyyən edilməsinin mümkünlüyünü nəzərdə tutur. Belə ki, ərizəçinin doğum akt qeydi ümumiyyətlə mövcud deyildir. Hazırkı vəziyyət isə işə məhkəmə qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-ə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1.). Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığına görə ərizənin qəbulundan onun yolverilməzliyinə görə imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi doğum şəhadətnaməsində soyad və ata qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinin qəbulundan onun yolverilməzliyinə görə imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2327/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2327/2021
02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver