Məhkəmə qərarları › İş №2(060)-2343/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2343/2021

19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2343/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1958-ci ildə Bərdə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da ailə üzvləri ilə birlikdə yaşayır. O cavabdehlərdən xx.xx.2014-cü il tarixdə Yaşma Bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə almış, həmin bağ torpaq sahələri üçün o cavabdehlərə ümumilikdə 10000 manat məbləğində pul ödəmişdir. O bağ torpaq sahələrini yaxın qohumları olan X7 və X1 adına almış və cavabdehlər etibarnaməni həmin şəxslərə vermişlər. O həmin bağ torpaq sahələrini alarkən həmin bağ torpaq sahələri 1,5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olmuşdur. 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirmək üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilmişdir. Bundan sonra o cavabdehlərlə əlaqə saxlayıb bu barədə məlumat verib, bildirmişdir ki, ya məsələni həll edin, ya da onun ödədiyi ümumilikdə 10000 manat məbləğində pulunu qaytarsınlar. Lakin bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdehlər onu aldadıb pulunu mənimsəmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində pul tutulub ona verilməlidir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10000 (on min) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı pul tələbinə dair iddia ərizəsinə etiraz verərək, etirazı onunla əsaslandırmışlar ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 10000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə Yaşma bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə almışdır. Həmin bağ torpaq sahələri üçün iddiaçının dediyinə görə onlara 10000 manat məbləğində pul ödəmişdir, həmin bağ sahələri onun yaxın qohumları X7 və X3 adlarına etibarnamə verilməklə alınmışdır. Onun bildirdiyinə görə o, torpaq sahələrini alarkən torpaq sahələri 1.5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olmuşdur. 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirmək üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilmişdir. Bundan sonra iddiaçı cavadehlərlə əlaqə saxlayıb bu barədə bizə məlumat vermiş və onun ödədiyi 10 000 manatı onlardan tələb etmiş, lakin bu günə qədər heç bir nəticəsi olmamışdır. Onlar iddia ərizəsinə etiraz olaraq bildirirlər ki, ümumiyyətlə iddiaçını tanımırlar, onunla heç bir işləri olmamışdır. Bağ sahələrinə dair bildirirlər ki, onlar cavabdehlər 1998 və 2000-ci illərdə Yaşma adlanan ərazidə hərəsi 600 kv.metr torpaq sahəsinin sahibi olmuşlar. 2014-cü ildə torpaqlarını satmaq istəmişlər və makler vasitəsilə X7 ilə tanış olduqdan sonra onlar həmin bağ sahələrini 5800 manata satmağa razılığa gəlib, bağ sahələrinin özəlləşdirilməsi və o, öz adına həmin torpaqları sənədləşdirilməsi üçün ona və arvadı X4 etibarnamə vermişlər. Bundan sonra Qamiddin Hacaliyevi görməmişlər. İddiaçının hazırkı tələblə bağlı heç bir hüququ yaranmamış, onlara qarşı bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Hesab edirlər ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarım, eləcədə maraqlarım qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdimetmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasım və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementi məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçını ümumiyyələ görmədiyi və onunla bağ sahələrinin alqı-satqısı barədə danışıq aparmadığı halda onlara qarşı iddia tələbinin irəli sürülməsi qəbul edilməzdir. Bağ sahələrinin alqısatqısı ilə onlarla danışıq aparan Qamiddin Hacaliyevin hər-hansı bir tələbi varsa onun tələbinə cavab verməyə hazırıq. Lakin onlar iddiaçını tanımırlar, onunla hər-hansı bir alışverişləri olmamışdır, ondan 10000 manat pul da almamışlar. Bunun əksini sübut edən sənəd iddiaçıda varsa, məhkəməyə təqdim etsin. Bağ sahəsinə dair danışıqların ona heç bir aidiyyəti olmamışdır. Qeyd olunanları nəzərə alıb, məhkəmədən İddiaçı onlara qarşı pul tələbi ilə bağlı subyektiv hüququ olmadığına görə iddiasının əsassız olması səbəbi ilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil xx xxxx 2021-ci il tarixə saat 12:10-a təyin edilmiş məhkəmə iclasında iştirak edib iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, idda ərizəsinə verdiyi etiraza uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh2 adına verilmiş xx xxxx 2000-ci il tarixli 41 saylı bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Cavabdeh2 Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cavabdeh1 adına verilmiş xx xxxx 2000-ci il tarixli 42 saylı bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Cavabdeh1 Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən X5 verilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X5 etibar etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən X4 verilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X4 etibar etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4618/2019 saylı mülki işin materialları ilə müəyyən edildi ki, eyni iddia tələbi ilə bağlı mübahisə araşdırılarkən məhkəmənin xx xxx 2019-cu il tarixli sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli cavabından görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivində, Sumqayıt Süd zavodunun işçilərinə verilməsi məqsədilə ayrılmış ərazidə yerləşən 41 və 42 nömrəli bağ sahələri “Polimer” Bağçılıq Yoldaşlığı cəmiyyəti tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 saylı bağ torpaq sahəsi xx.xx.1989-cu il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə xx.xx.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 42 saylı bağ torpaq sahəsi xx.xx.1988-ci il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə xx.xx.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli etibarnamə ilə “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X5 etibar etmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 saylı bağ torpaq sahəsi xx.xx.1989-cu il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə xx.xx.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2016cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 xx.xx.2014-cü il tarixli etibarnamə ilə “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X4 etibar etmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 42 saylı bağ torpaq sahəsi xx.xx.1988-cu il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə xx.xx.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi qeyd edib mülkiyyətçi kimi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərkən, onun bu hüquqa, yəni subyektiv hüququnun olmasının hüquqi və faktiki hallarını əsaslandıra bilməmiş, həmçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxx 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə xx xxxxxx 2012-ci il tarixli Qərarları). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyərkimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları əsaslanaraq hesab edir ki, iddiaçı bir çox hüquqlardan üstün olan mülkiyyətçi hüquqlarından əvvəl subyektiv hüququnun olmasını əsaslandıra bilməmiş, həmçinin cavabdehin iddia tələbinin subyektiv hüququn olmaması əsası ilə rədd edilməsi barədə etirazını təqzib edə bilməmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 və 42 saylı bağ torpaq sahələrinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 manat məbləğində pulun verilməsi tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar