Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2357/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində cavabdehin idarə etdiyi, ona məxsus olan “Mazda 2” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 6-cı mikrorayon istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus və İddiaçı tərəfindən idarə olunan “X3 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sonuncu da, qarşıda eyni istiqamətdə olan X2 idarə etdiyi “Toyota Prius minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Cavabdeh İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli təmir aktına əsasən hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə ümumilikdə 8695,77 manat məbləğində ziyan dəymişdir. Hadisənin xx.xx.2024-cü tarixdə baş verməsinə baxmayaraq, cavabdeh indiyə qədər iddiaçıya məxsus nəqliyyat vasitəsini təmir etdirməmiş və ya təmir xərclərini ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh törədilmiş olduğu avtoqəza nəticəsində iddiaçıya məxsus “X3 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 8695,77 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh etiraz edərək, bildirmişdir ki, idarə etdiyi avtomobillə hərəkətdə olarkən texniki nasazlıq səbəbindən öndə olan İddiaçı idarə etdiyi “X3 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və nəticədə həmin avtomobil də qarşıda eyni istiqamətdə dayanmış vəziyyətdə olan X2 idarə etdiyi “Toyota Prius” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İddia ərizəsində və qiymətləndirmə aktında göstərilən avtomobilə dəymiş maddi ziyanın məbləği şişirdilmişdir. Çünki, iddiaçının idarə etdiyi avtomobilin ehtiyyat hissələri və onların dəyər qiyməti hazırkı tarixə əmlak bazarında olan qiymətləri əks etdirmir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Mazda 2 minik” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir.
7. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Mİ-151471 nömrəli qüsur aktından görünür ki, “X3 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə (ƏDV daxil olmaqla) 8695,77 manat məbləğində ziyan dəymişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4496 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “X3 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxmini 7680 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti -5680 manat, təmir-bərpa işlərinin qiyməti- 2000 manat müəyyən edilir. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq etməklə təxminən 7344 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5344 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mazda 2” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçıya məxsus “X3 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.
18. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.
19. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2022-ci il buraxılışlı “X3 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxmini 7680 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti -5680 manat, təmir bərpa işlərinin qiyməti- 2000 manat, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq etməklə təxminən 7344 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5344 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
20. Məhkəmə hesab edir ki, avtomobilin 2022-ci il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği dəyişilməli hissələrin qiymətinə köhnəlmə faizi nəzərə alınmaqla müəyyənləşdirilmiş 7344 manat məbləği əsas kimi tutularaq həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
21. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, həmçinin, ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7344 (yeddi min üç yüz qırx dörd) manat məbləğində maddi ziyanın əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7344 (yeddi min üç yüz qırx dörd) manat məbləğində maddi ziyanın əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva