Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2374/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdehlər Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “maneənin və müdaxilənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə massivi, 6-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinə cavabdehə girişinin qadağan olunması, torpaq sahəsinə qarşı yönələn maneələrin və müdaxilələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2018-ci il tarixində Sumqayıt şəhəri, Yaşıldərə massivi, 6-cı məhəllə ünvanında yerləşən 0,12 torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək həmin torpaq sahəsini həyat yoldaşı X1 4500 manata satmışdır. Cavabdeh tərəfindən satılan torpağa görə ona “Xəzər” Bağçılıq Yoldaşlığının üzvlük kitabçasını vermişdir. Həmin “üzvlük kitabçasına” görə xx.xx.1991-ci ildə 634 saylı protokol əsasında 0,12 ha ərazidə yerləşən 373 saylı bağ sahəsi onun adına rəsmiləşdirilmişdir. Lakin 373 saylı bağ sahəsi “Xəzər” Bağçılıq Yoldaşlığının ərazisində yerləşir və faktiki cavabdehin ona satdığı torpaq sahəsinin ölçüsü 0,12 ha deyil, bundan 0,4 ha az, yəni 0,8 ha-dır (8 sotdur). Ona cavabdehin verdiyi həmin 0,8 ha torpaq sahəsi Sumqayıt şəhəri, Yaşıldərə massisi, 6-cı məhəllə ünvanındadır. Torpağı ölçüsü 0,4 azdır. O, həmin torpağı abadlaşdıraraq torpaq sahəsinin 0,4 ha hissəsini Maraqlı şəxs 13000 manata satmışdır. Torpaq sahəsinin abadlaşmasına o, 13500 manat sərf etmişdir. Maraqlı şəxs həmin torpaq sahəsində yaşayış üçün fərdi ev tikmişdir. Bunu 1 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli, 97 saylı arayışı təsdiq edir. Hal-hazırda həmin torpaq yüklüdür. Maraqlı şəxs bildirdiyinə görə gördüyü işlərə görə 0, 88000 manat xərcləmişdir. Hal-hazırda cavabdeh ona və Maraqlı şəxs məxsus torpaq sahəsinin barısına kraska ilə ərazinin satıldığını bildirən elan yazmışdır. İddiaçı nümayəndəsi və vəkili X2 elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə izahatlarında mülki işin baxılmamış saxlanılmasına etiraz etmədilər. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə təmin edilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində müəyyən olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “maneənin və müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2374/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2374/2025
24.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver