Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2376/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdehin Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü – X9 və xx.xx.2020-ci il təvəllüdlü – X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün onun xeyrinə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, birgə nikahdan dünyaya gəlmiş azyaşlı xx.xx.2020-ci il təvəllüdlü- X12 və xx.xx.2020-ci il təvəllüdlü – X11 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh 25 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsinə əsasən o və cavabdeh – Cavabdeh arasındakı nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş – X9 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat və xx.xx.2020-ci il təvəllüdlü – X9 və xx.xx.2020-ci il təvəllüdlü- X5 03 yaş tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X12 və X11 2 yaş 6 aylıqdırlar. Uşaqların səhhəti ilə əlaqədar mütəmadi həkim nəzarətinə ethiyac var. xx.xx.2021-ci il tarixli qətnamədə hər ay hər uşaq üçün qət edilmiş aliment məbləği hal-hazırda uşaqların qida və istirahətləri üçün tələb olunan ehtiyacları ödəmir. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Bildirir ki, borclu icra məmurunun məcburi icra tədbirləri nəticəsində aliment pulunu ödəyir, könüllü şəkildə heç bir aliment pulu ödəmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o təkbaşına çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələblatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü – X9 və xx.xx.2020-ci il təvəllüdlü – X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün onun xeyrinə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, birgə nikahdan dünyaya gəlmiş azyaşlı xx.xx.2020-ci il təvəllüdlü- X12 və xx.xx.2020-ci il təvəllüdlü – X11 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü – X9 və xx.xx.2020-ci il təvəllüdlü – X5 uzun müddətli və davamlı müayinə və müalicəyə ehtiyacları olduqlarını nəzərə alaraq, onlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh 25 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, hal-hazırda X9 baş nahiyəsinin damarlarında şiş xəstəliyi və ürəyində açıq oval dəlik var. Qan-damar xəstəliyinə görə hər iki övladının cərrah və həkim-kardioloqun uzunmüddətli, davamlı müalicə və müayinələrinə ehtiyacları var. X3, həm də X6 anal çat olduğuna görə müalicə olunmalıdırlar. Həmçinin, hər iki övladında nitq ləngiməsi mövcud olduğundan uzun müddətli nevropatoloq, psixoloq və loqoped müayinə və müalicələrinə ehtiyac yaranmışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnamənin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia etmişdir ki, o (cavabdeh) övladları ilə maraqlanmır. O,iddiaçının yaşadığı evə gedərkən iddiaçı onu görən kimi davadalaş salır. 102 qaynar xəttinə zəng edir. Bu səbəbdən də övladları ilə maraqlana bilmir. O bağban işləyir, hər ay 350 manat əmək haqqı alır. Bundan əvvəl təyin olunmuş alimenti maddi imkanı daxilində ödəməyə çalışır. İddiaçı qeyd edilənləri əsaslandıran hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Halbuki iddia tələbini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bildirir ki, onun digər bir yerdən qazancı yoxdur. 72 yaşlı xəstə anası onun himayəsindədir. Xəstləyi ilə əlaqədar mütəmadi müalicəyə ehtiyacı vardır. Hesab edir ki, iddianın rədd edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnamənin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hal-hazırda Cavabdeh faktiki yaşadığı ünvan 2əşən 26 saylı mənzil Cavabdeh özünə məxsusdur. Taksi fəaliyyəti ilə məşğul olur. Qeyd edir ki, o və Cavabdeh evləndikdən sonra ilk yaşadıqları ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil Cavabdeh öz adına idi. Əkiz övladlarının anadan olmasına bir neçə ay qalmış ünvan 1 ünvanında yerləşən 22 saylı mənzili satmış, ünvan 2əşən 26 saylı mənzilə köçmüşlər. Lakin, ünvan 3ləşən 26 saylı mənzil Cavabdeh anası Qənirə Şəmmədovanın dediyinə əsasən əvvəlcə Ə.Elnurun anasının adına alınmış, sonra isə Ə.Elnurun bacısı Şəhla Cəmilzadəyə bağışlanmışdır. Halbuki, Şəhla Cəmilzadə öz adına olan ünvan 4 ünvanında yerləşən 17 saylı mənzildə yaşayır. Əgər ünvan 5a yerləşən 26 saylı mənzil Cavabdeh məxsus deyilsə, onda ailəli olduqları dövrdə ünvan 1 ünvanında yerləşən 22 saylı mənzili satıb əldə etdiyi 5000 manat məbləğində pul vəsaiti hal-hazırda Cavabdeh özündədir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, sübutları təqdim etmişdir. Əkiz uşaqlarının 3-4 aydan sonra 3 yaşı tamam olur. Əvvəlki qətnamə ilə hər uşaq üçün 3 yaşından sonra 150 manat məbləğində pul verilməli olduğunu,uşaqların qidalanması, sosiallaşması, xəstləkilərin olmasını, loqoped və psixoloqun müayinəsinə ehtiyacın olduğunu nəzərə alaraq 150 manatın kifayət etmədiyini bildirmişdir. Xəstəlikləri ilə əlaqədar uşaqları baxçaya qoya bilmir. Ona görə də işə çıxa bilmir. Hal-hazırda 3 ildir ki, analıq məzuniyyətindədir. Uşaqların 3 yaşı 2023-cü ilin sentyabr ayının 29-unda tamam olur. Qazax rayonunda, mərkəzdən uzaqda H1 olan yerdə müəllimə işləyir. Onun hal-hazırda evi yoxdur. Əvvəl 408 manat əmək haqqı almışdır. Uşağın anal çat müalicəsinə ehtiyacı vardır. Ömrünün axrına kimi davam edəcəkdir. Sonuncu dəfə uşaqları 2022-ci ilin sonlarında müalicə elətdirmişdir. Abşeron Mərkəzi xəstəxanasında müalicə elətdirmək istədikdə onlar demişdir ki, aparat yoxdur. Özəl yerlərə yaxınlaşmağı məsləhət görmüşlər. Onun imkanı yoxdur. Uşaqların qidalanmaları, yuxu rejimləri yoxdur. Uşaqlar hər ay müayinə olunmalıdır. Onun isə müayinə üçün pulu yoxdur. Qərəzli şəkildə alimenti ödəmir. Rəfail həkimin deyil, Yetkin həkimin yanında olmuşlar. Hər iki uşaqda bu problemlər vardır. Həmin xəstəliklər təhlükəli nahiyədədirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək çıxışında bildirdi ki, o hər ay 340 manat ödəyir. Ancaq 300 manat və o civarda ödəməyə gücü vardır. Borclar yığılmış və bu günə kimi 2 dəfə həbs olunmuşdur. Əlavə olaraq 500 manat məbləğində cərimə yazılmışdır. Maaşı ilə əlaqədar əlavə ödəmək qabiliyyəti yoxdur. Uşaqların xəstəliklərindən məlumatı vardır. Həmin xəstəlikdən onun özündədə uşaq vaxtı olmuşdur. Qeyd edir ki, 3 yaşından sonra xəstəliklər keçicidir. Xəstəliyin adı 2 damarın partlayaraq birləşməsi deməkdir. Keçicidir. 72 yaşında anası vardır. Anası parkinson xəstəsidir. Həbsə yatır, onunla birgə isə işdən çıxardırlar. İş tapmaq çətindir. 3000 manat borcu vardır. Aylıq 300-340 manat ödəniş edir. İş materialları. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından olan 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X4r. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə Əsədova (Məmmədli) Aytəkin Mikayıl qızı arasında xx.xx.2019- cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1424 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı - X2 yanında qalmaları, Cavabdeh iddiaçı X2 xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat və 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 03 (üç) yaşı tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 25 (iyirmi beş) manat olmaqla, cəmi 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2013-00152 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı 13 saylı Mediasiya təşkilatında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, Cavabdeh isə xx.xx.2023-cü il tarixində bildiriş göndərilmişdir. 50 manat məbləğində mediasiya xərcini isə İddiaçı ödəmişdir. AZ – İ seriyalı, 415140 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X7 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 11 yanvar 2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin mart ayının 18-ci günündə 102 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Məmmədli soyadı verilmişdir. X8 Exokardioqrafdan görünür ki, ölçülər yaşa və çəkiyə uyğundur. Açıq oval dəlik, sol mədəciyin sistolik-diastolik ölçüləri normaldır. Sistolik-diastolik funkisyaları normaldır. Seqmentar divar hərəkət qüsuru izlənməmişdir. Aorta kökü və aorta qapaqları normaldır. Aort qapaqları üçtaylıdır. Aort koarktasiyası qeyd edilmir. Sol mədəciyin çıxışı normaldır. Mitral qapağın hər iki tayı zəif normaldır. Trikuspid qapaqlar normaldır. Sağ boşluqların ölçüləri normaldır. Pulmonar hipertenziya izlənməmişdir. İVS tamdır. PDA qeyd edilmir. Perikard boşluğunda maye izlənməmişdir. Ürək kameraları təmizdir. X15 tərəfindən verilmiş artrosonoqrafiyadan görünür ki, Əsədova Nərmində patologiya aşkar olunmamışdır. Hər iki tərəfdə sirkə kasaları normal şəkildə və dərinlikdədir. Bud sümüyünün başı mərkəzdə lokalizasiya olunur. Çıxıq qeyd olunmur. Epifiz formalaşıbdır. İşin faktiki halları. Cavabdeh ilə Əsədova (Məmmədli) Aytəkin Mikayıl qızı arasında xx.xx.2019- cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1424 nömrəli akt qeydi bağlanmış, Cavabdeh X7 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 11 yanvar 2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin mart ayının 18-ci günündə 102 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Məmmədli soyadı verilmişdir. Tərəflərin birgə nikahda olduqları dövrdə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X11 anadan olmuşdur. Hər iki uşaq əkiz olmaqla bərabər, 3 yaşına çatmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı X2 xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat və 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 03 (üç) yaşı tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 25 (iyirmi beş) manat olmaqla, cəmi 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2023-cü il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 220manat məbləğində müəyyən edilmişdir. İşin mübahisəz halı ondan ibarətdir ki, yuxarıda sadalananları da nəzərə alaraq qeyd olunmalıdır ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 150 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Buborcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (Ailə Məcəlləsi 81.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanun. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. HəminQanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə. Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi vəqazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azadetmir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. 2023-cü il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 220manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 150 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması baxımından cavabdehin tələb olunan məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Əlavə xərclərin tutulması ilə bağlı hissədə isə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı uşaqların üç yaşı tamam olmadığı (uşaqların xəstəlikləri və əkiz olmaları) səbəbindən analıq məzuniyyətində olduğu, uşaqların sağlamlıqları və digər əsaslı mənafeyləri baxımından işləyə bilmir. Qeyd olunan vəsait yalnız iddiaçı, yəni uşağın anası tərəfindən qarşılanır və cavabdeh həmin xərclərdə iştirak etmir. İş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan, cavabdehin fərdi fəaliyyət ilə məşğul olması təsdiq olunmadığı üçün, aylıq qazancının məbləğinin nə qədər olması iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh də əlavə xərclərin ödənilməsinə cəlb olunmalıdır. Ödəniləcək pulun miqdarına münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh övladının saxlanması ilə əlaqədar İddiaçı xeyrinə uşaqların üç yaşına çatanadək, hər ay sabit pul məbləğində hər uşaq üçün 50 manat olmaqla, ümumillikdə 100 manat tutulmalıdır. Göründüyü kimi mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərmişdir. Hazırki iş üzrə iddiaçı qanunvericiliyə əsasən cavabdehdən əlavə xərclərin ödənilməsində iştirak etməyi tələb etməkdə haqlı olsa da, məhkəmə Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsaslanaraq, iddiaçının maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə almağı məqsədəuyğun hesab edir. Belə ki, iddiaçı tərəfindən cavabdehin fərdi qaydada fəaliyyət göstərməsi və gəlirlərinin olması qeyd olunmasına baxmayaraq həmin sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz edərək, aliment öhdəliyinin həyata keçirməməsinə üzürlü səbəbinin olması (gəlirlərinin olmaması, sağlamlıq imkanlarını məhdudluğu və sair) sübut olunmur. Bundan əlavə iddiaçı tərəfindən əkiz uşaqlarının müayinəsi və müalicəsi ilə bağlı Sağlamlıq Mərkəzinə ünvanlamış müraciətə əsasən müəyyən edilir ki, saxlanılması xüsusi qulluq tələb edilən “əkiz uşaqların” sağlamlıqlarında problem olması işin mübahisə edilməyən halıdır. Onların müalicəsi və müayinəsi isə qulluq və maddi xərc tələb edir. Cavabdeh uşaqların müalicəyə ehtiyaclarının olmasını məhkəmə iclasında bildirsə də, valideynlik vəzifəsindən boyun qaçıraraq aliment öhdəliyini həyata keçirmir. Bu isə uşaqların əsaslı mənafeyinə ziddir. Bütün qeyd olunanları və cavabdehin aliment ödəyəcəyini də nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların müalicəsi və müayinəsi üçün əlavə xərclərin ödənilməsinə görə cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutulması ağlabatandır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, müəyyən olunmuş aliment məbləğinin qismən artırılmasını hazırkı uşaqlar üçün müəyyən edilmiş yaşayış minumunu, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumillikdə 400 manat sabit pul məbləğində aliment və Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə isə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında sabit pul məbləğində pul tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə xərcləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ümumi beynəlxalq normalarda və milli qəbul olunmuş qanunvericiliyin əsas prinsipdən çıxış edərək alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, 2020-ci il tarixdən müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumillikdə 400 manat sabit pul məbləğində aliment, Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə isə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında sabit pul məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və 25 (iyirmi beş) manat mediasiya xərci tutulsun. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərclərin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən və bununla əlaqədar Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə isə 29 sentyabr 2020-ci il təvəllüdlü X12 və 29 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2376/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2376/2023
16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver