Məhkəmə qərarları › İş №2(060)-2396/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2396/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2396/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» BOKT MMC-nin Cavabdeh qarşı «kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» BOKT MMC Cavabdeh qarşı «kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 26 dekabr 2019-cu il tarixli BAKU1- 621-2043 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi; 5.813 manat 39 qəpik əsas borc, 11 manat 79 qəpik faiz olmaqla, cəmi 5.825 manat 18 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» BOKT MMC ilə Cavabdeh arasında imzalanmış 26 dekabr 2019-cu il tarixli BAKU1-621- 2043 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən, borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 % olmaqla, 60 ay müddətinə 5.822 manat 31 qəpik məbləğində güzəştli kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 5 manat, növbəti 48 ay ərzində isə hər ay 124 manat ödəniş etməli idi. Lakin borclu, kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə öhdəliklərinin pozulması hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 01 fevral 2021-ci il tarixə Cavabdeh 26 dekabr 2019-cu il tarixli BAKU1-621-2043 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 5.813 manat 39 qəpik əsas borcu, 11 manat 79 qəpik faiz olmaqla, cəmi 5.825 manat 18 qəpik borcu mövcuddur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Müqavilənin 5.2-ci bəndinə görə, müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, qismən icra edilməsi və ya lazımınca icra edilməməsi halında bu müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0,1 %-indən çox olmamaqla dəbbə pulunu tələb edə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli BAKU1-621-2043 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə Cavabdeh illik faiz dərəcəsi 1 % olmaqla, 60 ay müddətinə 5.822 manat 31 qəpik məbləğində güzəştli kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu bu qrafikə əsasən ilk 12 ay ərzində hər ay 5 manat, növbəti 48 ay ərzində isə hər ay 124 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 01.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə 01 fevral 2021-ci il tarixə 5.813 manat 39 qəpik əsas borc, 11 manat 79 qəpik faiz olmaqla, cəmi 5.825 manat 18 qəpik borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktublarından görünür ki, «xxxx» BOKT MMC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli BAKU1-621-2043 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilməli; 5.813 manat 39 qəpik əsas borc, 11 manat 79 qəpik faiz olmaqla, cəmi 5.825 manat 18 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» BOKT MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli BAKU1-621-2043 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin. 5.813 manat 39 qəpik əsas borc, 11 manat 79 qəpik faiz olmaqla, cəmi 5.825 manat 18 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar