Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-24/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Nuranə Əjdər qızı İbrahimovanın katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 07 may 2015-ci il tarixli, SUTQD-0202 saylı kredit müqaviləsinə əsasən illik 29 faiz olmaqla 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də kreditin ödənilməsinə dair öhdəliyi lazımi qaydada və vatında icra etməmişdir. Bu barədə dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra olunmasından qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər ayın 7-dən gec olmayaraq hər ay 145,5 ABŞ dolları ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı vaxtında icra etməmişdir. 28 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 07 may 2015-ci il tarixli, SUTQD-0202 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1276,26 ABŞ dolları, faiz borcuna görə 63,86 ABŞ dolları, dəbbə borcuna görə 38,18 ABŞ dolları, borcun cəmi məbləği 1378,3 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 07 may 2015-ci il tarixli, SUTQD- 0202 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1276,26 ABŞ dolları, faiz borcuna görə 63,86 ABŞ dolları, dəbbə borcuna görə 38,18 ABŞ dolları, borcun cəmi məbləği 1378,3 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan RB-02/PK/8189 saylı arayışa əsasən borclu Cavabdeh 07 may 2015-ci il tarixli, SUTQD-0202 saylı müqaviləsi üzrə 28 sentyabr 2018-ci il tarixinə olan borcu 1378,3 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan 07.05.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 29 faiz olmaqla 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 03 avqust 2015-ci il tarixində boyun səthinin travması səbəbindən vəfat etmişdir. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 07.05.2015-ci il tarixdən 07.05.2016-cı il tarixədək hər ay 145,5 ABŞ dolları olmaqla, yalnız sonuncu ay 145,8 ABŞ dolları, ümumilikdə 1746,3 ABŞ dolları ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(060)-10200/2018 saylı qərardadı ilə cavabdehin hüquqi varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.10.2020-ci il tarixli, 05/5304-11 saylı məktubundan görünür ki, Cavabdeh adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadından görünür ki, (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(105)-1697/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadının ləğv edilməsi, mülki işin sonrakı prosesual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin 10 may 2021-ci il tarixli, 1389 saylı məktubundan görünür ki, Cavabdeh ölümü ilə əlaqədar vərəsəlik işinin açılması aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı Cavabdeh 07 may 2015-ci il tarixli, SUTQD-0202 saylı kredit müqaviləsinə əsasən illik 29 faiz olmaqla 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh 03 avqust 2015-ci il tarixində vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirə bilməmiş, nəticədə cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1378,3 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. 03.08.2015-ci il tarixdə vəfat etmiş Cavabdeh miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Həmçinin Cavabdeh adına heç bir vərəsəlik işi açılmamışdır. Cavabdeh nə qanun, nə də vəsiyyət üzrə vərəsəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh qismində mərhum Cavabdeh qarşı iddia qaldırsa da, mülki prosessual qanunvericiliyin tələbi baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin yönəldiyi şəxs, Cavabdeh vəfat etdiyindən, ölümündən sonra nə qanun, nə də vəsiyyət üzrə vərəsəsi olmadığından ona qarşı tələb yönələ bilməz. İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə işin məhkəmə araşdırması zamanı tədqiq edilən hallarından görünür ki, mərhum Cavabdeh ölümündən sonra notariat ofisində heç bir vərəsəlik işi açılmamışdır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-24/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-24/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver