Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2403/2020 12.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı“pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi səbəbindən 451 manat əsas borcun, 90 manat cərimənin, cəmi 541 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli M-5 № 156 saylı müqavilə bağlayaraq ilkin 115 manat ödəməklə nisyə olaraq ümumi dəyəri 804 manat olan “İndesit” DF4181 X markalı soyuducunu təhvil almış, qalıq 689 manat vəsaiti hər ay 58 manat olmaqla 12 ay müddətində ödəməyi, ödənişlər vaxtında edilmədikdə isə alıcı gecikdirilən hər gün üçün qalan məbləğin 0,2% həcmində penya ödəməyi öhdəsinə götürmüşdür. Borclu xx xxxx 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən hər ay 58 manat ödəməli olduğu halda, 2019-cu ilin oktyabr ayından hər hansı bir ödəniş etməmiş bununla da İddiaçı QSC ilə bağlanmış müqavilənin 1.3-cü bəndinin şərtini pozaraq şirkətə 451 manat zərər vurub. Cavabdehlə dəfələrlə əlaqə saxlamaq cəhdləri heç bir nəticə verməmişdir. Müqavilədən irəli gələn öhdəliyin icra olunmasıüçün cavabdehə sifarişli-xəbərnaməli poçt vasitəsilə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh öhdəliyin icra olunması istiqamətində heç addım atmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli M-5 № 156 saylı müqavilədən görünür ki, İddiaçı QSC Cavabdeh alqı-satqı qiyməti 804 manat olan “İndesit” DF4181 X markalı soyuducu üçün 12 ay müddətə, ilkin ödəniş olaraq 115 manat ödənilməklə, qalan 689 manat pulu hər ay (12 ay) hissə-hissə ödənişşərti ilə satmağı, cavabdeh həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 353 manat ödəniş etmiş, hazırkı əsas borcu isə 451 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçıüzərinə götürdüyüöhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuşöhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddələrinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyüöhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdehndan 451 manat əsas borc, 90 manat dəbbə pulu, cəmi 541 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-230, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 451 manat əsas borc, 90 manat dəbbə pulu, cəmi 541 (beş yüz qırx bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat İddiaçı QSCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2403/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2403/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver