Məhkəmə qərarları › İş №2(060)-2419/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2419/2024

19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2419/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016 cı il təvəllüdlü X1, yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(060)-329/2021 saylı qətnaməsi ilə, hər uşağa görə gorə 150 AZN sabit pul məbləğində müəyyən edilmiş alimentin dəyişdirilərək Cavabdeh oğlundan əmək haqqı və ya digər gəlirlərinin yarısı qədərində alimentin tutulub, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmənin çağırışına gəlməməsi və cavabdeh tərəfin işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi ilə bağlı fikri nəzərə alınmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar