Məhkəmə qərarları › İş №2(060)-242/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-242/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-242/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi , Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 24 iyun 2019-cu il tarixli, 100821-67952/10 saylı kredit müqaviləsi üzrə 974,72 manat məbləğində əsas borcu, 10,43 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 985,15 (doqquz yüz səksən beş manat, on beş qəpik) manat məbləğində kredit borcunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 iyun 2019cu il tarixli, 100821-67952/11 nömrəli kredit müqaviləsi üzrə 1702,14 manat məbləğində əsas borcu, 19,34 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1721,48 (bir min yeddi yüz iyirmi bir manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcunun və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı ələvə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli, 100821- 67952/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 986,85 (doqquz yüz səksən altı manat, səksən beş qəpik) manat məbləğində kredit verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019cu il tarixli, 100821-67952/11 nömrəli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1702,14 (bir min yeddi yüz iki manat, on dörd qəpik) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 27 iyun 2019-cu il tarixli, 100821-67952/11 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 06 sentyabr 2021-ci il tarixinə cavabdehin 24 iyun 2019-cu il tarixli, 100821-67952/10 saylı kredit müqaviləsi üzrə 974,72 manat məbləğində əsas borcu, 10,43 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 985,15 (doqquz yüz səksən beş manat, on beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. 06 sentyabr 2021-ci il tarixinə cavabdehin 27 iyun 2019-cu il tarixli, 100821- 67952/11 nömrəli kredit müqaviləsi üzrə 1702,14 manat məbləğində əsas borcu, 19,34 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1721,48 (bir min yeddi yüz iyirmi bir manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Belə ki, cavabdehlər krediti müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmişlər və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçının nümayəndəsi və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 986,85 manat məbləğində kredit verilmişdir. Bundan başqa "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 1702,14 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 27.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin ödəmə qafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da Onlar Banka olan borclarını ödəməmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki,iş materiallarında olan - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 986,85 manat kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 1702,14 manat kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.06.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən öhdəliklərin icra olunmaması halında borcalana garşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. - 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın 24.06.2019-cu il tarixli, 100821-67952/10 saylı kredit müqaviləsi üzrə banka 974,72 manat məbləğində əsas borc və 10,43 manat faiz borcu olmaqla, ümumilikdə 985,15 manat borcu vardır. - 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın 27.06.2019-cu il tarixli, 100821-67952/11 saylı kredit müqaviləsi üzrə banka 1702,14 manat məbləğində əsas borc və 19,34 manat faiz borcu olmaqla, ümumilikdə 1721,48 manat borcu vardır. - İddiaçı ASC ilə Cavabdeh1 pğlu arasında bağlanmış 24.06.2019-cu il tarixli və 27.06.2019-cu il tarixli güzəştli kredit müqavilələrinin 4.4.1-ci və 5.2-ci bəndinə əsasən borcalan müqavilə ilə müəyyən oiunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli və 27.06.2019-cu il tarixli güzəştli kredit müqavilələrinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. 27.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə borcun təminatı üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 24.06.2019-cu il tarixli, 100821-67952/10 saylı kredit müqaviləsi üzrə banka 974,72 manat məbləğində əsas borc və 10,43 manat faiz borcu olmaqla, ümumilikdə 985,15 manat borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.06.2019-cu il tarixli, 100821-67952/11 saylı kredit müqaviləsi üzrə banka 1702,14 manat məbləğində əsas borc və 19,34 manat faiz borcu olmaqla, ümumilikdə 1721,48 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 24.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bununla yanaşı Cavabdeh1 və digər cavabdeh Mirzəyev Bəxtiyar Tofiq oğlu 27.06.2021-ci il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdirlər. Ona görə də iddiaçının 24.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması, 27.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən ödənilmiş 30,4 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 24 iyun 2019-cu il tarixli, 100821-67952/10 saylı kredit müqaviləsi üzrə 974,72 manat məbləğində əsas borc, 10,43 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 985,15 (doqquz yüz səksən beş manat, on beş qəpik) manat məbləğində kredit borcu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 iyun 2019-cu il tarixli, 100821-67952/11 nömrəli kredit müqaviləsi üzrə 1702,14 manat məbləğində əsas borcu, 19,34 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1721,48 (bir min yeddi yüz iyirmi bir manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcu və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh1 24 iyun 2019-cu il tarixli, 100821-67952/10 saylı kredit müqaviləsi üzrə 974,72 manat məbləğində əsas borc, 10,43 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 985,15 (doqquz yüz səksən beş manat, on beş qəpik) manat məbləğində kredit borcu tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 iyun 2019-cu il tarixli, 100821-67952/11 nömrəli kredit müqaviləsi üzrə 1702,14 manat məbləğində əsas borcu, 19,34 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1721,48 (bir min yeddi yüz iyirmi bir manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcu və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar