Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2444/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların himayəyə verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulması və xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı övladları vardır. Nikahın pozulmasına dair iddia qaldırmağına səbəb cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsidir. Bundan sonra ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Cavabdeh bir ata kimi uşağına baxır və onların maddi tələbatlarını ödəyir. Cavabdehə qarşı aliment tələbi yoxdur. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, nikahın vaxt verilmədən pozulmasını məhkəmədən xahiş edir və aliment tələbi yoxdur. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Nikahın vaxt verilmədən pozulmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçının himayəsinə verilməsinə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt nikah evinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Nəcəfova Məlahət Rafiq qızı arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 222 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Mustafayeva soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı övladları vardır. - xx.xx.2021-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, nikahın vaxt verilmədən pozulmasını xahiş edir və aliment tələbi yoxdur. - xx.xx.2021-ci il tarixli Cavabdeh ərizəsindən görünür ki, iddianı qəbul edir, vaxt verilmədən tərəflər arasında olan nikahın pozulmasını məhkəmədən xahiş edir. Övladlarının iddiaçının himayəsinə verilməsinə razıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı övladları vardır. İddiaçının cavabdehlə boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. İddiaçının cavabdehdən aliment tələbi yoxdur və tərəflər nikahın vaxt verilmədən pozulmasına razıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasına razı olduqları üçün iddia təmin olunmalı, iddiaçı və cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış, 222 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə tərəflərin razılığını, diqqətəlayiq olan digər halları nəzərə alıb birgə nikahdan doğulmuş uşaqların ana qayğısına daha çox ehtiyacı olmasını, uşaqların inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə hesab edir ki, iddia bu hissədə də təmin olunmalı xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 222 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 222 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2444/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2444/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver