Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2454/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 4300 ABŞ dollarının tutulması və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödədiyi 93,10 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi yaxın dostu vasitəsilə təxminən 2009-cu ildən bəri tanıyır. 2013-cü ildə cavabdeh onun yanında fəhlə kimi işləmişdir. Cavabdeh son vaxtlar stomatoloji avadanlıqların xaricdən sifarişlə gətirib, olkə ərazisində satışı ilə məşğul olmuşdur. 2019-cu ilin dekabr ayının axırlarında cavabdeh ilə Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində görüşüb söhbət edən zaman o iddiaçıya təklif etmişdir ki, ona pul versin, o da öz növbəsində əlavə stomotoloji avadanlıqlar alsın. Cavabdeh bildirmişdir ki, gətirdiyi malları on gün ərzində satıb almış olduğu pulu artıqlaması ilə qaytaracaqdır. Bu məqsədlə cavabdeh ondan 5.000 ABŞ dolları məbləğində pul istəmiş və razılaşmaları da belə olmuşdur ki, on gün ərzində aldığı 5.000 ABŞ dollarını geri qaytaracaq, həmçinin əlavə olaraq iddiaçıya 2.500 ABŞ dolları məbləğində pul verəcəkdir. İddiaçı cavabdehinn bu təklifi ilə razılaşmış və 2020-ci ildə tanışı Əli adlı şəxsə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində 5.000 ABŞ dolları məbləğində pul vermişdur ki, həmin pulu cavabdehə çatdırsın. Əli iddiaçıdan aldığı həmin məbləğdə pulu cavabdehə çatdırmışdır. Sonradan iddiaçı cavabdehlə əlaqə saxlamış və işin nə yerdə olduğunu soruşmuş və cavabdeh ona müxtəlif bəhanələr gətirmişdir.Sonradan həmin puldan cavabdeh 700 ABŞ dolları qaytarmış, qalan məbləği isə qaytarmamışdır. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdehə borca pul vermişdir. Cavabdeh iddiaçıya olan qaytaracağını və əlavə də pul ödəyəcəyini bildirmişdir. O, vergi ödəyici kimi qeydiyaytdan keçsə də, VÖEN-nin təyinatı internet xidmətlərinin göstərilməsi ilə bağlıdır. Qeyd edilənlərə əsasən iddiaçı işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflərdə VÖEN olsa da, mübahisə predmeti sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (24.2). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (25.1). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (26.1). Eyni zamanda iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi tərəfindən cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cavabdeh istintaqa verdiyi ifadəsində bildirmişdir ki, iddiaçını 2005-2006-cı ildən tanıyır. İddiaçı onun bizneslə məşğul olduğunu bilirdi və tez-tez xarici ölkələrə gedib gəldiyini bildiyindən ona deyib ki ona köməy eləsin. Cavabdeh iddiaçıya bildirib ki, onun biznesinə yatırım eləsin pulun xeyrini bölsünlər. İddiaçı bununla razılaşmışdır. Sonra o 2020-ci ilin yanvar ayında Türkiyədə olanda iddiaçı ona zəng edərək orada olduğunu bilmiş, əmisi oğlu Müşfiqin 5000 dollar pul verdiyini və həmin işə qoşulmaq istədiyini bildirmişdir. Sonra iddiaçı ona zəng eləyərək deyib ki bir nəfər onunla görüşüb 5000 dollar pulu ona verəcəkdir. O da həmin şəxslə görüşüb pulu götürdükdən sonra həmin pula müəyyən avandanlıqlar və məhsullar alıb gətirmişdir. Malların çox hissəsi iddiaçının özündədir. Belə ki, pandanemiya ilə əlaqədar olaraq gec gəldiyindən iddiaçı ona deyib ki, əmisi oğlu Müşfiq 5000 dollardan narahatdır və onun qarşılığında iddiaçı cavabdehdən Müşfiqə göstərmək üçün 10000 dollarlıq məhsul götürüb. Bundan sonra iddiaçı ona zəng edərək bildirib ki, pulu gətirsin yoxsa, malları qaytarmayacaq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12.). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir (13.). Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır( 14.). Elektron məhkəmə informasiya sistyemindən çıxarışlardan görünür ki, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixində vergi ödəyicisi kimi qeydiyyatdan keçirilərək adına VÖEN açılmışdır. Cavabdeh isə xx.xx.2014cü il tarixində vergi ödəyicisi kimi qeydiyyatdan keçirilərək adına VÖEN açılmışdır. İddiaçının adına açılmış VÖEN fəaliyyətini müvəqqəti dayandırmış, cavabdehin adına açılmış VÖEN isə aktivdir. Göründüyü kimi hər iki tərəf fərdi sahibkar statusuna malikdir. Göründüyü kimi cavabdeh istintaqa verdiyi ifadəsində iddiaçının ona biznesinə qoşulmaq və gəlir əldə etmək məqsədi ilə pul verdiyini bildirmişdir. Eyni zamanda iddiaçı da məhkəmə iclasında cavabdehə verdiyi pulun müqabilində cavabdehin ona əlavə pul ödəyəcəyini bildirmişdir. Yəni, iddiaçının cavabdehdə verdiyini iddia etdiyi pul vəsaitinin təyinatı biznes fəaliyyəti olmuşdur. Bu səbəbdən hazırkı işə ümumi məhkəmədə baxılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 30, 395 və 396-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2454/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2454/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver