Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2466/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomaşına vurduğu 8246,86 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin tərəfindən ödənilmiş 104 manat dövlət rüsumunu da cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, **-CA-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomaşın xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh doğma oğludur. Bildirir ki, ona məxsus maşın əvvəl oğlunda idi. Cavabdeh maşını ona qaytarmadığı üçün o, məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7103/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş avtomobilin ondan alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra məmuru çətinliklə də olsa qətnaməni icra etmiş və avtomobili cavabdehdən alıb ona vermişdir. Lakin cavabdeh avtomobili yararsız vəziyyətə salaraq ona qaytarmışdır Bu barədə icra məmuru akt da tərtib etmişdir. O, avtomobili evakuatorla servisə aparmış və servisdə avtomobilə 5151,50 manat ziyan dəydiyi müəyyən olunmuş və bu barədə ona qüsur aktı verilmişdir. Bundan əlavə cavabdeh maşının matoruna qum tökdüyü üçün maşını işə salmaq mümkün olmurdu. Bunun üçün o, 865,36 manat ödəyib həmin problemi aradan qaldırmışdır. Həmçinin qeyd edir ki, avtomobil cavabdehdə olarkən o, radarlara düşürdü və buna görə də 2230 manat cərimə yazılıb. Cavabdeh ümumilikdə ona 8246,86 manat zərər vurub. Ona görə də hesab edir ki, 8246,86 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Həmçinin tərəfindən dövlət rüsumu kimi ödədiyi 104 manat məbləğində pul da cavabdehə aid olunmalıdır. İddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, sözügedən avtomobili 2016-cı il tarixdən 2021-ci il tarixlərində idarə etmişdir. O, idarə etdiyi müddətdə avtomobilə aid cərimələri onun tərəfindən tam ödənilmişdir. Avtomobilə görə yazılan digər cərimələri ondan tələb olunması əsassızdır. Bundan əlavə, avtomobilin təmir bərpa xərclərinə görə qüsur aktı tərtib olunaraq 5151 manat ziyan dəymişdir. O, həmin aktla tanış olmamışdır. Digər məhkəmə qətnaməsi ilə ondan maşını məhkəmə icraçıları tərəfindən alınanda işlək vəziyyətdə təhvil verilmişdir. Sonradan yaranan nasazlığa görə o, məsuliyyət daşımır. Lakin buna baxmayaraq, o, avtomobilin təmir xərclərinin əvəzi kimi 2000 manat ödəyə bilər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ** CA *** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomobil Cavabdeh alınıb İddiaçı qaytarılması və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Auto Azərbaycan” ın xx.xx.2022-ci il tarixli “Qüsur aktı”ndan görünür ki, “X4” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri ümumilikdə 5151,50 manat təşkil edir. İşdə olan cərimə cədvəlinin surətindən görünür ki, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 1542 manat cərimə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Hyundai” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş inzibati xətalara görə vətəndaş Cavabdeh barəsində tətbiq edilmiş 410 (dörd yüz on) manat məbləğində cərimə tam olaraq ödənilmiş və hazırda onun adına ödənilməmiş cərimə mövcud deyildir. İşə əlavə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 9/3475 saylı ekspert rəyindən görünür ki, “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Hyundai Santafe” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4348,5 manat müəyyən edilir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı məxsus olan ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili 04 oktyabr 2021-ci ilədək idarə edib, odur ki, həmin tarixədək iddiaçının adına yazılmış cərimələr cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbi üzrə avtomaşına vurulan zərər görə ekspert rəyini əsas tutaraq hesab edir ki, maddi ziyanın əvəzi olaraq 4348,5 manat və eyni zamanda ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi yazılmış 1542 manat cərimə məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 50 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh maddi zərərə görə 5890 (beş min səkkiz yüz doxsan) manat 50 (əlli) qəpik məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 104 (bir yüz dörd) manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomaşına vurduğu maddi zərərə görə 5890 (beş min səkkiz yüz doxsan) manat 50 (əlli) qəpik məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 104 (bir yüz dörd) manat tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2466/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2466/2023
27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver