Məhkəmə qərarları › İş №2(060)-2469/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2469/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2469/2020 23.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” iddiasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00263-01 saylı Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 4551,74 ABŞ dolları qalıq, ona hesablanmış 1520,45 ABŞ dolları faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1416 ABS dolları dəbbə pulu, cəmi 7.488,19 ABŞ dollan borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 4551,74 ABŞ dolları qalıq, ona hesablanmış 1520,45 ABŞ dolları faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1416 ABŞ dollan dəbbə pulu, cəmi 7488,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxanlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00263-01 №-li X1 əsäsən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzil (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX № 0578006, Reyestr № **********14-05101-093047, Qeydiyyat № **********, tarix xx.xx.2015) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxxxxx 2015-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Seriya RX № 0778650). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən BOKT tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bundan sonra iddiaçı “iddia tələbi həcminin artırılması” barədə məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00263-01 saylı Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 4551,74 ABŞ dolları qalıq, ona hesablanmış 1893,86 ABŞ dolları faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4452 ABŞ dolları dəbbə pulu, cəmi 10.897,60 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 4551,74 ABŞ dolları qalıq, ona hesablanmış 1893,86 ABŞ dolları faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4452 ABŞ dollan dəbbə pulu, cəmi 10.897,60 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxanlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Göstərilən kredit və ipoteka müqavilələrini bağlayaraq kredit götürmüş, bir müddət kredit borcunu vaxtında ödəmişdir. Lakin sonra ailəsində baş verən üzürlü səbəblərdən maddi vəziyyəti pisləşmiş və ödənişləri ödəyə bilməmişdir. Kredit borcunu ödəməkdən imtina etmir, iddiaçı tərəfindən ona vaxt verilərsə hissə-hissə borcu qaytaracaqdır. Lakin cərimə borcu ilə razı deyildir. Məhkəmə tərəfindən bu halların nəzərə alınmasını xahiş edir. Həmin göstərdi ki, əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert rəyinə etirazı yoxdur. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, №2015/00263-01 saylı istehlak kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 28% ödəmək şərti ilə 12.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 1240-1020 qeydiyyat nömrəli borc haqqında arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, № 2015/00263-01 saylı istehlak kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci tarixə 4.551,74 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.893,86 ABŞ dolları faiz borcu və 4.452 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10.897,60 ABŞ dolları borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2, 462.1-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 4452 ABŞ dolları cərimə azaldılaraq 400 ABŞ dolları müəyyən edilməlidir. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən 22 saylı mənzilə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 262 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində, xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən 22 saylı mənzilin bazar dəyəri 75.000 manat, likvid dəyəri 58.000 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 11,10 manatı iddiaçıya aid edilməli, 18,90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00263-01 saylı Kredit Müqaviləsi ləğv edilməli, Cavabdeh 4551,74 ABŞ dolları əsas borc, 1893,86 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları dəbbə pulu, cəmi 6845,6 (altı min səkkiz yüz qırx beş ABŞ dolları, altmış sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,90 (on səkkiz manat doxsan qəpik) manat İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 58.000 (əlli səkkiz min) manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddiaçının iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, 22 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 189 (bir yüz səksən doqquz) manat Cavabdeh, 111 (bir yüz on bir) manat İddiaçı BOKT ASC-dən tutularaq xxxx MMC-nin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00263-01 saylı Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh 4551,74 ABŞ dolları əsas borc, 1893,86 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları dəbbə pulu, cəmi 6845,6 (altı min səkkiz yüz qırx beş ABŞ dolları, altmış sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,90 (on səkkiz manat doxsan qəpik) manat İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 58.000 (əlli səkkiz min) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddiaçının iddia tələbi satılmış əmlak hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, 22 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldılsın. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 189 (bir yüz səksən doqquz) manat Cavabdeh, 111 (bir yüz on bir) manat İddiaçı BOKT ASC-dən tutularaq xxxx MMC-nin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar