Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2479/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, cavabdeh qardaşı X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Samur Gömrük keçid məntəqəsinə nəzarətçi vəzifəsinə işə qəbul etdirəcəyini vəd edərək onun 5.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-94/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və o, 5000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(105)-455/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə cəzasına məhkum edilməsinə dair cəzası dəyişdirilərək 2000 manat miqdarında cərimə cəzasına məhkum edilməsi qərara alınmışdır. Qanuni qüvvəyə minmiş hökmdən də göründüyü kimi, cavabdeh 5500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş 1-94/2017 saylı cinayət işinin materiallarında olan xx xxxx 2017-ci il tarixli hökmün məzmunundan görünür ki, X4 aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə İddiaçı qardaşı X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Samur Gömrük keçid məntəqəsinə nəzarətçi vəzifəsinə işə qəbul etdirəcəyini yalandan vəd edərək onun 5.500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Hökmün məzmunundan həmçinin görünür ki, zərərçəkmiş İddiaçı ifadə verərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsin maddi zərəri aradan qaldırdığını bildirmiş və Cavabdeh yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eləcə də həmin cinayət işinin materiallarında olan İddiaçı tərəfindən verilmiş Sumqayıt “ASAN xidmət” mərkəzi notariat kontorunda təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxs Cavabdeh qarşı şikayəti və heç bir tələbi olmadığını göstərmiş və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hökmə əsasən Cavabdeh AR CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 5000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. AR CM-nin 69.4-cü maddəsinə əsasən Cavabdeh 4 ay 27 gün tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq ona təyin olunmuş 5000 manat miqdarında cərimə cəzası 1000 manat miqdarında yüngülləşdirilməsi və üzərində qəti olaraq 4000 manat məbləğində cərimənin saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli Qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1-94/2017 saylı hökmü Cavabdeh AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat miqdarımı cərimə cəzasına məhkum edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilməsi, Cavabdeh təyin edilmiş 4000 (min min) manat miqdarında cərimənin 3000 manat miqdarında cərimə cəzasına endirilməsi, AR CM-nin 69.4-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay 27 gün müddət nəzərə alınaraq, hazıki qərarla ona təyin olunmuş 3000 manat miqdarında cərimə cəzasının 1000 manat miqdarında yüngülləşdirilməsi və onun qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin hallarından göründüyü kimi iddiaçı hazırki iş üzrə tələb etdiyi 5500 manat məbləğin cinayət işi üzrə aparılan məhkəmə araşdırması zamanı ona tam ödənildiyini göstərərək cavabdehə qarşı tələbinin olmadığını bildirmişdir. Göstərilən hallar preyudisial əhəmiyyət daşımaqla məhkəmə tərəfindən yenidən araşdırılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2479/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2479/2021
08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver