Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-249/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ½ saylı evin 32-ci mənzilindən onun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ½ saylı evin 30-cu mənzilində su axıdılması nəticəsində mənzilə dəymiş ziyana görə 1509 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 30-cu mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzili mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Cavabdehə məxsus 32 №-li mənzildən mütəmadi olaraq, iddiaçının mənzilinin dəhlizinə, mətbəxinə su və kanalizasiya suyu axıdılır. Bunu 9 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli akt da təsdiq edir. Dəfələrlə iddiaçı cavabdehə xəbərdarlıq etsə də, cavabdeh edilən xəbərdalıqlardan heç bir nəticə çıxarmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 1/2 saylı evin, 32-ci mənzilində yaşayır. İddiaçı Əliyev cavabdehdən alt mərtəbədə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 30-cu mənzilində yaşayır. 2022-ci ilin sentyabr ayının 4-dən 10-dək cavabdehdən yuxarıda, 9-cu mərtəbədə yaşayan qonşu penoplen kleyini kanalizasiya xəttinə tökdüyü üçün 7-ci mərtəbdə kanlizasiya xətti tutulmuşdur. Kanalizasiya xəttinin tutulması nəticəsində cavabdehin mənzilindəki hamamın trapı tutulmuş, daşaraq cavabdehin mənzilinə dolmuş və nəticədə su alt mərtəbədə yaşayan qonşuya keçmişdir. Bu hadisə sentyabr ayının 4-dən 10-dək davam etmişdir. Cavabdeh ərazi üzrə Mənzil İstismar Sahəsinə, o cümlədən Sahənin rəisi Elşən Hümmətova müraciət etmişdir. Mənzil İstismar Sahəsinin işçiləri mənzilində olmuş, baş verən mənzərəni öz gözləri ilə görmüşlər. Həmin ərəfədə 5 dəfə Talib adlı santexnik ustası gəlib kanalizasiya xəttini təmizləyib. Təmziləndikdən sonra yenə də təkrar daşmışdır. Cavabdeh baş verənlər barədə Sumqayıt şəhəri, 9 cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1 /2 saylı evin, 36 cı mənzilinin (9-cu mərtəbə) sahibi Canmirzəyə xəbərdarlıq etsə də, o həmin günlərdə baş verən bu prosesin qarşısını almamışdır. Hal hazırda kanalizasiya xətli təmizlənmiş və cavabdehdən alt mərtəbədə yaşayan qonşunun evinə suyun axıdılmasının qarşısı alınmışdır. İddiaçının həyat yoldaşı cavabdehin mənzilinə xidmət edən su sayğacının evə gələn vintini qırararaq yerə tökmüşdür. Cavabdeh bu barədə 102 qaynar xəttinə məlumat vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022 -ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, o binanın 6-cı mərtəbəsində, cavabdeh isə binanın 7-ci mərtəbəsində yaşayır. Cavabdeh müxtəlif tullantıları kanalizasiya xəttinə tökür və nəticədə cavabdehin mənzilinin kanalizasiya xətti tutularaq su daşır və ona məxsus mənzilə axır. Onlardan yuxarı mərtəbədə yaşayanların burada heç bir təqsiri yoxdur. Belə ki, cavabdeh yuxarı, yəni 8 və 9-cu mərtəbədə yaşayan sakinlərə qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçı binanın 6-cı mərtəbəsində, o isə binanın 7-ci mərtəbəsində yaşayır. Bina 9 mərtəbəlidir. Ondan yuxarıda yerləşən mənzillərin sakinləri zibil tullantılarını kanalizasiya xəttinə tökürlər. Onun mənzilinin kanalizasiya xətti geniş, iddiaçının mənzilinin kanalizasiya xətti dar olduğu üçün tullantılar onun mənzilinin kanalizasiya xəttinin iddiaçının mənzilinin kanalizasiya xəttinə birləşən yerində yığılır və nəticədə xətt tutulur. Bu zaman kanalizsiya suyu daşaraq onun mənzilini basır və iddiaçının mənzilinə axır. Burada onun təqsiri yoxdur. O, yuxarı mərtəbədə yaşayan sakinlərə qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıb. Onun iddiası təmin edilməyib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci ildə, Dəvəçi rayonunda anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1972-ci ildə anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. 9 saylı Mənzil Kommunal Sahəsinin mühəndisi Abdullayeva Ş. və 9 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Rzayeva Z. tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, 9-cu mikrorayon, ev ½ , mənzil 30-da yaşayan X1 xx.xx.2022-ci il tarixində şikayəti əsasənda evinə baxış keçirildi. Baxış zamanı 9-cu mikrorayon, ev ½ , mənzil 32-də yaşayan Cavabdeh mənzildən keçən kanalizasiya borusunun tutulması aşkarlanmışdır. Tərəflərindən nasazlıq aradan qaldırılmışdır. Nəticədə ev ½, mənzil 30-a ciddi ziyan dəyib. Tavan, laminat qabarmış , divar kağızları qopmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ½ saylı evin 30-cu mənzili xx.xx.2010-cu il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarına video-disk əlavə edilmişdir. İş materiallarına Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev ½, mənzil 30-un texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1334 saylı ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini, 142 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 30 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən su axdığı və axan suyun səbəbinin, mənzil 32-də yaşayan Cavabdeh mənzilindən keçən kanalizasiya borusunun tutulması olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, su sızma nəticəsində 30 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1509 manat məbləğində olduğu müəyyən edildi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Göründüyü kimi iddiaçının mənzilinə suaxma nəticəsində maddi ziyan dəymişdir. İddiaçı onun mənzilinə suyun ondan yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən axıdıldığını bildirir. Cavabdeh 32 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə iddiaçının yaşadığı mənzilə 32 saylı mənzildən su axıdıldığı və mənzilə 1509 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir (1111.2.). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan mənzilə həmin binanın 32 saylı mənzilindən su axıdılması nəticəsində ziyan dəyməsi ekspert rəyi ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən həmin halı inkar edən hər hansı sübut təqdim edilmədiyindən iddia təmin edilməli və iddiaçıya dəymiş 1509 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh həmin suaxmanın əslində yuxarı mərtəbələrdə yaşayan şəxslərin təqsiri ucbatından başç verdiyini bildirsə də, qeyd edilən halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə əriə verərək cavabdehdən 1509 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Belə olan halda iddiaçı tərəfindən 35,09 manat dövlət rüsumu ödənilməli idi. İddia təmin edildiyi üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən onun xeyrinə, çatışmayan 5,09 manat dövlət rüsumu isə cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 1509 (min beş yüz doqquz) manat pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Dövlət rüsumunun kəsir hissəsi olan 05 (beş) manat 09 (doqquz) qəpik pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-249/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-249/2023
22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver