Məhkəmə qərarları › İş №2(060)-25/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-25/2022

07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-25/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında 2016-cı ildən 2016-cı ilə qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan 6270 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Azərbaycan Respublikasında 2016-cı ildən hal-hazıra qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan maddi zərərin yenidən hesablanaraq hesablanmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 31 yanvar 1974-cü ildən xx.xx.2016-cı il tarixinə qədər Cavabdeh ASC-də (əvvəlki adı Azərbaycan Boru Prokat zavodu) işləmişdir. Ümumi iş stajı 42 ildən artıqdır. 2006-cı ildən zərərli istehsal sahəsində işlədiyinə görə əmək pensiyası alır və eyni zamanda Cavabdeh ASC-də işləməyi davam etmişdir. 01 aprel 2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edildiyinə görə pensiyanın yenidən hesablanması xahişi ilə AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, işlədiyi Cavabdeh ASC onun şəxsi hesabı olan SSN**********252 saylı hesaba əmək haqqından tutulmuş 4829.19 manat pulu (məcburi dövlət sosial sığorta haqqını) İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürməmişdir. Bu səbəbdən də pensiyanın yenidən hesablanması aparılmamışdır. 2006- cı ilin yanvar ayından 2016-cı ilin aprel ayına qədər onun əmək haqqından sosial sığorta haqqı tutulsa da tutulmuş vəsait aidiyyatı üzrə köçürülməmişdir. Qeyd edilən səbəbdən də ona hər ay 40-45 manat az pensiya ödənilmişdir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(060)-8759/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh "Azərboru” ASC tərəfindən onun SSN **********252 №-li şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829,19 manat məcburi dövlət sosial sığorta haqqının AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Beləliklə hesab edir ki, cavabdehin günahı üzündən o, 2006-cı ilin yanvar ayından hal-hazıra qədər hər ay 40-45 manat az pensiya alır. Nəticədə 14 il ərzində az cavabdehin günahı üzündən ona 6720 manat (14 il x 12 ay 168 x 40 manat = 6270 manat) az pensiya ödənilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasında 2006-cı ildən xx.xx.2020-ci ilə qədər inflyasiya nəzərə alınmaqla cavabdeh tərəfindən ona vurulan maddi zərərin əvəzi ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasında 2016-cı ildən hal-hazıra qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan maddi zərərin yenidən hesablanaraq hesablanmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, məcburi dövlət sosial sığorta, sosial sığorta sahəsindəki münasibətlərə aid olmaqla “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 568 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Həmin Qanunun 14-cü maddəsinə əsasən - Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Həmçinin, həmin maddədə məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğinin alınması qaydaları müəyyən edilmişdir ki, həmin qaydalara əsasən bu sahədə səlahiyyətli orqan məhz Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondudur. Beləliklə, fiziki şəxs prosessual baxımından işdə maraqlı şəxs ola bilər, lakin iddiaçı ola bilməz. Belə ki, tələbetmə hüququ ona aid deyil. Bu borclar hər bir şəxs üçün fərdi deyil, ümumiləşmiş borclardır və Dövlət Sosial Müdafiə Fondu ilə müəssisə arasında olan münasibətlərlə, qanunda nəzərdə tutulmuş qaydada tənzimlənir. Müəssisənin maliyyə durumu ilə əlaqədar olaraq 2006-2016-cı illərdə Cavabdeh ASC-nin Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır və Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi müxtəlif vaxtlarda məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun onun xeyrinə tutulması barədə Cavabdeh ASC-yə qarşı iddia qaldırmış və iddiaları təmin edilmişdir. Bu barədə müxtəlif illərdə məhkəmənin qanuni qüvvəyə minmiş Qərarları vardır ki, həmin işlər üzrə artıq icra icraatına başlanılmışdır. Bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 göstərdi ki, sığortedən "xxxx" ASC tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlara (Forma B3) əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabında öz əksini tapmışdır. İddiaçı 3 dekabr 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”na uyğun olaraq yaşa görə 53,35 manat əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixindən pensiya məbləği 255,76 manatdan 298,47 manata çatdırılmışdır, işdən azad olma ilə bağlı vətəndaşın müraciətinə əsasən pensiyası “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci maddəsinə əsasən yenidən hesablanaraq 298,47 manatdan 345,60 manata çatdırılmışdır. Hazırda iddiaçı iddia ərizəsində tələb etdiyi illərə görə əmək pensiyasının hesablanmasını tələb edərsə hesablamalar əsasında onun hazırda aldığı pensiya azaldılacaqdır. Bu səbəbdən iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-də işlədiyi dövr ərzində əmək haqqına görə ödənilməli olan 4176 manat 49 qəpik vəsait Fondun hesabına köçürülməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddia tələbi təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı SSN: **********52 nömrəli şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829 (dörd min səkkiz yüz iyirmi doqquz) manat 19 (on doqquz) qəpik məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Bahadur Əliyevin apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2019-cu il tarixli 2(060)-8759/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sığortaedən "xxxx" ASC (SUN:**********3) tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlara (Forma B3) əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabında öz əksini tapmışdır. Eyni zamanda vətəndaş İddiaçı 3 dekabr 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”na uyğun olaraq yaşa görə 53,35 manat əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixindən pensiya məbləği 255,76 manatdan 298,47 manata çatdırılmışdır, işdən azad olma ilə bağlı vətəndaşın müraciətinə əsasən pensiyası “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci maddəsinə əsasən yenidən hesablanaraq 298,47 manatdan 345,60 manata çatdırılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/1580 nömrəli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 6270 manat pul vəsaitinin xx.xx.2021-ci il tarixə hesablanmış cari dəyərinin 8169,81 manat məbləğində olması müəyyən edilir. İş materiallarında olan ƏSMMN tabeliyində DSMF-nun Abşeron-Xızı regional filialının Pensiya təminatı şöbəsinin məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2006cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla hal-hazırda pensiyasının məbləği 398.09 manat təşkil edir. Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı xx.xx.2016-cı il tarixdə işdən çıxması nəzərə alnaraq, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6365.99 manat (50% nəzərə alınmaqla) (xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən ötən dövrlər üzrə ödəniş edildiyi nəzərə alınmaqla) ödənilən sığorta kapitalı nəzərə alınmaqla vətəndaşın pensiyasının məbləği aşağıdakı kimi hesablanır. xx.xx.2016-cı il tarixə 242.14 manat,xx.xx.2017-ci il tarixə 258.51 manat, xx.xx.2018-ci il tarixə 273.23 manat,xx.xx.2019-cu il tarixə 281.44 manat,xx.xx.2020-ci il tarixə 328.15 manat, xx.xx.2021 -ci il tarixə 365.57 manat,xx.xx.2022-ci il tarixə 378.00 manat təşkil edəcəkdir. Vətəndaşın pensiyası “Əmək pensiyaları haqqında” qanununa əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 3881.36 manat sığorta kapitalı (50%),xx.xx.2020-ci il tarixdə ödənilən 3930.29 manat sığorta kapitalı (80% olmaqla) nəzərə alınmaqla hesablanmışdır. xx.xx.2016-cı il tarixə 221.14 manat,xx.xx.2017-ci il tarixə 234.92 manat, xx.xx.2018-ci il tarixə 248.31 manat, xx.xx.2019-cu il tarixə 255.76 manat, xx.xx.2020-ci il tarixə 298.21 manat, 01,03.2020-ci il tarixə 336.83 manat, xx.xx.2020-ci il tarixə 345.60 manat, xx.xx.2021 -ci il tarixə 384.99 manat,xx.xx.2022-ci il tarixə 398.09 manat təşkil edir. Qeyd olunan hesablamalar nəzərə alınmaqla vətəndaşın pensiyası məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci il tarixə məbləğ 328.15 manat təşkil edəcəkdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1772 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə və Əmək Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı pensiyası məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci i tarixə məbləğ 328,15 manat təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları»n 6.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: - 6.1.1. sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; - 6.1.2. hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, DSMF orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının DSMF orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir. Sərəncam DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanır. Sərəncamların DSMF orqanında uçotu xüsusi qaydada qaytanlanmış və möhürlə təsdiq edilmiş kitabda aparılır. Sərəncam 4 nüsxədən ibarət tərtib olunur; - 6.2. DSMF orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malikdir. Qanunvericiliyə müvafiq olaraq belə sığortaedənlərə (hüquqi şəxs olanlara) qarşı iddia qaldırmaq üçün onlara əvvəlcədən (sərəncam banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 60 gün sonra 30 gün müddət verilməklə) iddianın qaldırılacağı barədə xəbərdarlıq göndərilir. Məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları bildirişdə göstərilən müddətdə ödənilmədikdə, borcun ödənilməsi barədə fiziki şəxs olan sığortaedənlərə xəbərdarlıq bildirişdə göstərilən müddət başa çatdıqdan sonra göndərilir. Xəbərdarlıq imzaetmə yolu ilə verilir və ya sifarişli poçtla göndərilir. Xəbərdarlıqda göstərilən müddətdə borc məbləği ödənilməzsə, DSMF orqanları sığortaedənin (hüquqi şəxs statusunda olanlar) hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılması və sığortaedənin (hüquqi şəxs statusunda olanlar və fiziki şəxslər) fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün iddia ərizəsi ilə müvafiq məhkəmə orqanlarına müraciət edirlər. İddia ərizəsinə həmçinin xəbərdarlıq məktubu, məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar, iddia ərizəsinin cavabdehə göndərilməsini sübut edən sənəd (poçt qəbzi) əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İş materiallarında olan ƏSMMN tabeliyində DSMF-nun Abşeron-Xızı regional filialının Pensiya təminatı şöbəsinin məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla hal-hazırda pensiyasının məbləği 398.09 manat təşkil edir. Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı xx.xx.2016-cı il tarixdə işdən çıxması nəzərə alnaraq, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6365.99 manat (50% nəzərə alınmaqla) (xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən ötən dövrlər üzrə ödəniş edildiyi nəzərə alınmaqla) ödənilən sığorta kapitalı nəzərə alınmaqla vətəndaşın pensiyasının məbləği aşağıdakı kimi hesablanır. xx.xx.2016-cı il tarixə 242.14 manat,xx.xx.2017-ci il tarixə 258.51 manat, xx.xx.2018-ci il tarixə 273.23 manat,xx.xx.2019-cu il tarixə 281.44 manat,xx.xx.2020-ci il tarixə 328.15 manat, xx.xx.2021 -ci il tarixə 365.57 manat,xx.xx.2022-ci il tarixə 378.00 manat təşkil edəcəkdir. Vətəndaşın pensiyası “Əmək pensiyaları haqqında” qanununa əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 3881.36 manat sığorta kapitalı (50%),xx.xx.2020-ci il tarixdə ödənilən 3930.29 manat sığorta kapitalı (80% olmaqla) nəzərə alınmaqla hesablanmışdır. xx.xx.2016-cı il tarixə 221.14 manat,xx.xx.2017-ci il tarixə 234.92 manat, xx.xx.2018-ci il tarixə 248.31 manat, xx.xx.2019-cu il tarixə 255.76 manat, xx.xx.2020-ci il tarixə 298.21 manat, 01,03.2020-ci il tarixə 336.83 manat, xx.xx.2020-ci il tarixə 345.60 manat, xx.xx.2021 -ci il tarixə 384.99 manat,xx.xx.2022-ci il tarixə 398.09 manat təşkil edir. Qeyd olunan hesablamalar nəzərə alınmaqla vətəndaşın pensiyası məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci il tarixə məbləğ 328.15 manat təşkil edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərləri 245 (iki yüz qırx beş) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərbaycan Respublikasında 2016-cı ildən hal-hazıra qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan maddi zərərin yenidən hesablanaraq hesablanmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar