Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2506/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19100 manat borcun, 1910 manat dəbbə pulunun, 153 manat dövlət rüsumu əvəzinin, cəmi 21163 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 12 mart 2020-ci il tarixində borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 19.100 manat pul vəsaiti ən geci 30 sentyabr 2020-ci il tarixinə qədər tam ödəyəcəyini öhdəsinə götürmüş, lakin bu günə qədər icra etməmiş, borcunu ödəməmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən borclu hər gecikdirilmiş gün üçün borcverənə qalıq borcunun 1%-i həcmində dəbbə pulu ödəməlidir. Hesab edir ki, 19.100 manat borc və 1910 manat dəbbə pulu, 153 manat dövlət rüsumunun əvəzi, cəmi 21163 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Aynur Behbudova). Daha sonra İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2506/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi və qərardaddan şikayət verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil yenidən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadından şikayət və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1689/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadının ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin mahiyyəti üzrə baxılmasının Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsinə iddia tərəfinin iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron qaydada bildiriş göndərilməklə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 mart 2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin əslindən görünür ki, İddiaçı (borcverən) ilə Cavabdeh (borclu) arasında müqavilə bağlanmışdır. Borclu bu müqavilənin 2.2-ci bəndində göstərilmiş pul məbləğini (bundan sonra borc adlandırılacaq) bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərlə borcverənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürür. Borcverən öz növbəsində həmin borc məbləği tam həmcdə qaytarıldıqdan sonra borclu tərəfindən bu müqavilənin 2.2-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb iddia irəli sürməyəcəyini təsdiq edir. Borclu bu müqaviləni imzalamaqla borc verənə nağd pul üzrə borc- 19.100.00 (on doqquz min yüz) manat təşkil edən borcunun olduğunu bəyan, etiraf və təsdiq edir. Borclu bu müqaviləni imzalamaqla bəyan və tam təsdiq edir ki, aldığı və etiraf etdiyi borcu bu müqavilədə göstərilən müddət və şərtlərlə tam həcmdə, istisnasız və əksiksiz olaraq nəğd pul şəklində borc verənə qaytarılmasını təmin edəcəkdir. Bununla borclu borc verənə tam zəmanət verir ki, bu müqavilənin 2-ci maddəsində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır. Lakin bu müqavilənin müddəası tərəflər arasında girov və ya ipoteka kimi başa düşülmür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcun 9.000 (doqquz min) AZN hissəini 01 aprel 2020-ci il tarixədək, yerdə qalan hər ay 10.100 (on min yüz) AZN hissəsini isə 30 sentyabr 2020-ci il tarixinə qədər tam həcmdə borcverənə qaytarılmasını öhdəsinə götürür. Borcun vaxtından əvvəl qaytarılması qəbul edilir. Bu müqavilənin 4.1-ci bəndində göstərilən tarix borcun qaytarılması üçün son müddətdir. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə imza etməklə müqaviləni tam oxumuş, məzmun ona tam ayındır, əlavələri və etirazları yoxdur. İş materiallarında olan dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına 153.50 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-271/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004 tarixində anadan olmuş X4, xx.xx.2007 tarixində anadan olmuş X5, X3 mərhum X6 hüquqi varisi kimi tanınması, İddiaçı mərhum əri X8 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə təkrar 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X1 xeyrinə, 1/8 hissəsi X2 xeyrinə və 1/8 hissəsi X3 xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında 12 mart 2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Borc müqaviləsinin şərtlərindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı 19100 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 19100 manat əsas borc məbləğinə 1910 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənilməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli və mütənasib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 19100 manat əsas borc, 100 manat cərimə, cəmi 19200 (on doqquz min iki yüz) manat məbləğində borc və ödənilmiş 153.50 manat dövlət rüsumunun 147.6 (bir yüz qırx yeddi manat altmış qəpik) manatı tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 153.50 manat dövlət rüsumunun 147.6 manatı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19100 manat əsas borc, 100 manat cərimə, cəmi 19200 (on doqquz min iki yüz) manat məbləğində borc və 147.6 (bir yüz qırx yeddi manat altmış qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2506/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2506/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver