Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2522/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 103,62 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 50 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, cəmi 174,02 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçı Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar almışdır). Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə haqqı 31.08.2015-ci il tarixinədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir sıra vətəndaşlar iddiaçı ilə müqavilə bağlamadan qanunsuz kabel şəbəkəsinə qoşulurlar. Bunun qarşısının alınması üçün iddiaçı tərəfindən “xxxx” hüquq firması ilə 15.05.2008-ci, 15.03.2011-ci, 01.10.2014cü, 29.03.2015-ci və 04.01.2018-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlanmışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. 17.01.2012-ci il və 19.11.2012-ci il tarixdə iddiaçının və “xxxx” hüquq firmasının əməkdaşları həmin ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzildə kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmiş, bu barədə 17.01.2012-ci il tarixli 0112 R saylı və 19.11.2012-ci il tarixli, 0829 R saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 10.01.2012-ci il tarixində olmuşdur. Həmin tarixdən qanunsuz qoşulma barədə tərtib olunan 19.11.2012-ci il tarixli 0829 R saylı saylı aktın tərtib edildiyi tarixədək olan müddət 314 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olmasını nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya 103,62 manat ziyan vurulmuşdur. İddiaçı ilə “xxxx” hüquq firması arasında bağlanmış hüquqi xidmət göstərilməsi haqqında müqavilənin 4.1-ci maddəsinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün iddiaçı 50 manat ödəyir. Ödənilən dövlət rüsumu 20 manat, bank xidmət haqqı isə 0,40 manat təşkil edir. Beləliklə, cavabdehin iddiaçıya borcu 174,02 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına göndərilmiş bildiriş rabitə orqanı tərəfindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh xx.xx.1943-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.. 13 saylı Mənzil Kommunal Sahəsinin 330 saylı arayışında göstərilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yaşayır. 13 saylı Mənzil İstismar Sahəsinin 14 saylı arayışında göstərilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yaşayır və mənzilin sahibidir. “xxxx” hüquq şirkətinin əməkdaşları tərəfindən tərtib edilmiş 17.01.2012-ci il tarixli, 0112 R saylı aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilərkən 10 saylı mənzilin sakininin kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz qoşulduğu aşkar edilmişdir. “xxxx” hüquq şirkətinin əməkdaşları tərəfindən tərtib edilmiş 19.11.2012-ci il tarixli, 0829 R saylı aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilərkən 10 saylı mənzilin sakininin kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz qoşulduğu aşkar edilmişdir. 03.02.2021-ci il tarixli, 83 saylı ödəniş tapşırığına və 427815 saylı elektron qaiməyə əsasən iddiaçı tərəfindən “xxxx” MMC hüquq şirkətinə binanın yoxlanması üçün 50 manat pul ödənilmişdir. İddia ərizəsinin verilməsi üçün iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). İddiaçı hesab edir ki, cavabdeh müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Bu səbəbdən iddiaçı əldən çıxmış fayda kimi ona vurulan zərəri tələb edir. Mülki Məcəllədə həmçinin nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2.). Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 103,62 manat zərərin əvəzinin tutulması hissəsində təmin edilməlidir. Hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ödənilmiş vəsaitin cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə məhkəmə hesab edir ki, iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 50 manatın ödənilməsi realdır. Bu səbəbdən həmin məbləğ də cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmiş və 0,40 manat bank xidmət haqqı ondan tutulmuşdur. Bu səbəbdən həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 103 (yüz üç) manat 62 (altmış iki) qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş haqq qismində 50 (əlli) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 174 (yüz yetmiş dörd) manat 02 (iki) qəpik pul Cavabdeh tutularaq İddiaçınə verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2522/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2522/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver