Məhkəmə qərarları › İş №2(060)-253/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-253/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-253/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsinə” tələbinə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «xxxx” ASC-nin xeyrinə 12155 manat məbləğində əsas borc, 7469.17 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün (5%) 1808.06 manat faiz borcu olmaqla, cəmi 21432.23 manat pul məbləğində kredit borcunun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bak xidmət haqqının tutulması, tutulmalı olan məbləğin ilk növbədə xx.xx.2012-ci il tarixli, 172 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan “SEAT İBİZA” markalı, (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng-Qara metal) **-CH-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi və satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq «xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, xxxxnın “Nəsimil” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 172 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 14365 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan “SEAT İBİZA” markalı, ** CH *** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng-Qara metal) ipoteka ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2012-ci il tarixli, 172 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit öhdəliyinin təmin edilməsi üçün Bank Cavabdeh2 oğlü ilə xx.xx.2012-ci il tarixli, 20 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada, ödəniş cədvəlinə uyğun ödəməmişdir. Bank tərəfindən cavabdehlərə öhdəlikləri üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticə verməmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh1 banka 12.155 manat əsas borc, 7.469,17 manat faiz borcu və gecikdirilmiş vaxt üçün (5%) 1.808,06 manat faiz borcu olmaqla, cəmi borcu 21.432,23 manat təşkil edir. Cavabdeh1 və zamin Cavabdeh2 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdehlər tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini icra etmir, buna görə də borcun təminatı kimi Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş avtomobil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Odur ki, göstərilənlərə və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında göstərdi ki, Cavabdeh2 kredit götürülən zaman Cavabdeh1 zamin durmuşdur. Onlar iddia tələbində qeyd edilən məbləğlə razı deyillər. Bundan başqa o, tələbin Cavabdeh1 məxsus olan “SEAT İBİZA” markalı, (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng-Qara metal) **-CH-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsinə etiraz etmir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan kredit müqaviləsindən görünür ki, xxxxnın “Nəsimil” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 172 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 14365 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, həmçinin, kredit öhdəliyinin təmin edilməsi üçün Bank Cavabdeh2 oğlü ilə xx.xx.2012-ci il tarixli, 20 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan “SEAT İBİZA” markalı, ** CH *** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik- BTS182153, rəng-Qara metal) ipoteka ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2012-ci il tarixli, 172 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan pretenziya məktublarının surətlərindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumatlandırılmışdır. İş materiallarında olan AB seriyalı, 708355 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SEAT İBİZA” markalı, (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng-Qara metal) **-CH-*** qeydiyyat nişanlı minik avtomobil Cavabdeh1 məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/5898 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı materialları və xx.xx.2012-ci il tarixli, 172 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddiaçı “xxxx” ASC-nə sualda soruşulan tarixə, yəni xx.xx.2017-ci il tarixə olan ümumi borcu 19.589.74 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 12155 manat, faiz borcu 7434.74 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən məhkəmə belə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı ödəmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməli və və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «xxxx” ASCnin 12155 manat məbləğində əsas borc, 7434.74 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün (5%) 1808.06 manat faiz borcu olmaqla, cəmi 21397.80 manat pul məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bak xidmət haqqı tutulmalı, tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan “SEAT İBİZA” markalı, (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng- Qara metal) **-CH-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına borc ödənilməli, satışdan əldə olunacaq vəsait iddia tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutularaq «xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «xxxx” ASC-nin xeyrinə 12155 manat məbləğində əsas borc, 7434.74 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün (5%) 1808.06 manat faiz borcu olmaqla, cəmi 21397.80 manat pul məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bak xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan “SEAT İBİZA” markalı, (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng-Qara metal) **-CH- *** qeydiyyat nişanlı minik avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Satışdan əldə olunacaq vəsait iddia tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutularaq «xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar