Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2541/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Əfəndiyev Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Əfəndiyev Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əfəndiyev Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay onun xeyrinə hər uşağa 136 manat olmaqla, ümumilikdə cəmi 272 manat sabit pul məbləğində aliment miqdarının artırılaraq hər ay onun xeyrinə bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat olmaqla iki uşağın saxlanması üçün cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əfəndiyev Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızı adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və Əfəndiyev Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay onun xeyrinə hər uşağa 136 manat olmaqla, ümumilikdə cəmi 272 manat sabit pul məbləğində aliment və 50 manat miqdarda maddi yardım tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin, Əfəndiyev Cavabdeh indiyə qədər 1 manat da olsun aliment öhdəliklərini yerinə yetirməmişdir. Onun yığılan aliment borcları sonda onun valideynlərinin vəsaiti hesabına alınmış, lakin onun mülkiyyətində olmuş avtomaşına yönəlmişdir. Övladlarının saxlanması onun üçün çox çətindir. O, övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Keçən bu neçə il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır. 2017-ci ildən indiyə qədər yaşayış minumumu haqqında qanun bir neçə dəfə artırılmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. O, yalnız özü üçün yaşayır. Cavabdeh valideynlik borcunu dərk etmir. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə CavabdehƏfəndiyev iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, övladlarını atmamışdır. Onlarla hər zaman maraqlanmış, maddi köməklik etmişdir. Məhkəmə qətnaməsi ilə hər uşaq üçün 136 manat aliment təyin edilmişdir. O, həmin məbləği vaxtında ödəyir. Hazırda onun maddi vəziyyətində heç bir dəyişiklik yoxdur. Onun tələb olunan məbləğdə aliment ödəməyə imkanı yoxdur. O, yalnız hər uşağa 150-160 manat ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ № 474021 saylı, xx.xx.2024-cü il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əfəndiyev Cavabdeh ilə İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3535/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Əfəndiyev Cavabdeh və X2 arasında xx.xx.2013-cü ildə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızı İddiaçı yanında qalmaları, Əfəndiyev Cavabdeh hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il tarixdə doğulmuş Əfəndiyev Murad Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi və hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş Əfəndiyeva Şəhla Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, Əfəndiyev Cavabdeh hər ay 50 (əlli) manat miqdarında maddi yardım xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək və hər ay 50 (əlli) manat miqdarda maddi yardım xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan şəxs haqqında elektron məlumatdan görünür ki, Əfəndiyev Cavabdeh ərzaq malları üzrə satıcı, nəzarətçi kassir işləyir və aylıq əmək haqqısı 250 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və cavabdeh Əfəndiyev Cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2024-cü il tarixində saat 11:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər X5 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün “X3” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızının yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2017 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2017 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü Əfəndiyev Murad Cavabdeh oğlu və xx.xx.2015-ci il təvəllüdlü Əfəndiyeva Şəhla Cavabdeh qızının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Əfəndiyev Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Əfəndiyev Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2541/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2541/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver