Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2544/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı İsa qızının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-105/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, nikahdan olan 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehə aid edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 26.01.2013-cü ildə Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarından 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X3 adlı iki övladları var. Abşeron rayon məhkəməsinin 2(012)-4774/2020 saylı 13.11,2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh Abşeron rayon məhkəməsinin 2(012)- 4774/2020 saylı 13.11,2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1038/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Bildirir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibb ximəti kapitanı vəzifəsində işləyir. Ona görə də hesab edir ki, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1038/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməli və nikahlarından olan 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub ona verilməlidir. TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ MATERİALLARİNDA OLAN: - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1038/2012 saylı 07 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğlundan 5 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. -doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahından 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X3 adlı iki övladları vardır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 05 noyabr 2021-ci il tarixli, 8133 saylı saylı arayışından görünür ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xidmət edən tibb xidməti kapitanı Cavabdeh aylıq pul təminatı və əlavə gəlirləri- 980,40 manat aylıq pul təminatı, 62,08 manat ərzaq əvəzi pul kompensasiyası, 771 manat il ərzində bir dəfə maddi yardım, 606,25 manat il ərzində bir dəfə məzuniyyət pulu, və il ərzində bir dəfə, 100 faiz olarsa birdəfəlik pul mükafatı 1495,74 manatdan ibarətdir. - 10.02.2022-ci il tarixli, MŞB/6-542 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən- Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əssən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əssən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əssən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əssən- Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əssən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əssən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MƏHKƏMƏNİN MÖVQEYİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 26.01.2013-cü ildə Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarından 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X3 adlı iki övladları var. Abşeron rayon məhkəməsinin 2(012)-4774/2020 saylı 13.11,2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh Abşeron rayon məhkəməsinin 2(012)- 4774/2020 saylı 13.11,2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)- 1038/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Uşaqların artmaqda olan tələbatlarını nəzərə alaraq alimentin artırılması üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1038/2021 saylı 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını məqsədə müvafiq hesab edir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından göründüyü kimi, iddia tələbində alimentin məbləğini müəyyən etmək mümkün deyildir. Ona görə də hazırki iddia qiymətləndirilməyən iddia sayıldığından qanunvericiliyin tələbinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1038/2021 saylı 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 15 mart 2014-cü il təvəllüdlü X5 və 25 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddianın verilməsinə görə 100 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2544/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2544/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver