Məhkəmə qərarları › İş №2(060)-2544/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2544/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2544/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və X4 ona vurulmuş maddi ziyana görə 6516 manat birdəfəlik pul məbləğinin, mənəvi zərərə görə 2000 manat və iddia ərizəsinə görə ödənilən 106 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Toğrul Alxasovun 06 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da göründüyü kimi Cavabdeh2 törətmiş olduğu YNH-si nəticəsində ona həm maddi, həm də ki mənəvi ziyan vurmaqla konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 14, otaq 106-da yaşayan Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPi-nə ərizə ilə müraciət edərək həmin tarixdə səhər radələrində dostu Faiqin ona məxsus “Hyundai Santafe” markalı, **-CU-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən zaman idarəetməni itirərək qəza törətdiyini və Sumqayıt şəhəri, Azərbaycan prospektində digər nəqliyyat vasitələrinə çırpılaraq YNH-si törətdiyini bildirmişdir. Daxil olmuş müraciət xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPi-də "Törədilmiş və hazırlanan cinayətlərin qeydiyyat kitabında 1672 nömrə ilə qeydə alınaraq ilkin araşdırma aparılmışdır. Toplanmış material araşdırmanın davam etdirilməsi üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin İş-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdən materialın icrası Toğrul Alxasova həvalə edildiyindən həmin tarixdən icraatına qəbul edilərək araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, Cavabdeh2 onun dostudur. xx.xx.2024-cü il tarixdə o, Faiq va digər dostu Ruslan ilə birlikdə Sumqayıt səhəri, H.Əliyev prospektində yerləşən "Arena" adlı restoranda yeyib-içmiş və gecə səhərə qədər həmin restoranda əylənmişlər. Həmin vaxt o, spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 06 radələrində dostu Cavabdeh2 ona anasının xəstə olduğu üçün səhər qəbul etməli dərmanları olduğunu, evdə heç kimin olmadığını və evə getməli olduğunu bildirərək restoranı tərk etmək istəmişdir. Bu vaxtı o, Faiqin evə taksi ilə getməməsi üçün özünə məxsus "X12" markali **-CU-*** dövlət nömrə nişanlı minik avtomobilinin açarını Faiqə vermiş və həmin avtomobillə evə getməsini bildirmişdir. Cavabdeh2 açarları götürərərk restoranı tərk etmişdir. Bundan sonra o, restoranda olduqları kabinetdə yuxuya getmişdir. Bir neçə saat sonra saat təxminən 09 radələrində Cavabdeh2 yenidən restorana qayıdaraq onların olduğu kabinetə gəlmiş və avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Həmçinin, Cavabdeh1 izahatında Cavabdeh2 sürücülük vəsiqəsinin olmadığını və bunu bildiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh2 izahat verərək bildirmişdir ki, Cavabdeh1 onun dostudur. "X12" markali **-CU- *** dövlət nömrə nişanlı minik avtomobili Nicata məxsusudur. xx.xx.2024-cü il tarixdə axşam radələrində o, Nicat va digər dostları Ruslan Sumqayıt şəhəri ərazisində "Arena" adlı restoranda yeyib-içmiş, həmin gecə səhərə qədər karaoki ifa etmişlər. O, spirtli içki qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə səhər radələrində o, Nicat və Ruslana evə getməli olduğunu, anası xəstə olduğu üçun dərmanları verməli olduğunu bildirmişdir. Nicat həmin vaxt ona taksi ilə getməməsini, onun avtomobilini götürərək həmin avtomobillə getməsini bildirmişdir. O, Nicatın avtomobilinə əyləşərək restoranı tərk etmişdir. O Azərbaycan prospektində hərəkətdə olan zaman mobil telefonuna zəng gəlmişdir. Telefona cavab vermək istəyən zaman idarəetməni itirmiş və həmin vaxt yolun sağ kənarında dayanmış sonradan X3 məxsus olduğunu bildiyi Mersedes markalı minik avtomobilinə çırpılmışdır. Bu zaman o, həyəcanlı vəziyyətdə olmuş və əyləci sıxmaq əvəzinə səhvən yenidən qaz pedalını sıxmışdır. Bu zaman idarə etdiyi avtomobil sol istiqamətə meyillənərək aşmışdır. O, ətrafda olan şəxlərin köməkliyi ilə avtomobildən çıxarılmışdır. Bu zaman o çırpıldığı Mersedes markalı avtomobilin də özündən qarşıda dayanmış digər bir Mersedes markalı avtomobilə çırpıldığını görmüşdür. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşdirmə işləri aparmışlar. O, Arena restoranına qayıdaraq Nicatın olduğu kabinetə gəlmiş və YNH-si törətdiyini bildirmişdir. Daha sonra onlar yenidən hadisə yerinə qayıtmışlar. Həmçinin Cavabdeh2 izahatında nəqliyyat vasitəsini idarəetmə hüququnun olmadığını, lakin nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X5 ifadəsində bildirmişdir ki, "Mersedes” markalı **-DF-*** dövlət nömrə nişanlı minik avtomobili ona məxsusudur. xx.xx.2024-cü tarixdə səhər təxminən 07 radələrində idarə etdiyi avtomobildə Sumqayıt şəhəri, Azərbaycan prospekti ərazisində yolun sağ tərəfində dayandığı vaxt qəfildən "X12" markalı minik avtomobili arxadan gələrək onun avtomobilinə çırpılmışdır. Zərbənin təsirindən onun avtomobili də yerindən tərpənmiş və qarşısında dayanmış digər bir Mersedes markalı minik avtomobilinə arxa hissədən çırpılmışdır. Onun avtomobilinə çırpılmış X12 markalı minik avtomobili sola meyillənərək aşmışdır. Ətrafda olan şəxslərin köməkliyi ilə həmin avtomobili idarə edən sonradan adının Cavabdeh2 olduğunu bildiyi şəxs avtomobildən çıxarılmışdır. Hadisə zamanı avtomobilinə maddi ziyan dəymiş, həmçinin sağlamlığına xəsarət yetirilmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə işləri aparmışlar. Araşdırma zamanı Mersedes markalı **-CS-*** dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü X8 da Elburus Quliyevlə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1748 saylı rəyində qeyd edilmişdir ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, boyunun sağ yan səthinin oıta 1/3-nin sıyrığı, boyunun və döş qəfəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-in zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni xx.xx.2024-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbab olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qərarın təsviri hissəsindən göründüyü kimi Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan Cavabdeh1 məxsus "X12" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən zaman ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirmiş, həmçinin Elburus Quliyevə məxsus nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Odur ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qabul edilmiş qərarın surəti aidiyyatı üzrə Sumqayıt ŞPi-nin DYPŞ-nə göndərilmişdir. Qərarın təsviri hissəsindən göründüyü kimi Cavabdeh1 özünə məxsus "X12" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh2 istifadəsinə verən zaman sonuncunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilmişdir. Odur ki, Cavabdeh1 barəsində də Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qabul edilmiş qərarın surəti aidiyyatı üzrə Sumqayıt ŞPi-nin DYPŞ-nə göndərilmişdir. 06 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi hər iki cavabdehin əməlində cinayət tərkibi olmasa da inzibati məsuliyyətləri müəyyən edilmişdir. Odur ki, ona dəymiş maddi və mənəvi ziyanı hər ikisi müştərək qaydada ödəməlidirlər. İddia ərizəsinə əlavə etmiş olduğu ona məxsus avtomobilin foto şəkilləri və 1 ədəd dvd disk də təsdiq edir ki, ona məxsus avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətdədir. Vəziyyətin belə olduğunu gördükdə qiymətləndirmə aktı (qüsur aktı) tərtib elətdirmiş və yekunda ona dəyən maddi ziyanın 10960 manat olduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan sənəddən də göründüyü kimi Atəşgah Sığorta ASC tərəfindən maddi ziyanın 4444 manatı ödənilmişdir. Lakin dəymiş ziyanı bu məbləğ tam qarşılamadığından hesab edir ki, haqqlı olaraq maddi ziyanın qalan məbəğini, yəni 6516 manatını hazırki cavabdehlərdən tələb etmək hüququ yaranıb. Avtomobilinin bu cür vəziyyətə düşməsi və cavabdehlərin bu günə qədər də vəziyyəti ilə maraqlanmamaları mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Belə ki, YNH-nin törədilməsindən keçən müddət ərzində hər gün övladlarını taksi ilə dərsə aparıb-gətirməyi maddi vəziyyətini acınacaqlı vəziyyətə salmış, bəzən pulunun olmamasından uşaqlarının dərsə getməsinin çətinləşməsi onu bir ata olaraq dərindən sarsıdaraq onların qarşısında utanmağına qədər gətirib çıxarmışdır. Həmçinin qüsur aktında qeyd olunan məbləğdən və avtomobil ustası tərəfindən avtomobilin yaxşı vəziyyətə gətirilməsi üçün çox məsrəfli və uzun bir yoldan keçməli olduğu ona izah edildikdən sonra bu iztirabı daha da artmışdır. Cinayət işinin başlanmasının rədd qərarından da göründüyü kimi sağlamlığına yüngül xəsarət vurulmuşdur. Məsuliyyət daşıyan hər iki cavabdeh qəza olan gündən hal-hazıradək nə maddi, nə də ki mənəvi köməklik göstərməyərək onu ağır vəziyyətə salmışlar. Odur ki, ona dəymiş mənəvi ziyan 2000 manatdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, dostunun avtomobilini götürmüş, həmin avtomobil ilə qəza törətmişdir. Dostunun məsələdən xəbəri olmamışdır. Qarşı tərəfə dəyən zərərin yarı hissəsini qarşılamış, avtomobil təmir olunmuşdur. Sığorta şirkətinin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, 6500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə zamanı iki avtomobil zərər görmüşdür. 2000 manat məbləğində sığorta ödənişi digər avtomobil üçün, 4500 manat isə İddiaçıa ödənilmişdir. Hesab edir ki, avtomobilə 5000 manat məbləğində zərər dəymişdir. İddiaçı tərəfə heç bir ödəniş etməmişdir. Ona tələb etdiyi məbləği ödəyə bilməyəcəyini bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh2 oğlunun tanışıdır. Oğlu onu kafedə gözləyərkən Cavabdeh2 gəlmiş, onun avtomobilini qaçırdığını və qəza törətdiyini bildirmişdir. Həmin şəxsə avtomobili idarə etməyə dair etibarnamə verilməmiş, sürücülük vəsiqəsi də olmamışdır. Cavabdeh2 barəsində hüquq mühafizə orqanlarına müraciət etmiş, sonradan ərizəsini geri götürmüşdür. İkinci dəfə müraciət edəndə isə iş materiallarında avtomobilin açarlarını oğlunun Faiqə verdiyi qeyd edilmişdir. Guya o, bunu xəstə anasına dərmanları çatdırmaq üçün etmişdir.

Tədqiq olunan sübutlar:

6. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-də toplanmış HK-1/1672 saylı material üzrə Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 185.1 və 263-1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

7. İddiaçı və usta-dəmirçi Malik Dadaşov tərəfindən tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 10960 manat məbləğində qiymətləndirilmişdir.

8. İddiaçı məxsus ******************** nömrəli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə 4444 manat məbləğində sığorta ödənişi edilmişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli, AS 09-025/25 saylı ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı **-DF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı avtomobilin sahibinə dəymiş maddi ziyanın məbləği 11 sentyabr 2025-ci il tarixinə 9160 manat təşkil edir. Zədələnməsi yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına sərf olunmalı olan əməyin (servisin) ümumi bazar dəyəri 11 sentyabr 2025-ci il tarixinə 7160 manat təşkil edir.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş zərərə görə məsuliyyətin həmin mənbəyə bilavasitə sahiblik edən şəxsin daşıdığı təsbit olunmuş, normada, həmçinin də müəyyən olunmuşdur ki, mənbəyə sahiblik həm mülkiyyət hüququ ilə, həm də digər qanuni əsaslarla ola bilər. Qanunverici MM-in 1108.1-ci maddəsinin ikinci cümləsində mənbəyə digər qanuni əsasla sahiblik etmənin hallarını (əsaslarını ) qeyd etmiş və bu vaxt ara cümlə ilə mötərizədə misal olaraq- icarə hüququ və nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməni sadalamış, cümlənin sonunda isə oxşar əsasları nəzərdə tutan genişləndirici “və i.a.” ifadə vasitəsindən istifadə etmişdir ki, bu da öz növbəsində podrat, lizinq, tapşırıq, əmək müqavilələri, eləcə də yol vərəqi əsasında mənbəyə sahibliyin də qanuni sahiblik olduğunu nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarı:

Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

3. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı:

Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

5. Belə ki, iddiaçının mülkiyyətində olan **-DF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtomobilin Cavabdeh2 idarə etdiyi “Hyundai Santafe” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən təqsirli bilinmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı və usta-dəmirçi Malik Dadaşov tərəfindən tərtib edilmiş qiymətləndirmə aktı ilə **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 10960 manat məbləğində müəyyən edilmişdir.

6. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.

7. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

8. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

9. Məhkəmə qeyd edir ki, iş materialları ilə “**-DF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh2 qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.

10. Məhkəmə Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinməsi nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir.

11. Beləliklə, Cavabdeh2 yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, tərəflərin məhkəmə iclasında verdiyi izahatı, yazılı sənədlər və işin digər materialları ilə tam sübuta yetirilmişdir.

12. Məhkəmə iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd edir ki, ilk növbədə yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin Cavabdeh2 tərəfindən Cavabdeh1 sahibliyindən hüquqa zidd götürülüb-götürülməməsi müəyyən edilməlidir.

13. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin – **- DF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtomobilin sahibinin hazırki iş üzrə Cavabdeh1 heç bir qanuni əsas olmadan avtomibilin idarə edilməsini Cavabdeh2 həvalə etməsi işin mübahisəsiz halıdır və həmin hallar Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarla öz təsdiqini tapır.

14. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh1 özünə məxsus “X12” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh2 istifadəsinə verən zaman sonuncunun nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını bilmişdir.

15. Cavabdeh1 özünə məxsus “X12” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini heç bir qanuni əsas olmadan avtomibilin idarə edilməsini Cavabdeh2 həvalə etməsi göstərilən qərarla Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasında öz təsdiqini tapır.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi oğlunun xəbəri olmadan Cavabdeh2 tərəfindən ona məxsus avtomobilin qaçırıldığını və nəticədə qəza törətdiyini bildirsə də, qeyd etdiyi halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh2 Sumqayıt Polis İdarəsinə ünvanladığı izahatı isə surət olmaqla yanaşı, həmin izahatda qeyd edilənlər Cavabdeh1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmiş izahatı tərəfindən təkzib edilmiş, o, avtomobili məhz öz razılığı ilə Cavabdeh2 istifadəsinə verdiyini təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə də təmin edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Məhkəmə ödənilməli olan zərərin məbləği ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli, AS 09-025/25 saylı ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı **-DF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı avtomobilin sahibinə dəymiş maddi ziyanın məbləği 11 sentyabr 2025-ci il tarixinə 9160 manat təşkil edir. Zədələnməsi yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına sərf olunmalı olan əməyin (servisin) ümumi bazar dəyəri 11 sentyabr 2025-ci il tarixinə 7160 manat təşkil edir.

19. Məhkəmə hesab edir ki, **-DF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, "xxxx" MMC-nin 11 sentyabr 2025-ci il tarixli, AS 09-025/25 saylı rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir.

20. Maddi zərərə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyan məbləği 2716 manat (7160 – 4444 = 2716) müəyyənləşdirilməlidir.

21. Məhkəmə iddiaçının cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən, Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

22. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

23. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

24. Hazırki halda iddiaçı ona mənəvi zərərin dəyməsini yalnız avtomobilinə dəymiş ziyanla əsaslandırmış, bunun nəticəsində mənəvi zərərə məruz qalmasını (müalicə xərcləri və.s) təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının avtomobilinə dəymiş ziyanın çox hissəsi (4444 manat) sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza iddiaçının təqdim etdiyi iddia tələbinə münasibətdə təyin edilmiş və həmin xərc yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 03 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, onun tərəfindən rəyin təqdim edilməsi məqsədilə "xxxx" MMC-yə 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən aparılmış ekspertiza xərci olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi ziyana görə 2716 (iki min yeddi yüz on altı) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat, 16 (on altı) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar