Məhkəmə qərarları › İş №e-2(3-6)-1372/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1372/2026

29.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1372/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı "maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Сavabdeh cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı "öhdəliyin icra edilməməsi ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh1 iltizam üzrə öhdəliyini icra etməməsi, cavabdehdən 18200 ABŞ dolları məbləğində pul vəsaitinin (və ya manat ekvivalenti) alınıb ona ödənilməsi, cavabdehdən 853,90 ABŞ dolları gecikmə faizi (və ya manat ekvivalenti), 190 AZN məhkəmə xərcləri və 1000 AZN mənəvi zərər kompensasiyası, cavabdehdən öhdəliyin tam icrasına qədər yaranacaq əlavə gecikmə faizlərinin də onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. ##.##.2026-cı il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 18200 ABŞ dolları pul vəsaitinin, ## #### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixinədək 853,90 ABŞ dolları bank uçot dərəcəsinə uyğun faizlərin, öhdəliyin tam icrasına qədər yaranacaq bank uçot faizlərinin, 1000 manat mənəvi zərərin və 190,18 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 2024-cü il tarixində onunla cavabdeh cavabdeh1 arasında *** nömrəli xidmət müqaviləsi imzalanıb. Müqaviləyə əsasən cavabdeh “Toyota” markalı avtomobili 60 (altmış) iş günü ərzində ona təhvil verməyi öhdəlik götürüb. Eyni tarixdə cavabdeh tərəfindən imzalanmış iltizam sənədinə əsasən, avtomobil vaxtında təhvil verilmədiyi halda onun 100% dəyəri, yəni 18200 (on səkkiz min iki yüz) ABŞ dollarını cavabdeh 1 (bir) iş günü ərzində ona qaytarmalı idi. Müddət ## #### 2025-ci il tarixində başa çatıb, lakin bu günə qədər cavabdeh öhdəliyini icra etməyib. Bu müddət ərzində çoxsaylı yazışmalar, telefon zəngləri və görüşlər baş tutub, cavabdeh hər dəfə icranın təmin olunacağına dair vədlər verib. Avqust ayında cavabdeh, dediyinə görə, Çin Xalq Respublikasına gedərək avtomobilin göndərilməsinə nəzarət edəcəyini bildirib, lakin ixrac sənədlərini təqdim etməyib və əlaqə saxlamaqdan yayınıb. ## #### 2025-ci il tarixində cavabdehə yazılı bildiriş təqdim edilib, lakin cavabdeh onu qəbul etdiyinə dair imzalamaqdan imtina edib. Bu səbəbdən, ## ###### 2025-ci il tarixində SS*********AZ nömrəli sifarişli məktubla bildiriş cavabdehin qeydiyyat ünvanına Azərpoçt vasitəsilə göndərilib. Bildirişin göndərilməsini təsdiq edən poçt sənədləri ərizəyə əlavə edilib və bu, MPM-nin 111-ci maddəsinə uyğun olaraq cavabdehin xəbərdar edilməsi kimi qiymətləndirilməlidir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 18200 ABŞ dolları, ##.##.2025-ci il tarixdən başlayaraq 18200 ABŞ dolları məbləğində pul vəsaiti tam ödənilənədək illik 5 faizlə hesablanmış gecikdirilmiş vaxt üçün faizlərin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 182,8 manat dövlət rüsumunun əvəzinin iddiaçı İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 7,38 manatının iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh xidmət müqaviləsində göstərilən “Toyota Frontlander” markalı 2024-cü il buraxılışlı LVGC916Z6RG080730 ban nömrəli avtomobili iddiaçıya təhvil verməməklə, həmin müqavilə üzrə və tərtib etdiyi iltizam üzrə götürdüyü öhdəliklərə əməl etməmiş, bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 18200 ABŞ dolları məbləğində pul tutulmalıdır.

6. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, cavabdeh 18200 ABŞ dolları məbləğində qaytarılmalı olan məbləği qaytarmadığından, başqa sözlə, pulun ödənilməsini gecikdirdiyindən iddiaçının həmin vəsait üzrə faizlərin ödənilməsinin bank uçot dərəcəsinə uyğun olaraq məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Cavabdehin öhdəliyini vaxtında icra etməyərək gecikdirməsi onun iddiaçı qarşısında gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyini yaratmışdır. Cavabdeh ##.##.2024-cü ildə avtomobilin alınması ilə bağlı öhdəliyi 60 iş günü ərzində yerinə yetirəcəyi, öhdəliyi yerinə yetirməsə 18200 ABŞ dolları vəsaiti iddiaçıya qaytaracağını qeyd etmişdir. Məhkəmə 2025-ci ilin təqvimini nəzərə almaqla, hesab etmişdir ki, cavabdeh öhdəliyini ##.##.2025-ci ilədək icra etməli idi.

7. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı X2 cavabdeh cavabdeh1 qarşı “mənəvi ziyana görə 1000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2024 il tarixində İddiaçı X5 vətəndaşına aid olan “X8, Limited” şirkətindən avtomobil alıb. İddiaçı oğlu onun vasitəçi şirkəti ilə müqavilə imzalayıb. Sonra şirkətin rəhbəri avtomobilin videosunu iddiaçıya göndərmişdir. Həmin videoda avtomobilin markası, modeli rəngi və parametrləri açıq şəkildə təqdim edilmişdir. İddiaçı həmin video lentə baxdıqdan sonra şirkətdən həmin avtomobilin alınmasına razılıq vermişdir. Sonra şirkət tərəfindən iddiaçıya invoys və kontrakt təqdim edilmişdir. İddiaçı şirkətin göndərdiyi kontraktla tanış olaraq bəndləri oxumuş və onunla müzakirə etmiş və bütün bəndlərlə razı olandan sonra avtomobilin əsas məbləği 16.900 ABŞ dolları invoys və kontrakta təqdim olunan hesaba könüllü köçürmüşdür. Nəzərə çatdırır ki, şirkət tərəfindən göndərilən kontraktın 2-ci bəndində deyilir ki, avtomobilin pulu 100 faiz göndərildikdən sonra 50-60 iş günü ərzində avtomobil Azərbaycana göndəriləcəkdir. Şirkətlə bağlanan kontraktın 13-cü bəndində deyilir ki, mübahisə yarandıqda tərəflərdən biri kontraktı birtərəfli qaydada ləğv edə bilər və dəymiş zərəri tələb edə bilər. Kontraktın 14-cü bəndində deyilir ki, tərəf 30 gün qabaq yazılı xəbərdarlıq etməklə kontraktın ləğv olunması üçün Arbitraj məhkəməsinə müraciət edə bilər. Həmin bəndlərlə iddiaçı tanış olmuş və razılıq verdikdən sonra alqı-satqı müqaviləsi baş tutmuşdur. Bir neçə gündən sonra iddiaçı ödədiyi pulun həmin şirkətə keçibkeçmədiyini soruşmuş və o da həmin pulun şirkətə keçməsi barədə qəbzi ona göndərmişdir. Lakin avtomobil alışı barədə birbaşa Çin Xalq Respublikasının “X8, Limited” ilə müqaviləsi olub və 18200 ABŞ dolları avtomobilin qiymətindən 16900 ABŞ dolları bank vasitəsi ilə birbaşa Çin Xalq Respublikasının “X8 Limited” şirkətinin hesabına köçürüb (sübutları təqdim edir), onunla müqavilə bağlayıb. Məbləğin qalan hissəsi olan 510 manat (300 ABŞ dolları) xidmət haqqı və 1000 ABŞ dolları (avtomobilin Çindən Azərbayacana yol pulu) şəxsən ona ödəyib. X1 Respublikasında qeydiyyatda olan “X8, Limited” şirkətinin rəhbəri Mr.Goanın hesabına göndərdikdən sonra avtomobili müxtəlif əsassız səbəblər gətirərək Azərbaycan Respublikasına göndərməkdən imtina edir və buna görə o, dəfələrlə Çin Xalq Respublikasına gedərək avtomobili göndərən şəxslə söhbət etmiş, lakin o avtomobili Bakı şəhərinə göndərmədiyi üçün onu dələduzluqda ittiham edərək Çin Xalq Respublikasının Jinan şəhərinin polis idarəsinə “X8 Limited” şirkətin rəhbəri barədə müraciət etmişdir (Mr.Goanı dələduzluqda ittiham etmişdir). Bundan başqa, Çin Xalq Respublikasının səfirliyinə məktubla müraciət etmişdir. Çin Xalq Respublikasının polisinə növbəti müraciəti olub və bu dəfə məsələ öz həllini tapmaq üzrədir, çünki onun müraciəti əsasında şirkətinin vətəndaşı olan Mr.Goa polisə çağırılıb və onun barəsində cinayət işi qaldırılmışdır. Buna görə də, noyabr ayınn 5-10 arası Jinan şəhərin polis idarəsinə çağırılıb və bu üzrlü səbəbdən məhkəmənin iclasında iştrak edə bilməmişdir. Beləliklə də o, İddiaçı ona qarşı sürdüyü ittihamlarla razı deyil. İddiaçı avtomobilin alışının ödənişi birbaşa Çin Xalq Respublikasının vətəndaşı olan Mr.Goanın hesabına göndərdiyinə görə bu məbləği və ittihamlarını Mr.Goa və onun şirkətinə yönəldə bilər. Onun tərəfdən isə İddiaçı ona ödədiyi 510 manat (300 ABŞ dolları) və 1000 ABŞ dolları (yol pulu) qaytara bilər. Avtomobil halhazırda Çin Xalq Respublikasının Xorqos şəhərindədir (bunu sübüt edən videonu göndərmişəm). Onun məhkəməyə gələ bilməməyinin səbəbi Çin Xalq Respublikasının “X8, Limited” şirkətinin rəhbərliyinin onun müştərisinə qarşı etdiyi dələduzluğu sübut etməkdir və müştərisi olan İddiaçı avtomobilini Azərbaycan Respublikasına gətirməkdir. O, çalışır ki, bu dələduzluğa son qoysun və Çin Xalq Respublikasından avtomobil göndərilsin. Lakin buna nail ola bilmir. Bu işdə onun heç bir günahı yoxdur. İddiaçı pulu kimə göndəribsə ondan da pulunu geri alsın, iddiaçının ondan pul tələb etmək hüququ yoxdur, onun belə bir subyektiv hüququ yoxdur. İddiaçı ilə aralarında bağlanan müqavilənin 6.1- 6.4-cü maddəsinə əsasən tərəflər bu müqavilənin nəzərdə tutulmuş öhdəliklərini qismən və ya tam şəkildə qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yaranan və müqavilənin bağlanmasından sonra meydana gələn səbəblərə görə yerinə yetirməsələr, onlar (və ya tərəflərdən biri) məsuliyyətdən azad olunur. Göründüyü kimi iddiaçı ilə aralarında bağlanan müqavilənin şərtlərinə əsasən Çin Xalq Respublikasının “X8, Limited” şirkətinin rəhbərliyinin onun müştərisinə qarşı etdiyi dələduzluga görə o, heç bir məsuliyyət daşımır. Həmin pulu o almamışdır. İddiaçının məcburən ona yazdırdığı qəbzə görə o, heç bir məsuliyyət daşımır. İddiaçı ona dedi ki, “sən qarantiya verirsən ki, bu maşın Azərbaycana gələcək?” O, da deyib ki, “mütləq gəlməlidir”. Ona görə də ondan qəbz almışdır. Beləliklə hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, iddiaçının irəli sürdüyü faktiki hallara uyğun gəlməyən tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, bu səbəblə də qətnaməni düzgün əsaslandıra bilməmiş və əsassız olaraq iddia tələbini təmin edərək qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, Nizami Rayon Məhkəməsinin əsaslandırmadan, tələm-tələsik çıxardığı qətnamə qanunvericiliyin tələblərinə cavab vermir, həmin qətnamə ləğv olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. İddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Сavabdeh cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. İddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; - 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir; - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; - 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. İş materiallarında olan Vasitəçi cavabdeh1 ilə sifarişçi İddiaçı arasında bağlanmış *** saylı, ##.##.2024-cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən vasitəçi “Toyota Frontlander” markalı, 2024-cü il buraxılışlı LVGC916Z6RG080730 ban nömrəli avtomobilin alınması ilə bağlı sifarişçi ilə satış həyata keçirən hüquqi və ya fiziki şəxs arasında vasitəçilik xidmətini göstərir, eləcə də həmin avtomobilin Azərbaycan Respublikasına gətirilməsinə köməklik göstərir, sifarişçi isə göstərilən xidmətə görə vasitəçiyə bu müqavilə üzrə razılaşdırılmış xidmət haqqını ödəyir. Tərəflə razılağa gəlirlər ki, alınan avtomobilin qiyməti 17900 ABŞ dollarından yüksək olmayacaq.

19. İş materiallarında olan *** saylı, ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə edilən * saylı əlavənin surətindən görünür ki, sifarişçi tərəfindən 510 manat məbləğində avans olaraq xidmət haqqı ödənilib, vasitəçi isə həmin məbləği təhvil alıb. Həmin əlavə üzərində aparılan qeydlərdən görünür ki, vasitəçi (cavabdeh1) 60 iş günü ərzində avtomobili sifarişçiyə (İddiaçı) təqdim etmədikdə (təhvil) avtomobilin 100 faizini geri qaytarır (18200 ABŞ dolları).

20. İş materiallarında olan cavabdeh1 tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, o, İddiaçı “Toyota Frontlander” markalı, 2024-cü il buraxılışlı LVGC916Z6RG080730 ban nömrəli avtomobili 18200 ABŞ dolları 60 iş günü ərzində Bakıya təhvil verməyi öhdəsinə götürüb. Həmin yuxarıda qeyd olunan avtomobil 60 iş günü ərzində Azərbaycan Respublikasına gəlməsə, İddiaçı təhvil verilməsə, qeyd olunan məbləği geri qaytarılmasını təmin edir. Geri qaytarılma 1 iş günü ərzində təmin ediləcək.

21. İş materiallarında olan ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı iddia ərizəsinin verilməsi üçün 190,18 manat dövlət rüsumu ödəmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərildiyi kimi həll edilmişdir.

23. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, o, vasitəçi kimi çıxış etmiş, iddiaçının sifarişinə əsasən avtomobilin gətirilməsi üçün ona köməklik edəcəyini öhdəsinə götürmüş, bunun müqabilində ondan xidmət haqqı almış, lakin avtomobilin alınması üçün pulu iddiaçı birbaşa Cin Xalq Respublikasının “X8, Limited” şirkətinə ödəmiş, həmin şirkət isə avtomobili göndərməmişdir. Qeyd edir ki, hazırda onun iddiaçı qarşısında heç bir məsuliyyəti yoxdur və yanız xidmət haqqı kimi aldığı 300 dolları və yol pulu kimi aldığı 1000 dolları qaytarmağa razıdır.

24. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında iddiaçının istəyinə uyğun avtomobilin Azərbaycan Respublikasına gətirilməsini cavabdeh öz üzərinə götürmüş və vasitəçi qismində çıxış etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı avtomobilin pulunu birbaşa Cin Xalq Respublikasının “X8, Limited” şirkətinin hesabına göndərmişdir. Lakin, tərəflər arasında olan *** saylı, ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə edilən * saylı əlavənin üzərində aparılan qeydlərdən görünür ki, vasitəçi (cavabdeh1) 60 iş günü ərzində avtomobili sifarişçiyə (İddiaçı) təqdim etmədikdə (təhvil) avtomobilin dəyərinin 100 faizini (18200 ABŞ dolları) geri qaytarmalıdır.

25. Həmçinin, cavabdeh1 tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, o, İddiaçı “Toyota Frontlander” markalı, 2024-cü il buraxılışlı LVGC916Z6RG080730 ban nömrəli avtomobili 18200 ABŞ dolları müqabilində 60 iş günü ərzində Bakıya təhvil verməyi öhdəsinə götürüb. Həmin avtomobil 60 iş günü ərzində Azərbaycan Respublikasına gəlməsə və İddiaçı onu təhvil verilməsə, qeyd olunan məbləği geri qaytarılmasını təmin etməlidir. Geri qaytarılma 1 iş günü ərzində təmin edilməlidir.

26. Göründüyü kimi, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh avtomobilin iddiaçıya təhvil verilməməsi halında pul vəsaitinin qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda isə cavabdeh müqaviləyə uyğun razılaşdırılmış müddətdə avtomobilin ölkəyə gətirilməsini və iddiaçıya təhvil verilməsini təmin etməyib. Qanunvericiliyin tələbinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin cavabdeh xidmət müqaviləsində göstərilən “Toyota Frontlander” markalı, 2024-cü il buraxılışlı LVGC916Z6RG080730 ban nömrəli avtomobili iddiaçıya təhvil verməməklə, həmin müqavilə üzrə və tərtib etdiyi iltizam üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Buna görə hazırda iddiaçı cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmuşdur.

27. Bundan əlavə, məhkəmə kollegiyası 18200 ABŞ dolları məbləğində pul vəsaiti tam ödənilənədək illik 5 faizlə hesablanmış gecikdirilmiş vaxt üçün faizlərin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

28. Belə ki, cavabdeh 18200 ABŞ dolları məbləğində qaytarılmalı olan məbləği qaytarmadığından, iddiaçının həmin vəsait üzrə faizlərin ödənilməsinin bank uçot dərəcəsinə uyğun olaraq məhkəmə qaydasında tələb etmək hüququ, cavabdehin isə öhdəliyini vaxtında icra etməyərək gecikdirməsi onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən ##.##.2025-ci il tarixdən başlayaraq 18200 ABŞ dolları məbləğində pul vəsaiti tam ödənilənədək illik 5 faizlə hesablanmış gecikdirilmiş vaxt üçün faizlər iddiaçının xeyrinə tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu, tərəflər arasında iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, birinci instansiya məhkəməsi tərəfindən düzgün bölüşdürülmüşdür.

32. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında olan hazırki mübahisəinin həllində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar