Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-255/2021 30.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əli-Hüseyn oğluna və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə müraciət edərək, cavabdehlərdən 10 oktyabr 2014-cü il il tarixli krdit müqaviləsi üzrə 1947.45 USD əsas borc, 1131.86 USD faiz borcu, 291.06 USD cərimə və kredit müqaviləsi üzrə 10.10.2018-ci il il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 207.05 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3577,42 USD borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Əli-Hüseyn oğlu 10.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 5500 USD kredit götürmüşdür. 28.10.2015-ci il tarixli sazişə əsasən kreditin qalıq müddəti 10.10.2018-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.10.2014cü il il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 Əli-Hüseyn oğlu bildirdi ki, İddiaçı ASC-dən kredit götürməmişdir, yalnız zamin olmuşdur. Digər cavabdehi tanımır. Həmçinin kredit müqaviləsi və ona əlavələr onun tərəfindən imzalanmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" İKB ASC ilə Cavabdeh1 Əli-Hüseyn oğlu arasında bağlanmış 10.10.2014cü il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, 27% olmaqla 5500 USD kredit verilmişdir. - 10.10.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 Əli-Hüseyn oğluna zamin olmuşdur. - 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Əli-Hüseyn oğlunun 1947.45 USD əsas, 1131.86 USD faiz, 291.06 USD cərimə və 10.10.2018-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 207.05 USD məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3577,42 USD borcu vardır. - 10.10.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, 5500 USD məbləğində pul vəsaiti Cavabdeh1 Əli-Hüseyn oğluna verilmişdir. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdurlar. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. - İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 29.04.2021-ci il tarixli, 4/472 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 10.10.2014-cü il tarixli 4-M-1- 0-1165-14 saylı “Kredit müqaviləsin”də “Borcalan” qrafalarında olan imzalar; 10.10.2014cü il tarixli 4-M-1-0-1165-14 saylı “Zaminlik müqaviləsin”də “Borcalan” qrafasında olan imza; 10.10.2014-cü il tarixli 4-M-1-0-1165-14 saylı “Kredit müqaviləsi”nə 1 saylı əlavənin aşağı sağ hissəsində “Cavabdeh1 Əli-Hüseyn oğlu” yazılarının aşağısında olan imza – Cavabdeh1 Əli-Hüseyn oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 23.04.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı, 10.10.2014-cü il tarixli kredit və 4-M-1-0- 1165-14 saylı, 10.10.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavə”nin aşağı sol hissəsində “Borcalan” qrafasında olan imza; 23.04.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə”nin aşağı hissəsində “Borcalan” qrafasında olan imza; 28.10.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı 10.10.2014-cü il tarixli kredit və 4-M-1-0- 1165-14 saylı, 10.10.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavə”nin aşağı hissəsində “Borcalan” qrafasında olan imza; 28.10.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə”nin aşağı hissəsində “Borcalan” qrafasında olan imza Cavabdeh1 Əli-Hüseyn oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. - 29.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Əli-Hüseyn oğlunun 1947.45 USD əsas, 1131.86 USD faiz, 291.06 USD cərimə olmaqla, cəmi 3370,37 USD borcu vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-21073/2016 saylı, 01.12.2016-cı il tarixli əmri ilə Cavabdeh1 Əli-Hüseyn oğlundan və Cavabdeh2 "xxxx" İKB-nin xeyrinə 4099,01 ABŞ dolları əsas, 1202,65 ABŞ dolları faiz borcu, cəmi 5301,66 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5673/2019 saylı, 02 iyun 2019-cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 Əli-Hüseyn oğluna və Cavabdeh2 qarşı borcun tutulmasına tələbinə dair iddiası AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. - Cavabdeh1 Əli-Hüseyn oğluna məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi 19.04.2019-cu il tarixdə edilmişdir. - Cavabdeh1 Əli-Hüseyn oğluna məxsus bank hesabından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 19.04.2019-cu il tarixdə 3657,66 manat ekvivalentində (2151,56$) kompensasiya mədaxil edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 Əli-Hüseyn oğlu arasında bağlanmış 10.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən 19.04.2019cu il tarixdə 3657,66 manat ekvivalentində (2151,56$) kompensasiya mədaxil edilmişdir. Cavabdehin 29 iyun 2021-ci il tarixinə 1947.45 USD əsas, 1131.86 USD faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 Əli-Hüseyn oğlu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddianın faiz borcu, cərimə, həmçinin müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% borc məbləği hissəsində tələb təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinin əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işi faktiki hallarını nəzərə alaraq iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlə birgə məsuliyyət daşıdığından iddia bu hissədə də təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 17 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, 13 manat isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı ASC-dən 71,7 manat, cavabdehlərdən 52,3 manat tutularaq X2 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Əli-Hüseyn oğlundan və Cavabdeh2 müştərək qaydada 1947.45 USD əsas borc, ödənilmiş 17 manat dövlət rüsumu və 71,70 manat ekspertiza xərci İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 1947.45 ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun 17 manat hissəsi cavabdehlər Cavabdeh1 Əli-Hüseyn oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı ASC-dən 52,3 manat, cavabdehlərdən 71,7 manat tutularaq X2 müxbir hesabınaköçürülsün.(Kod:210005,Vöen:**********,Müxbirhesab:AZ41NABZ****************** ** SFİFT BİK: CTREAZ22) İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-255/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-255/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver