Məhkəmə qərarları › İş №2(060)-2555/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2555/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2555/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BMW 320 minik markalı **-KU- *** dövlət qeydiyyat nişanlı avtomaşının saz vəziyyətdə iddiaçıya qaytarılması, həmin avtomaşının saz vəziyyətdə qaytarılması mümkün olmadığı təqdirdə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşının saz vəziyyətdə iddiaçıya qaytarılması, həmin avtomaşının saz vəziyyətdə qaytarılması mümkün olmadığı təqdirdə isə BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehlərin hesabına saz vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə ərizə təqdim edərək Cavabdeh1 başqa digər cavabdehlərin cavabdehlik siyahısından çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin fevral ayında iddiaçıya məxsus BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq qərarına gəlmişdir. Cavabdeh2 qonşuluğunda yəni, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yaşayan Nuranə adlı qadının evinə gəlib-gedərkən tanımışam. İbrahimə demişdir ki, mülkiyyətçisi olduğu BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşını 10000 (on min) manata satmaq istəyir. İbrahim də ona Bakı şəhəri, Hövsan qəsəbəsi ünvanında tanışı olduğunu söyləmişdir. Onun avtomaşın satışı üçün salonu da var. İbrahimlə 2024-cü ilin fevral ayının əvvəlində görüşmüş və həmin avtomaşının satışı məqsədilə Xırdalan şəhərində etibarnamə və etibarnamə ilə birlikdə maşını İbrahimə vermişdir. Tez-tez İbrahimdən maşını satdığı halda pulunu verməyini tələb etmişdir. İbrahim əvvəlcə iddiaçıya avtomaşını satmadığını bildirmiş, sonradan avtomaşını satdığı məlum olmuş, satışından əldə olunan pulu qaytarmaqdan imtina etmişdir. İbrahimin maşını kimə satmasından xəbərdar olmamışdır. Hazırda iddiaçıya məlum olmuşdur ki, İbrahim avtomaşını Füzuli rayonu, Yal Pirəhmədli kənd sakini olan X4 6800 manata satmışdır. Cavabdeh2 ilk əvvəl avtomaşını Cavabdeh3 satmışdır. O da (Cavabdeh3) avtomaşını Cavabdeh1 satmışdır. İddiaçı, ərizə ilə notariat kontoruna müraciət edərək Cavabdeh1 adına verilmiş etibarnaməni ləğv etmişdir. Hazırda avtomaşın Cavabdeh1 həyətindədir, etibarnamə ləğv edildiyindən o, avtomaşını idarə edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməsinə razı olmadığını bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 24 oktyabr 2024-cü ildə 29 aprel 2024cü il tarixli etibarnaməyə xitam verildiyindən etibarnamə əsasında idarə edilən BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşının geri qaytarılması barədə Cavabdeh1 xəbərdar etmişdir. - “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 4719 saylı reyestr nömrəli, xx.xx.2024-cü il tarixli etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz idarə olunması ilə əlaqədar X7nin şəxsi heyəti təlimatlandırıldığı qeyd olunmuşdur. - 10.03.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Qasımzadə X2 Elvin Elxan oğluna və Cavabdeh3 etibarnamə üzrə səlahiyyətlər vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı şəxsi mülkiyyətində olan BMW 320 minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişdir. Maşını satmaq məqsədilə həmin maşını etibarnamə əsasında İbrahim adlı şəxsə vermişdir. Həmin şəxs də öz növbəsində maşını Cavabdeh3 satmışdır. lakin avtomobilin satılması barədə iddiaçıya məlumat verməmişdir. Cavabdeh3 da avtomaşını Cavabdeh1 satmışdır. Bundan sonra iddiaçı Notariat ofisinə müraciət edərək 4719 saylı reyestr nömrəli, xx.xx.2024-cü il tarixli etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Hazırda BMW 320 minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbayca Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib almaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbayca Respublikası Mülki Məcəlləsinin 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən -Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan BMW 320 minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı və ya həmin avtomaşının saz vəziyyətdə qaytarılması mümkün olmadığı təqdirdə isə BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdehin hesabına saz vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan BMW 320 minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılsın və ya həmin avtomaşının saz vəziyyətdə qaytarılması mümkün olmadığı təqdirdə isə BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh1 hesabına saz vəziyyətə gətirilərək iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar