Məhkəmə qərarları › İş №2(060)-2563/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2563/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2563/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X6, X7, X10, X26, X18, X4, Tanrıverdiyeva (Əhmədova) Məleykə Mayıl qızı, X3, X11, X13, X8, X14, X16, X19 və X5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 003R********** saylı kredit razılaşmasının və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh, X1, X2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 7175.47 ABŞ Dolları məbləğində kredit borcu, 6793.47 ABŞ Dolları məbləğində faiz borcu və 2005.53 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15974 (on beş min doqquz yüz yetmiş dörd) ABŞ Dolları 47 (qırx yeddi) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsində istifadədə olan 0.01468 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 204.8 kv.m ibarət 2 mərtəbəli, 4 otaqlı, 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 15974 (on beş min doqquz yüz yetmiş dörd) ABŞ Dolları 47 (qırx yeddi) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “İddiaçı» QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X1, X2 ümumi müştərək qaydada tutulması; Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsində istifadədə olan 0.01468 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 204.8 kv.m ibarət 2 mərtəbəli, 4 otaqlı, 111 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X4, X16, X14, X18, X8, X6, X9, X11, X13, X3, X10, Əhmədova (Tanrıverdiyeva) Məleykə Mayıl qızı, X19 və X17 həmin evə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin əslini qaytarmağı xahiş etmiş, cavabdehlər Cavabdeh, X6, X7, X10, X26, X18, X4, Tanrıverdiyeva (Əhmədova) Məleykə Mayıl qızı, X3, X11, X13, X8, X14, X16, X19 və X9 məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X6, X7, X10, X26, X18, X4, Tanrıverdiyeva (Əhmədova) Məleykə Mayıl qızı, X3, X11, X13, X8, X14, X16, X19 və X5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar