Məhkəmə qərarları › İş №2(060)-2599/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2599/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2599/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-406/2021 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa aylıq qazancının 1/3 hissəsindən əlavə 150 manat olmaqla 2 uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması və 50 mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2010-cu ildə nikah daxil olmuş, və onların xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adında iki övladı vardır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-406/2021 saylı qətnaməsi ilə onun cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və uşaqların saxlanılması üçün hər ay hər uşağa 60 manat olmaqla 2 uşağa görə 120 manat sabit pul məbləğində və qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Bu da cəmi 220 manat edir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş,məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşaqların maddi tələbatlarını qətiyyən ödəmir, iddiaçı uşaqların maddi təminatında əziyyət çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2010-cu il tarixində, Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, Nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılmaları, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci ıl təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. MŞS/MT030/2024-00370 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakın prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin medisiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğunun nəticəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-də dalandar vəzifəsində çalışır və 486 manat əmək haqqı alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2010-cu il tarixində, Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, Nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılmaları, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci ıl təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh idida tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Hazırkı halda tərəflərin arasında maddi cəhətdən böyük fərq olması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda cavabdehin 486 manat əmək haqqı alması müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən iki uşağa görə aylıq gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutulmalı olsa da, qeyd edilən məbləğin 1/3 hissəsi təxminən 162 manat təşkil edir ki, bu da iki uşağın saxlanması üçün azdır. Bu səbəbdən məhkəmə alimetin cavabdehin gəlirinin 1/3 hissəsi miqdarında, həm də hər ay hər uşaq üçün 100 manat olmaqla, iki uşağa görə 200 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci ıl təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar