Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-263/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulan 26.03.2013-cü il təvəllüdlü X2, 29.04.2014-cü il təvəllüdlü X5 və 24.09.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 11.05.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 3 övladları olmuşdur: 26.03.2013-cü il təvəllüdlü X6, 29.04.2014-cü il təvəllüdlü X7 və 24.09.2017-ci il təvəllüdlü X4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17327/2017 saylı, 18.12.2017-ci il tarixli qətnaməsi ilə aralarındakı rəsmi nikahın pozulması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 17.11.2017-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 35 manat olmaqla, cəmi 105 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda həmin məbləğ uşaqların saxlanmaları üçün kifayət etmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh 06.04.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı isə xx.xx.1994-cü ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X7 29.04.2014-cü ildə, X4 24.09.2017-ci ildə, X6 isə 26.03.2013-cü ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17327/2017 saylı, 18.12.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqlarının iddiaçının yanında saxlanmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 17.11.2017-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 35 manat olmaqla, cəmi 105 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Nikah pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikahın pozulması 26.01.2018-ci il tarixli 26 saylı akt ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən hər uşağa görə hər ay 35 manat olmaqla, cəmi 105 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulsa da, həmin vəsait uşaqların saxlanılmaları üçün kifayət etmir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladlarının saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 510 manat aliment tələb etsə də, cavabdehin daimi iş yerinin olması və ya hər hansı şəkildə müntəzəm qazanca malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehdən tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17327/2017 saylı, 18.12.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı alimentin 105 manatdan 405 manata (300 manat) qədər artırılmasını tələb etdiyi üçün tələb üzrə 1 illik ödəmələrin məcmusu 500 manatdan artıqdır. Buna görə iddiaçı 30 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 15 manatı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17327/2017 saylı, 18.12.2017-ci il tarixli qətnaməsi ilə 29.04.2014-cü il təvəllüdlü X5, 24.09.2017-ci il təvəllüdlü X1 və 26.03.2013cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün135 (yüz otuz beş) manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-263/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-263/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver