Məhkəmə qərarları › İş №2(060)-2630/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2630/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2630/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 1900 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, həmçinin onun tərəfindən ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus olan mağazadan xx.xx.2011-ci il tarixdə ümumi dəyəri 2000 manat olan iphone 11 markalı mobil telefonu nisyə olaraq götürmüşdür. O, xx.xx.2022-ci il tarixinə kimi telefonun dəyərini tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə kimi o, cəmi 100 manat ödəniş etmişdir. Belə ki, o, 2022-ci ilin yanvar ayında 50 manat, 2024-cü ilin yanvar ayında isə 50 manat ödəniş etmişdir. Hazırda onun 1900 manat borcu vardır. Dəfələrlə müraciət etsə də, cavabdeh borcunu ödəməmişdir. Bildirir ki, o, ona məxsus mağazadan 2000 manat dəyərində olan iphone 11 mobil telefonu nisyə olaraq aldığını öz xətti ilə əlyazma yazaraq təsdiq etmişdir. Ona görə də hesab edir ki, 1900 manat pul və dövlət rüsumu kimi olaraq ödədiyi 39 manat pul caabdehdən alınıb ona verilməlidir. İddiaçı elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 100 manat borcu vardır. Nəğd ödənilmiş, qəbz olmamışdır. İltizamda yazıldığı kimi olmamışdır. İddiaçıdan bir telefon götürmüşdür. Onun pulunu ödəmiş və daha sonra ikinci telefonu götürmüşdür. İkinci telefonda onun qazilik vəsiqəsini və xarici pasportunu götürmüşdür. Sənədi yazandan sonra notariusa getmişlər. Notariusda demişlər ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün onu edə bilməzlər. 1900 manatı qəbul etmir. Belə ki, onlar faiz məbləğidir. Həmin iltizamı məcburi şəkildə yazmışdır. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış yazılı iltizamdan görünür ki, o, X1 tanışı İddiaçı ümumi dəyəri 2000 manat olan mobil telefon iphone 11 markalı telefonu nisyə xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Əgər xx.xx.2022-ci il tarixə kimi ödəməsə qanuna müvafiq məsuliyyət daşıyır. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 39 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh xx.xx.2021ci il tarixində iddiaçıdan aldığı 2000 manatlıq “iphone 11” markalı telefona görə həmin məbləğdə pulu xx.xx.2022-ci il tarixə kimi qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin həmin məbləğdən sadəcə 100 manat ödəniş etmişdir. Məhkəmə, cavabdehin iddiaçıya 1900 manat qaytarmaq öhdəliyinin onlar arasında yazılı iltizamın mövcudluğunu nəzərə alaraq, cavabdehin etirazının əsasları sübut olunmadığından iddia tələbini əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir.Məhkəmə həmçinin cavabdehin iltizamı hər hansı təsir və ya məbləğin ödənildiyi və sair mülhaizələrini, yalnız üzərinə götürdüyü öhdəlikdən yayınmaq xarakteri daşıdığını, yəni qeyd etdiyi xüsusatlarla bağlı, ödənişi tam ödəməsinə dair sübut təqdim etədiyindən əsassız hesab edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında mahiyyət etibarilə 2000 manat dəyərində malın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 39 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1900 manat borc və ödənilmiş 39 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar