Məhkəmə qərarları › İş №2(060)-2641/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2641/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2641/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 1000 manat vəsaitin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayıram, O, Sumqayıt şəhəri TTYS-da tibb bacısı işləyir. Cavabdeh tibb işçisidir, xəstəxanada çalışır, təxminən 10 ildən artıqdır onu tanıyır. 2022-ci ilin mart ayının əvvəllərində cavabdeh ona müraciət edərək ona qısa müddətdə 2500 manat borc pul verməyini xahiş etmişdir. Cavabdehin deməsinə əsasən oğlu yol nəqliyyat hadisəsi keçirmişdir, həmin pula təcili ehtiyacı var idi. Həmin müddətdə onun öz şəxsi ehtiyacları üçün topladığı pul vəsaiti var idi, cavabdehin xahişin nəzərə alaraq ona borc vermək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixində yaşadığı ünvanda Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən evində 2500 manatı borc olaraq cavabdehə vermiş, aralarındakı razılaşmaya əsasən o, borcu 2 ay müddətinə qaytaracağına dair vəd verdi. Hətta cavabdeh məbləğin alınmasını təsdiq edən borclu qəbzini əlyazma şəklində yazaraq ona verdi. Bundan əlavə, cavabdeh ona bank kartları vermişdir ki, kartlara hər ay pul köçürüldükdə oradan borcunu hissə-hissə götürsün. Cavabdeh vəd verdiyi müddətə borcu qaytara bilmədi, səbəbini isə maddi çətinliklə izah etdi.Lakin aradan keçən dövrdə bir neçə dəfəyə ona 1000 manat qaytardı. Belə olduqda o, borcun tam qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirərək onu aldatmaqda davam etdi. Nəhayət o, 2023-cü ilin sentyabr ayında Sumqayıt şəhər polis idarəsinə cavabdehdən şikayət etmiş və həmin müddətdə cavabdeh onunla əlaqə yaradaraq daha 500 manat borcundan qaytarmışdır. O, digər məbləği də istədikdə cavabdeh yenə maddi çətinlikdən bəhs edərək ona rədd cavabı vermişdir. Hazırda cavabdeh Sumqayıt şəhəri 3 №-li Qadın Sağlamlıq Mərkəzində tibb bacısı olaraq işləyir, maddi gəliri vardır. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-dən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli cavabda qeyd olunmuşdur ki, şikayəti əsasında yoxlama aparılmış və şikayətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi məqsədəmüvafıq görülmüşdür. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, X2 iş yoldaşı İddiaçı 2500 manat pul borc götürmüşdür. Əvəzində 3 ədəd kart qoymuşdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə daxil olmuş ərizəsi əsasında yoxlama aparılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məqsədəmüvafiq hesab edilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə prosesi zamanı iddiaçı bildirdi ki, cavabdeh tərəfindən ona 1000 manat, 500 manat müxtəlif vaxtlarda qaytarılmışdır. Hazırda cavabdehin ona qalıq borcu 1000 manat təşkil edir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar