Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2682/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi tələbi” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 5416 (beş min dörd yüz on altı) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun, ümumilikdə 5446 (beş min dörd yüz qırx altı) manat 40 (qırx) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 13 ay müddətinə qaytarılmaq şərti ilə 12998,00 (on iki min doqquz yüz doxsan səkkiz manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx’’ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 27 iyul 2019-cu il tarixli 034-EMB-0901-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 27 iyul 2019-cu il tarixli 034-EMB- 0901-19/********** saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Zaminlik Müqaviləsinin 2.6.2-ci bəndinə görə Borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, X3rşısında götürdüyü bütün öhdəlikləri Borcverənin ilk tələbilə heç bir iddia irəli sürmədən dərhal icra etməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinin şərtlərinə əsasən, halhazırda Cavabdeh1 03.02.2021-ci il tarixə əsas borcu 5416.00 AZN (beş min dörd yüz on altı manat 00 qəpik), faiz borcu 0.00 AZN (sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) olmaqla ümumi borcu 5416.00 AZN (beş min dörd yüz on altı manat 00 qəpik) təşkil edir ki, bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş 12 iyun 2020-ci il tarixli, 8631/20 pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Göründüyü kimi cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 5416 (beş min dörd yüz on altı) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun, ümumilikdə 5446 (beş min dörd yüz qırx altı) manat 40 (qırx) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, o, otel fəaliyyəti ilə məşğul olur. O, işlətdiyi otele mebel almaq üçün iddiaçı təşkilata müraciət etmiş və onunla iddiaçı arasında bağlanmış 27 iyul 2019-cu il tarixdə kredit müqaviləsinə əsasən ona 13 ay müddətinə 12998 manat məbləğində kredit verilmişdir. Onun banka olan borcu 5400 manat təşkil edir. Sonrada ölkə üzrə baş vermiş pandemiyaya görə otelin fəaliyyəti dayandırılmış və bu səbəbdən o, iddiaçı təşkilata olan borcunu ödəyə bilməmişdir. Hazırda 3 aydır ki, otelin fəaliyyəti bərpa olunub, lakin buna baxmayaraq borcunu tam ödəməyə maddi imkanı yoxdur, o, ayda 500 manat ödənişlər edə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X2 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 27.07.2019-cu il tarixli 034-EMB-0901-19/********** saylı kredit müqaviləsindən görünür ki, BOKT “xxxx” MMC tərəfindən Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 0 faizlə 13 ay müddətində 12998 manat kredit verilir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Zaminlik Müqaviləsinin 2.6.2-ci bəndinə görə Borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, X3rşısında götürdüyü bütün öhdəlikləri Borcverənin ilk tələbilə heç bir iddia irəli sürmədən dərhal icra etməyi öz öhdəsinə götürür. İş materiallarında olan BOKT “xxxx” MMC-nin 03.02.2021-ci il tarixli, № MA-0020293-21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT “xxxx” MMC-yə 27.07.2019-cu il tarixli, 034-EMB-0901-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 03.02.2021-ci il tarixə əsas borc üzrə 5416 (beş min dörd yüz on altı) manat təşkil edir borcu vardır. İş materiallarında olan AZE seriyalı, № 000***** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 70, mənzil 30-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Masallı rayonu, Həsənli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh1 iddia tələbini qəbul etməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 5416 (beş min dörd yüz on altı) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun, ümumilikdə 5446 (beş min dörd yüz qırx altı) manat 40 (qırx) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 5416 (beş min dörd yüz on altı) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun, ümumilikdə 5446 (beş min dörd yüz qırx altı) manat 40 (qırx) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2682/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2682/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver