Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2688/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********69664, **********88039 və **********39799 olan “Xiaomi Redmi” Note S2 markalı telefon üçün ödənilməmiş 504 manat və 92 manat dəbbə, “Xiaomi Redmi” Note 5 markalı telefon üçün ödənilməmiş 552 manat və 95 manat dəbbə, Lg K4X 230 markalı telefon və “Samsung” Microsdxc, Evo yaddaşı kartı, üçün ödənilməmiş 72 manat, “Kenwod” markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan üçün ödənilməmiş 598 manat və 151 manat dəbbə, “Samsung” markalı paltaryuyan maşın üçün ödənilməmiş 168 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2232 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC –ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən İMEİ kodu **********69664, **********88039 və **********39799 olan Lg K4X 230 və Samsung Microsdxc, Evo yaddaşı kartı, “Xiaomi Redmi” Note S2 və “Xiaomi Redmi” Note 5 markalı telefon, “Kenwod” markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan, “Samsung” markalı paltaryuyan maşın almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 438 manat olan ( 24 ay x 18 manat+ 6 manat ilkin ödəniş) Lg K4X 230 və “Samsung” Microsdxc, Evo yaddaşı kartı, alqı-satqı qiyməti 672 manat olan ( 24 ay x 28 manat + 0 manat ilkin ödəniş) Xiaomi Redmi” Note S2 markalı telefon, alqı-satqı qiyməti 718 manat olan ( 24 ay x 29 manat 22 manat ilkin ödəniş) “Xiaomi Redmi” Note 5 markalı telefon, alqı-satqı qiyməti 840 manat olan ( 18 ay x 46 manat 12 manat ilkin ödəniş) “Kenwod” markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan, alqı-satqı qiyməti 2130 manat olan ( 18 ay x 84 manat 618 manat ilkin ödəniş) “Samsung” markalı paltaryuyan maşın üçün cəmi 2934 manat ödəniş etmiş, ümumilikdə 1864 manat əsas borcunun ödənilməsini geçikdirdiyindən 338 manat dəbbə pullu yaranmışdır.Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00279331 nömrəli,xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 438 manat İMEİ kodu **********69664 olanLg K4X 230 və Samsung Microsdxc, Evo yaddaşı kartı almışdır. -“xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə, ilkin ödəniş 6 manat, aylıq ödəniş 18 manat və 438 manat, dəyərində İMEİ kodu **********69664 olan Lg K4X 230 və Samsung Microsdxc, Evo yaddaşı kartı almış və cəmi 363 manat ödəniş etmişdir. -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış K00287978 nömrəli,xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 672 manat, İMEİ kodu **********88039 olan“Xiaomi Redmi” Note S2 markalı telefon almışdır. -“xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 28 manat və 672 manat dəyərində İMEİ kodu **********88039 olan“Xiaomi Redmi” Note S2 markalı telefon almış və cəmi 171 manat ödəniş etmişdir. -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış K00289336 nömrəli,xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 718 manat İMEİ kodu **********39799 olan“Xiaomi Redmi” Note 5 markalı telefon almışdır. -“xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə, ilkin ödəniş 29 manat, aylıq ödəniş 22 manat və 718 manat dəyərində İMEİ kodu **********88039 olan “Xiaomi Redmi” Note S2 markalı telefon almış və cəmi 166 manat ödəniş etmişdir. -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış K00339696 nömrəli,xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 840 manat Kenwod markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan almışdır. -“xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 12 manat, aylıq ödəniş 46 manat və 840 manat dəyərində Kenwod markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan almış və cəmi 242 manat ödəniş etmişdir. -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış K00344628 nömrəli,xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 2130 manat “Samsung” markalı paltaryuyan maşınalmışdır. -“xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 618 manat, aylıq ödəniş 84 manat və 2130 manat dəyərində “Samsung” markalı paltaryuyan maşınalmış və cəmi 1344 manat ödəniş etmişdir. -xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, İMEİ kodu **********69664, **********88039 və **********39799 olan Lg K4X 230 və Samsung Microsdxc, Evo yaddaşı kartı, “Xiaomi Redmi” Note S2 markalı telefon, “Xiaomi Redmi” Note 5 markalı telefon, Kenwod markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan, “Samsung” markalı paltaryuyan maşın Cavabdeh təhvil verilmişdir. -“xxxxxxxxxxx”MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh“xxxxxxxxxxx”MMC ilə bağlanmış xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən “İMEİ kodu **********69664, **********88039 və **********39799 olan Lg K4X 230 və Samsung Microsdxc, Evo yaddaşı kartı, “Xiaomi Redmi” Note S2 markalı telefon, “Xiaomi Redmi” Note 5 markalı telefon, Kenwod markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan, “Samsung” markalı paltaryuyan maşın almış, malların 4798 manat olan ümumi dəyərindən cəmi 2934 manat ödəniş etmiş və nəticədə 1864 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu aldığı telefonagörə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 4798 manat olan ümumi dəyərindən cəmi 2934 manat ödəniş etmiş və nəticədə 1864 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki,bu hissədə iddia tələbi təmin edilməməlidir.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh “İMEİ kodu **********69664, **********88039 və **********39799 olan Lg K4X 230 və “Samsung” Microsdxc, Evo yaddaşı kartı, üçün ödənilməmiş 72 manat, “Xiaomi Redmi” Note S2 markalı telefon üçün ödənilməmiş 504 manat hissə, 92 manat dəbbə, “Xiaomi Redmi” Note 5 markalı telefon üçün ödənilməmiş 552 manat hissə 95 manat dəbbə, “Kenwod” markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan üçün ödənilməmiş 749 manat hissə, 151 manat dəbbə, “Samsung” markalı paltaryuyan maşın üçün ödənilməmiş 168 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2202 manat borc iddiaçı “xxxxxxxxxxx”MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********69664, **********88039 və **********39799 olan Lg K4X 230 və ““Samsung” Microsdxc, Evo yaddaşı kartı, üçün ödənilməmiş 72 manat, “Xiaomi Redmi” Note S2 markalı telefon üçün ödənilməmiş 504 manat hissə, 92 manat dəbbə “Xiaomi Redmi” Note 5 markalı telefon üçün ödənilməmiş 552 manat hissə 95 manat dəbbə, “Kenwod” markalı şirə çəkən, “Panasonic” markalı üz qırxan üçün ödənilməmiş 749 manat hissə, 151 manat dəbbə, “Samsung” markalı paltaryuyan maşın üçün ödənilməmiş 168 manat , ümumilikdə 2202 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2232 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx”MMC –ə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2688/2020
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2688/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver