Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-27/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 11476,5 ABŞ dolları əsas borc, 11655,72 ABŞ dolları faiz borcu və 451,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23583,91 ABŞ dolları kredit borcunun, ödənilmiş 30 ABŞ dolları dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, 10-cu mkr-da yerləşən, 2 otaqlı, 54.9 m2 ümumi, 31,4 m2 yaşayış, 23,5 m2 yardımçı sahəsindən ibarət 14 nömrəli evin 18 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun bu mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-ə ödənilməsi, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Məhkəmə iddiaçının 31.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehlərin məhkəmə iclasına gəlməməsini, onların işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə ekspertiza tədqiqatının dəyərinin 200 manat təşkil etdiyi göstərilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əlavə olunmuş hesab fakturada ödəniləcək məbləğin 150 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 124.2-ci maddəsini tətbiq edərək hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza təqdiqatının dəyəri iddiaçıdan tutularaq X1 hesabına, həmçinin mütəxəssis rəyinin xərcləri iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin hazırki adı "xxxx" ASC-dir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119 və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq "xxxx" ASC-dən 200 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,Vöen:**********,Müxbirhesab:AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 ; VÖEN **********, Hesab : AZ34CTRE********************) Mütəxəssis rəyinin dəyəri olaraq "xxxx" ASC-dən 150 manat tutularaq "xxxx" MMCnin hesabına köçürülsün. (“Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Filialın kodu:502058,VÖEN:**********, h/hesab: AZ46NABZ********************) Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-27/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-27/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver