Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2706/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1520 (bir min beş yüz iyirmi) manat maddi ziyan və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehlər X7 və Cavabdeh2 MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi E.N.Əzimov iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh3 MMC-ni cavabdeh qismində iş cəlb olunaraq, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1520 (bir min beş yüz iyirmi) manat maddi ziyan və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehlər X7, Cavabdeh2 MMC və Cavabdeh3MMC-dən müştərək qaydada onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci ildə saat 22:40 radələrində Sumqayıt şəhəri Bulvar küçəsində Cavabdeh1 “Aypara Lizinq" MMC-yə məxsus olan Şhevrolet Kruz markalı ** PV *** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək onun idarə etdiyi Kia Sorento markalı ** CK *** nömrəli avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə xəsarət alan olmamış, hər iki avtomobilə xeyli miqdarda zərər dəymişdir. Fakt əsasında Sumqayıt şəhər Pİ-nin DYPŞ-də araşdırma aparılmışdır. X2 ara məsafəsini saxlama qaydasını pozub nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə edərək yol-nəqliyyt hadisəsi törədərək zərərçəkən şəxsə maddi zərər vurmuşdur. Onun əməlində AR İXM-nin 333.3-cü maddəsinn tərkibi olduğundan barəsində DYPŞ-nin əməkdaşları tərəfindən İXP5265850 saylı X13 protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati material baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03.03 2023-cü il tarixli İŞ N 3(060)-598/2023 saylı qərarı ilə X7 AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələlərini idarə etmə hüququ 2 ( iki) il müddətinə məhdudlaşdırılmaqla 700 ( yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati xətanı törədən X1 əməli nəticəsində ona 1520 (min beş yüz iyirmi) manat məbləğində maddi zərər yetirilmişdir. Ona vurduğu ziyanı könüllü surətdə ödəməsi barədə dəfələrlə bildirilsə də, o ,ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qanunvericilikdə göstərildiyi kimi, ona vurulmuş zərər hadisəni törədən sürücü və "xxxx" MMC tərəfindən müştərək qaydada ödənilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sürücü Cavabdeh1 saxta olması daha çox şübhə yaradan yol vərəqəsi verilmişdir. Habelə DYP-də araşdırma zamanı müəyyən edilmiş nəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması fakt araşdırılmamış”, icbari sığortalar haqqında” AR Qanunu ilə mülki məsuliyyətin icbari qaydada sığorta etdirmək vəzifəsi həvalə olunan şəxsin əməlinə hüquqi qiymət verilməmişdir. İddiaçının nümayəndəsi E.N.Əzimov eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, o, Cavabdeh3 MMCnin işçisi deyil və həmin şirkətlə heç bir əlaqəsi yoxdur. O, avtomobili sadəcə olaraq sürücü kimi yol vərəqəsi əsasında idarə etmişdir. Cavabdeh3 MMC avtomobillərin kirayəsi ilə məşğuldur. Onlara yalnız sürücülük vəsiqəsi göstərmişdir. İddia tələbi üzrə dəymiş ziyanı o mübahisələndirmiş, lakin məbləğ çox olduğu üçün həmin məbləği təkcə o, ödəməli deyildir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi X5 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında heç bir müqavilə yoxdur. Cavabdeh2 MMC sözügedən avtomobili daxili lizinq müqaviləsi əsasında Cavabdeh3 MMC-yə vermiş, Cavabdeh3 MMC də öz növbəsində etibarnamə əsasında avtomobili Cavabdeh1 vermişdir. Avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh qismində cəlb edilmiş Uğur-RV” MMC qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan X13 İXP 52665850 saylı protokolun surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi “Chevrolet Cruze” markalı, 99PV 317 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurmuşdur. İşdə olan elektron məlumat bazasından görünür ki, “Chevrolet Cruze” minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh2 MMC-yə məxsusdur. İş materiallarında olan “Mərcan Firması”nın xx.xx.2023-cü il tarixli aktından görünür ki, “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 1520 manat təşkil edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 06/5597/YDLİZ “Daxili maliyyə Lizinqi müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 MMC mülkiyyətində olan “Chevrolet Cruze” markalı avtomobili Cavabdeh3 MMC-yə müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İşə əlavə olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh2 MMC-nin adına qeydiyyatdadır. İş materiallarınsa olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7782 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan “Mərcan” firması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxlışlı “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1060 manat müəyyən edilir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Mövcud yanaşmalardan birinə görə, zərərvuran şəxsin əmək münasibətlərində olması halında Mülki Məcəllənin 1099-cu maddəsi tətbiq edilməlidir. Bu mövqeyin tərəfdarlarının qənaətinə görə mülki hüquq pozuntusu nəticəsində zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır. Digər yanaşmaya görə isə zərərvuranın əmək münasibətlərində olması halı Mülki Məcəllənin 1108-ci maddəsinin tətbiqini aradan qaldırmır və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahiblik edən şəxsin üzərinə düşür. Yəni Mülki Məcəllənin 1108-ci maddəsində göstərilən mənbələrin fəaliyyəti ilə bağlı vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini, əmək müqaviləsinin olduğu halda da işəgötürən deyil, məhz qanuni sahiblik edən şəxs (hazırkı halda sürücü) daşımalıdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Göründüyü kimi ** PV *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 MMC-nin adında qeydiyyatdadır və yol nəqliyyat hadisəsi zamanı adıçəkilən avtomobil yol vərəqəsi əsasında MMC-nin sürücüsü Cavabdeh1 tərəfindən idarə olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərə görə məsuliyyəti Cavabdeh2 MMC daşımalıdır. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobil Cavabdeh2 MMC-yə məxsus olduğundan və zərərin vurulmasında təqsirli olan şəxs Cavabdeh1 qeyd olunan Cəmiyyətin işçisi olduğundan həmin mənbənin vurduğu zərərə görə sonuncu məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilməklə və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7782 saylı ekspert rəyi nəzərə alınmaqla, Cavabdeh2ndən 1060 (bir min altmış) manat məbləğində maddi ziyanın, həmçinin 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1096 (bir min doxsan altı) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi digər cavabdehlərə qarşı hissədə təmin edilməməlidir. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş ;səgötürən ona qarşı reqres tələb hüququna malikdir. Məhkəmə göstərilən məbləğin Cavabdeh3 MMC tutulma tələbini əsassız hesab edir. Belə ki, Cavabdeh3 MMC Cavabdeh2 MMC ilə avtomobillərin kirayəsi ilə məşğuldur və aralarından müqavilə bağlanan zaman, avtomobillərin mülkiyyətinə verilməsinə yox, sadəcə olaraq həmin avtomobillərin kirayəyə verilməsinin təşkil edilməsində köməklik göstərməsini həvalə etmişdir. Məhkəmə iclası zamanı həmin avtomobilin Cavabdeh2 MMC mülkiyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 50 (bir yüz) manat Cavabdeh2 MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən 1060 (bir min altmış) manat məbləğində maddi ziyanın, həmçinin 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1096 (bir min doxsan altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh2ndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi digər cavabdehlərə qarşı hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2706/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2706/2023
11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver