Məhkəmə qərarları › İş №2(060)-271/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-271/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-271/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri 3 saylı Notariat Ofisinə qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004 tarixində anadan olmuş X3, xx.xx.2007 tarixində anadan olmuş X4, X5 mərhum X11 hüquqi varisi kimi tanınması, İddiaçı mərhum əri X16 ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X5 xeyrinə Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, onunla mərhum əri X16 xx.xx.2003-cü il tarixində nikaha daxil olmuşlar, birgə nikahdan onların üç qız övladı anadan olmuşdur. Sonradan xx.xx.2018-ci il tarixində onun əri X16 özünə intihar edərək öz həyatına son qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, mərhum əri Zaur Əliyevlə Cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Belə ki, X16 ilə Cavabdeh arasında: xx xxxxx 2015-ci il tarixində imzalanmış 35.000 (otuz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 7.620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 2.857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 3.810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 23.810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 5.714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. Buna baxmayaraq, borc pullar bugünki günə qədər ödənilməmişdir. Cavabdehlə borcun qaytarılması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Cavabdeh öz növbəsində bildirir ki, qeyd olunan müqavilələr üzrə borcunu mərhum Zaur Əliyevə qaytarmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixində cavabdeh Elmar Ağayevin ona ünvanladığı məktubdan görünür ki, guya o, yuxarıda sadalanan müqavilələr üzrə mərhuma olan borcunu ödəmiş, yalnız 10.100 manat borcu qalmışdır ki, onu da ödəməyə hazır olduğunu ifadə edir. Hesab edir ki, cavabdehin borcun qaytarılması ilə əlaqədar verdiyi məlumat həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mərhumun xx.xx.2018 tarixində yazdığı ərizənin surətindən görünür ki, qeyd olunan müqavilələr üzrə borc məbləğləri Əliyev Zaur intihar edənə qədər cavabdehdən ona geri qaytarılmamışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, borc müqavilələrində borcun valyutası ABŞ dolları kimi göstərilib, lakin cavabdeh borcunun manatla qaldığını qeyd edir. Bu da onu göstərir ki, cavabdehin gətirdiyi dəlillər əsassızdır. Göstərilənləri nəzərə alaraq, onun və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004 tarixində anadan olmuş X3, xx.xx.2007 tarixində anadan olmuş X4, X5 mərhum X11 hüquqi varisi kimi tanınması, onun mərhum əri X16 ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X5 xeyrinə Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, hazırda həmin iddia tələbini əsassız və qanunsuz hesab edir. İddiaçının cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi üçün həmin iddiaçının həmin iddia tələbi ilə əlaqədar subyektiv hüquqa malik olmalıdır. İş materiallarına nəzər salarkən görünür ki, İddiaçı borc müqavilələri üzrə tələb hüququna vərəsəlik şəhadətnaməsinin alınması ilə əlaqədar olaraq notarial ofisinə müraciət etmiş, amma müsbət cavab almamışdır. İddiaçı notariat orqanın hərəkətlərindən inzibati məhkəməyə şikayət verməli olduğu halda mülki məhkəməyə hüquqi varisliyin tanınması ilə bağlı iddia icraatı qaydasında iddia tələbi irəli sürmüşdür. Həmçinin iddia tələbinin ilkin hissəsinin xüsusi icraat qaydasına aiddir, digər hissəsi isə borc tələbi isə iddia icraatına aiddir. Hazırki iddia tələbi Mülki Prosessual Məcəllənin tələbinə ziddir. Hazırda iddiaçı ona qarşı borc tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün mütləq qaydada borc müqavilələri üzrə tələb hüququna vərəsəlik şəhadətnaməsi alındıqdan sonra subyektiv hüququ yaranır. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onun tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, onun bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bundan əlavə, hazırda bütün müqavilələr bir il müddətinə bağlanmışdır. İddiaçı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. xx xxxxx 2015-ci ildə bağlanmış müqavilənin son icra tarixi xx xxxxx 2016-cı il, xx xxxx 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi 07 iyun 2016-cı il, 15 iyun 2015-ci il tarixli borc müqaviləsinin son icra xx xxxx 2016-ci il, xx xxxx 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi xx xxxx 2016-cı il, xx xxxx 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi xx xxxx 2016-cı il, xx xxxx 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi xx xxxx 2016-cı il və xx xxxx 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi xx xxxx 2016-cı ildir. Göründüyü kimi borc müqavilələrinin son icra edilməli olduğu müddətdən 4 il keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda məhkəmə prossesində qeyd etmişdir ki, iddiaçının əri ilə aralarında işgüzar münasibətlər olmuş və müxtəlif tarixlərdə və məbləğlərdə pul söhbətləri olmuşdur. Həmin müqavilələrdə qeyd olunan məbləğlərin hamısını qaytarmış, lakin 10100 manat məbləğində borcu qalmışdır. Göstərilənləri və iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı cavabdehin müddətin tətbiqi ilə bağlı etiraz ərizəsinə cavab olaraq bildirdi ki, məlum olduğu kimi onun əri vəfat etmiş və bununla da iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alma bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olmuşdur. Bununla yanaşı iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixində Cavabdeh öz xətti ilə sərbəst şəkildə yazılmış və iddiaçıya şəxsən təqdim olunmuş məktubda mərhum Zaurdan xx xxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, xx xxxx 2015-ci iltarixli borc müqaviləsi üzrə 2.857 ABŞ dolları, xx xxxx 2015- ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dollar borc aldığını etiraf etmişdir. Həmin məktubda cavabdeh əlavə olaraq onu qeyd etmişdir ki, borclu olduğu məbləği müxtəlif vaxtlarda mərhum Zaura qaytarmış, həmin borcdan cəmi on min bir yüz manat borcunun qalmışdır. Lakin borcu mərhum Zaur Əliyeva qaytarmasını təsdiq edən sübutları təqdim edə bilməməsi və ABŞ dolları ilə aldığı borc pul nəticəsində manatla borclu qalması kimi ağlabatmayan dəlillər onun yalan danışmasından xəbər verir. Həmin məktubdan sonra iddiaçı tərəfindən cavabdeh Ağayarovun yaşadığı mənzilə Pretenziya qaydasında müraciət olunmuş, borcun qaytarılması üçün ona 10 gün müddət verilmiş, lakin cavabdeh buna etiraz etmişdir. O, eyni zamanda mərhum ərinin qeydiyyatda olduğu yer üzrə notariat ofisinə ərizə ilə müraciət edərək sadə yazılı əqd formasında bağlanmış borc müqavilələri üzrə vərəsəliyin tanınmasını xahiş etmiş, lakin müqavilələr notarial qaydada təsdiq olunmadığına görə bu mümkün olmamışdır. Cavabdeh xx.xx.2020-ci ıl tarixli məktubu ilə ona müraciət etməklə borc müqavilələri barədə məlumat verməklə ona məlumat vermiş, o, da bundan sonra öz hüquqlarının pozulduğunu bilmişdir. Cavabdeh öz xx.xx.2020-ci il tarixli məktubunda borc öhdəliklərini müqavilədə qeyd olunan son icra tarixlərindən sonra ödədiyini (guya ödədiyini) qeyd etməklə faktiki olaraq iddia müddətinin kəsildiyini etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh “iddia müddətinin tətbiqi haqqında” ərizəsinin əsaslı olmadığını nəzərə alınmasını və hazırkı mülki mübahisəyə iddia müddətini tətbiq etdilməməsini məhkəmədən xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri 3 saylı Notariat Ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-AZ № 048147 saylı xx.xx.2003-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X16 ilə X8 arasında olan nikah Bakı şəhəri Sabunçu rayonu VVADQ şöbəsində xx xxxx 2003-cü il tarixdə bağlanmış və 326 nömrə ilə qeyd olunmaqla sonuncuya “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 982306 saylı, xx.xx.2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə asma yolu ilə özünə qəsd edərək ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X16 vərəsəsi İddiaçı-Bakı şəhəri Nəsimi rayonu, K.X.Səfərəliyeva, ev 2, mənzil 60 və o miras əmlakdan 5/8, X9 miras əmlakdan 1/8, X10 miras əmlakdan 1/8, X12 miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin tərəfindən xx.xx.2016-cı il tarixdə X13 verilmiş **********01-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 152.05 kv.m yaşayış sahəsi 77.65 kv.metr olan dörd otaqlı mənzildən, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin tərəfindən xx.xx.2016-cı il tarixdə X13 vermiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan, AZ-İ № 539564 saylı, xx.xx.2004-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə Türkiyə Respublikası, İstanbul şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 2075 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİ № 047061 saylı, xx.xx.2008-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 379 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİ № 771969 saylı, xx.xx.2011-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 5219 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli əlyazmasının surətindən görünür ki, mərhum X11 hüquqi varisi İddiaçı əlyazma yazaraq bildirmişdir ki,xx.xx.2015,xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixli cəmi məbləği 78811 ABŞ dolları məbləğdə olan borc müqavilələri üzrə öhdəliklərini 2017-ci ilin fevralından başlayaraq 2018-ci ilin sentyabr ayının axırına qədər 10100 manat hissəsi istisna olmaqla tam şəkildə ödəyib bağlamışdır. Həmin müqavilələr üzrə ödənilməmiş 10100 manat borcunu etiraf edib ayrıca müqavilə üzrə İddiaçı öhdəlik vermişdir. Onun başqa borcu yoxdur qeyd olunan müqavilələr 10100 manat istisna olmaqla xətm olunmalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, mərhum əri Zaur Əliyevlə Cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bugünə qədər ödənilməmişdir. Belə ki, X16 ilə Cavabdeh arasında xx xxxxx 2015-ci il tarixində imzalanmış 35.000 (otuz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 7.620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 2.857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 3.810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 23.810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. xx xxxx 2015-ci il tarixində imzalanmış 5.714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul xx xxxx 2016-cı il tarixində geri qaytarılmalıdır. Buna baxmayaraq, borc pullar bugünki günə qədər tərəflərindən ödənilməmişdir. 10 gün ərzində borcunu ödəməyəcəkləri təqdirdə pozulmuş hüquqlarının bərpası məqsədi ilə müvafiq məhkəməyə müraciət olunacağı xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X16 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” xx xxxx 2015-ci il tarixində 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini xx xxxx 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X16 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” xx xxxx 2015-ci il tarixində 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini xx xxxx 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X16 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” xx xxxx 2016-cı il tarixində 2857 (iki min yüz əlli yeddi) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini xx xxxx 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X16 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” xx xxxx 2015-ci il tarixində 3810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini xx xxxx 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X16 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” xx xxxx 2015-ci il tarixində 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini xx xxxx 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X16 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” xx xxxxx 2015-ci il tarixində 35000 (otuz beş min) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini xx xxxxx 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi”ndən görünür ki, X6 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşn 9 nömrəli evin 3 saylı mənzili 170000 (bir yüz yetmiş min) manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X11 adından olan xx.xx.2018-ci il tarixli müraciətdəki yazılar və “İmza” yazısı qarşısındakı imza-X16 tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ağayarov X7 şəhəri, 9-cu mikrorayon, ev 22, mənzil 25də qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 -ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir(irsi transmissiya). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə bu normalardan çıxış edərək hesab edir ki, İddiaçı və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004 tarixində anadan olmuş X3, xx.xx.2007 tarixində anadan olmuş X4, X5 mərhum X11 hüquqi varisi kimi tanınmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məçəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, Z.Əliyevin hüquqi varisi İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. İş üzrə cavabdeh məhkəmə iclasında qeyd etdiklərinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirmi dörd) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyini nəzərə alaraq, məhkəmə iddia tələbini təmin edərək, İddiaçı və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004 tarixində anadan olmuş X9, xx.xx.2007 tarixində anadan olmuş X10, X5 mərhum X11 hüquqi varisi kimi tanınmalı, İddiaçı mərhum əri X16 ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X5 xeyrinə tutulmalı və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004 tarixində anadan olmuş X9, xx.xx.2007 tarixində anadan olmuş X10, X5 mərhum X11 hüquqi varisi kimi tanınsınlar. İddiaçı mərhum əri X16 ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, xx xxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X5 xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar