Məhkəmə qərarları › İş №2(060)-2719/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2719/2024

17.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2719/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkil Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının Sumqayıt şəhəri,34-cü məhəllə,ev 48/2-də yerləşən 4 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşməklə sahəsi 16.06 kv.m. olan 1 otaqdan ibarətdir. Bu mənzilin əsas kirayəçisi X9muş və o da 2000-ci ildən Rusiya Federasiyasına getmişdir. O, iddiaçını və həyat yoldaşı X3 1993-cü ildən bu mənzilə köçürmüş və onlar ailə üzvü kimi onunla birlikdə bu mənzildə yaşamış,hətta əsas kirayəçisi RF-na gedərkən ona mənzilin dəyəri kimi 20 min rubl pul da verilmişdir. N.Ribkina sonradan qayıtmamış və iddiaçı bu mənzildə yaşamaqla mənzil kirayə və kommunal xidmət haqlarını ödəmiş, həyat yoldaşı B.Quliyev bu mənzilə istifadə hüququnun tanınması ilə bağlı 2014-cü ildə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və məhkəmənin 12 fevral 2014-cü il tarixli 2(060)-971/2014 saylı qətnaməsi ilə onun iddia tələbi təmin olunmuş, bu mənzilə istifadə hüququ tanınmış və həmin qətnamə əsasında o mənzilə pasport qeydiyyatına da düşmüşdür. Həyat yoldaşı xx.xx.2021-ci ildə dünyasını dəyişmişdir. Onun vəfatından sonra da iddiaçı bu mənzildə yaşamış və hazırda da iddiaçı mənzildə yaşamaqla kirayə və kommunal xidmət haqlarını ödəyir. O, bu mənzilə 1993-cü ildən onun əsas kirayəçisi tərəfindən daimi olaraq köçürülmüş, həmin mənzil o vaxt və hazırda da dövlət fondunda olmuş və buna görə də AR Mənzil Məcəlləsinin həmin vaxt qüvvədə olan 53-54-cü maddələrinə əsasən bu mənzilə istifadə hüququ əldə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkil Nümayəndə1 iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqularının tanınmaqla mənzil kirayəsi müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzrəinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 iddia tələbinin təmin edilməsi və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-971/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, X1 ünvan 1 saylı mənzilə istifadə hüququnun tanınması qət edilmişdir. - ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ürək çatışmazlığıdan ölmüşdür. - nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 ilə Quliyeva (Bəşirova) Şəfiqə Xələfqulu qızı arasında xx.xx.1972-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 555 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. - xx.xx.2023-cü il tarixli 415 saylı Cavabdeh Mənzil-Kommunal İstehsalat Birliyi 18 saylı Mənzil-Kommunal sahəsi tərəfindən vüeilmiş arayışdan görünür ki, X12 ünvan 1 ünvanı üzrə daimi qeydiyyatdadır.O, 2000-ci ildən Rusiya Federasiyasına köçüb getmişdir və bir daha geri qayıtmamışdır. - "xxxx" ASC Sumqayıt Sukanal İdarəsi , "xxxx" ASC və "xxxx" ASC tərəfindən verilmiş bildirişlərdən görünür ki, ünvan 1 ünvanı üzrə X10 adına müvafiq abonent hesabları açılmışdır. İddiaçı X6 oğlu olmasını bildirmişdir. - xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatı olmadan yaşayır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İstehsalat Birliyinin təqdim etdiyi arayışdan görünür ki, ünvan 1 Birliyin balansındadır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; ünvan 1 ünvanında mənzilin əsas kirayəçisi X9muş və o da 2000-ci ildən Rusiya Federasiyasına getmişdir. O, iddiaçını və həyat yoldaşı X3 1993-cü ildən bu mənzilə köçürmüş və onlar ailə üzvü kimi onunla birlikdə bu mənzildə yaşamış, hətta əsas kirayəçisi RF-na gedərkən ona mənzilin dəyəri kimi 20 min rubl pul da verilmişdir. İddiaçı bu mənzildə yaşamaqla mənzil kirayə və kommunal xidmət haqlarını ödəmiş, həyat yoldaşı B.Quliyev bu mənzilə istifadə hüququnun tanınması ilə bağlı 2014-cü ildə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və məhkəmənin 12 fevral 2014-cü il tarixli 2(060)-971/2014 saylı qətnaməsi ilə onun iddia tələbi təmin olunmuş, bu mənzilə istifadə hüququ tanınmış və həmin qətnamə əsasında o mənzilə pasport qeydiyyatına da düşmüşdür. X5 xx.xx.2021-ci ildə ölmüşdür. Onun vəfatından sonra da iddiaçı bu mənzildə yaşamış və hazırda da iddiaçı mənzildə yaşamaqla kirayə və kommunal xidmət haqlarını ödəyir. Məhkəmədə müəyyən olunub ki, hazırki iş üzrə münasibətlər 1993-cü ildə yaranmışdır. Belə olan halda xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İçarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərdə içarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55, 56 və 57-ci maddələrində nəzərdə tutulmuş vəzifələr İddiaçı tərəfindən 30 ildən çox müddətdə yerinə yetirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərim, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ aidə edirlər. Məhkəmədə müəyyən olundu ki, mənzilin icarədarı X14 qeydiyyatda tək olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndində göstərilir ki, ərin(arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret halların nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşma çatmış ailə üzvlərinin ər (arvad) köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı halda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2000-ci il tarxlı qərarında göstərilir ki, icarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə hər hansı şəxsləri mənzilə köçürmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Köçürmədən sonra yaranan hüquqi münasibətlər (qeydiyyat, vergi, sosial və s.) Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunları və digər normativ-hüquqi aktlarla tənzimlənir. Göründüyü kimi, iddiaçı 1993-cü ildən mübahisəli mənzildə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq ailə üzvü kimi faktiki yaşamasına baxmayaraq, həmin yaşayış yeri üzrə onun istifadə hüququ tanınmamışdır. Məhkəmə iş üzrə müəyyən eldiyi faktiki hallara mənzil qanunvericiliyinin tələblərinə müvafiq qiymət verərək, mənzilinin icarədarı olmuş X8 30 ildən çox daimi yaşamaq üçün Rusiya Federasiyasına getməsini, iddiaçının icarə müqaviləsindən irəli gələn vəzifələri yerinə yetirməsini, mənzildə 30 ildən çox ailəsi ilə birgə yaşamasını nəzərə alaraq hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2-də yerləşən 4 saylı mənzilə istifadə hüququ tanınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2-də yerləşən 4 saylı mənzilə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar