Məhkəmə qərarları › İş №2(060)-2725/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2725/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2725/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FN-00046- 17/19A saylı kredit müqaviləsinin və kredit müqaviləsinə bağlanmış 01 saylı əlavə sazişin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə ödənilməmiş 1853.03 manat əsas borc, 478.44 manat faiz borcu, 58.78 manat dəbbə borcu, ümumilikdə 2390.25 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00046- 17/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 2350 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində xx.xx.2019-cu il tarixli, FN- 00046-17/19A saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanılmış və Əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuşdur. Əlavə sazişin 3-cü bəndinə əsasən kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 4 ay müddətinə xx xxxxxx 2022-ci il tarixinədək uzadılmış hesab edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 1853.03 manat əsas borcu, 478.44 manat faiz borcu, 58.78 manat dəbbə borcu vardır vardır. Beləliklə cavabdehin xx.xx.2021-ci il tarixinə ümumi borcu 2390.25 manat təşkil edir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, 6-7 aydır ki, işləmir və ona görə də banka olan borcunu ödəyə bilməmişdir. O, işə düzələn kimi banka olan kredit borcunu ödəyəcəkdir. Məhkəmə, cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00046- 17/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 2350 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində xx.xx.2019-cu il tarixli, FN-00046-17/19A saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanılmış və Əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarında olan bildiriş məktublarının surətindən görünür ki, Cavabdeh kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı «xxxx» ASC-yə 1853.03 manat əsas borc, 478.44 manat faiz borcu, 58.78 manat dəbbə borcu, ümumilikdə 2390.25 manat kredit borcu təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən məhkəmə belə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 58.78 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FN-00046-17/19A saylı kredit müqaviləsi və kredit müqaviləsinə bağlanmış 01 saylı əlavə sazişin ləğv edilməli, Cavabdeh 1853.03 manat əsas borc, 478.44 manat faiz borcu, 10 manat dəbbə borcu, ümumilikdə 2341.47 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FN-00046-17/19A saylı kredit müqaviləsi və kredit müqaviləsinə bağlanmış 01 saylı əlavə saziş ləğv edilsin. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 1853.03 manat əsas borc, 478.44 manat faiz borcu, 10 manat dəbbə borcu, ümumilikdə 2341.47 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar