Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2732/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X10 Hakimiyyəti Mənzil Kommunal X1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququn tanınması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququn tanınması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 2 nömrəli yataqxananın 186 nömrəli otağına istifadə hüququnun tanınması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Mübahisəli Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 2, otaq 186 uicra hakimiyyətinin balansındadır. Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci ill təvəllüdlü Ümüd, xx.xx.2013-cü il təvəllüdlü Səccad adlı iki övladları olmuşdur. Evləndikləri gündən əmlakları ilə birlikdə mübahisəli mənzilə köçmüş və bu günə qədər də həmin mənzildə yaşayır. Cavabdeh onu daimi yaşadığı ünvana qeydiyyata salmaq istəmir. Cavabdehlə aralarında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 1266/2020 saylı qətnaməsi ilə pozulmuşdur. O, cavabdehlə ailə üzvü kimi birgə təsərrüfat idarə etməklə bir mənzildə yaşayır. O, övladları ilə də birgə yaşamaq istəyir. Onların başsız qalmalarını istəmir. Çünki bu uşaqların gələcəyi üçün təhlükəlidir. Mənzilə dair istifadə hüququnun tanınması ilə bağlı cavabdehə aralarında razılaşma olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilsməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 Hakimiyyəti Mənzil Kommunal X1 nümayəndəsi X4 izahatında göstərdi ki, iddia tələbi ilə bağlı X10 Hakimiyyəti Mənzil Kommunal X2 araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçı ailə qurduğu gündən hazırki günədək uşaqları ilə birlikdə qeyd olunan yataqxananın 186 saylı otağında yaşayır və həmin yataqxanada da qeydiyyatdadır. Ona görə də, iddiaçının iddiasının təmin edilərək, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 2 nömrəli yataqxananın 186 nömrəli otağına istifadə hüququnun tanınmasına etiraz etmirlər. Məhkəmə, iddiaçını və üçüncü şəxsin nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş 886 nömrəli, xx.xx.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 2 nömrəli yataqxananın 186 nömrəli otağında yaşaylırlar. İş materiallarında olan doğum haqqında şəhadətnamlərin notarialqaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1266/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında olan Sumqayıt şəhər qeydiyyat şöbəsində xx xxxx 2010-cu il tarixdə bağlanmış və 301 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahından olan və yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsinə verilmələri, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər birinə 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikahla ilə qurduqdan sonra mübahisəli mənzilə gəlin köçmüş və onun ailə üzvü kimi mənzildə yaşamışdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 2 nömrəli yataqxananın 186 nömrəli otağına istifadə hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 2 nömrəli yataqxananın 186 nömrəli otağına istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2732/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2732/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver